Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-40/2023 28.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X21 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının məcburi qaydada çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 21, mənzil 2-də yerləşən yaşayış evinin bir otağında əsassız saxladığı şifoner 1 ədəd, taxt 1 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, serevant 1 ədəd, bar şkafı 1 ədəd, böyük tumbuçka 1 ədəd, balaca tumbuçka 2 ədəd, yazı stolu 1 ədəd, stul 4 ədəd, soyuducu 1 ədəd, çörək bişirən 1 ədəd, böyük daroşka 1 ədəd, balaca daroşka 2 ədəd, ayaqqabı şkafı 1 ədəd, tozsoran 1 ədəd, lüstr 1 ədəd, pərdə 2 ədəd, taxt döşəyi 1 ədəd, tək döşək 2 ədəd, yorğan 3 ədəd , balaca balış 2 ədəd, örtük 1 ədəd, paltar yuyan 1 ədəd, pletka 1 ədəd, çarpayı 1 ədəd, suviner 3-4 ədəd, vanna 1 ədəd, padnos 2 ədəd, qab qaşıqlar və xırda cehiz əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X8 xx.xx.2010-cu ildə nikaha daxil olmuşdur. Cavabdehlə oğlunun birgə nikahlarından iki övladları var. Lakin son illər cavabdehin əxlaqsız hərəkətləri səbəbəindən oğlu ilə cavabdehin ailə münasibətləri pozulmuş, aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)- 170/2022 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin vaxtdan bir neçə ildir ki, cavabdeh uşaqları ilə birlikdə öz ata evində yaşayır. Cavabdeh onun evini tərk edərəkən qızıl-zinət əşyalarının və cehiz əşyalarının bir hissəsini aparmış, cehiz əşyalarının bir hissəsi isə hazırda onun mülikiyyətində olan evdədir. Cavabdehin cehizlərini ona məxsus evdən aparılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş qayınanasıdır. İddiaçının oğlu Mayis Məmmədovla 2009-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı uşaqları var. Nikahlarını 2010-cu ildə qeyd etdirmişlər. İddiaçının oğlu Mayislə evləndikdən sonra iddiaçının və ailə üzvlərinin razılığı ilə mübahisəli mənzilə köçüb orada yaşamağa başlamışlar. Sonradan Mayislə ailə münasibətləri iddiaçının oğlunun səhvi üzündən tamamailə kəsilmiş, nikahları Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mübahisəli mənzilə 2010-ci ildə ərinin və onun ailə üzvlərinin razılığı ilə köçmüş və həmin evdə anadan olmuş iki azyaşlı uşaqları ilə birlikdə nikahları pozulana qədər yaşamışdır. Uşaqları yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışdır. Həmin mənzildən başqa yaşayış yeri yoxdur. Özünün və uşaqlarının şəxsi və ev əşyaları, ona məxsus əmlaklar həmin evdədir. Yaşayış evi olmadığı üçün evə köçürlümə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda iş məhkəmənin icraatındadır. Ona görə də hesab edir ki, iddia əsassızdır, ona görə də, rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; - Kürdəmir rayon icra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 211 nömrəli sərəncamının surətindən görünür ki, Kürdəmir şəhəri İ.Məmmədov küçəsi 21 nömrəli evin 2-ci mənzili əvəzsiz olaraq şəxsi mülkiyyət hüququ əsasında X2 verilməsi qərara alınmışdır. - X6 verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 21/2 saylı evdə İddiaçı, X8, X4, X7 və X10 qeydiyyatdadırlar. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-170/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə X3 arasında bağlanmış nikah pozulmuşdur. - Kürdəmir rayon Mənzil İstismar sahəsinin İddiaçı qzına verilmiş xx.xx.2023-cü il tarixli 113 nömrəli arayışdan görünür ki, Kürdəmir şəhər İ.Məmmədov küçəsi 21/2 nömrəli evdə X11 və X9 qeydiyyatdadırlar. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə, X12 isə xx.xx.2011-ci il tarixdə anadan olmuş, uşaqların atası- X8, anası- Cavabdehdır. İş materiallarına eyni zamanda X1 adına verilmiş orderin surəti, Şəki 1 saylı mediasiya təşkilatının arayışı, X1 ölüm haqqında şəhadətnaməsinin surəti və digər sənədlər əlavə edilmişdir. Beləliklə, işdə olan sənədlərdən və tərəflərin məhkəməyə verdikləri izahatlarından müəyyən edildi ki, mübahisəli mənzil Su Təsərrüfatı Nazirliyinə məxsus idarə mənzil fonduna aid olmaqla, növbəlilik qaydasında 1981-ci il tarixli orderlə X2 verilmişdir. Mənzil yaşayış sahəsi 33 kv.m olan 3 otaqdan ibarətdir. Kürdəmir rayon icra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 211 nömrəli sərəncamı ilə Kürdəmir şəhəri İ.Məmmədov küçəsi 21 nömrəli evin 2-ci mənzilinin əvəzsiz olaraq şəxsi mülkiyyət hüququ əsasında X2 verilməsi qərara alınsa da, hal-hazıra kimi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, hüquqi statusuna görə dövlət mənzil fonduna daxil olan yaşayış sahəsidir. Mənzilin kirayəçisi X5 xx.xx.2014-cü ildə vəfat etmiş, bundan sonra yaşayış sahəsinin kirayə müqaviləsi onunla yaşayan ailə üzvlərinin, o cümlədən arvadı-iş üzrə İddiaçı adına keçirilməmiş və sonuncunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh 2009-cu ildə X8 ilə ailə həyatı qurmuş və həmin ildə cavabdehin və digər ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin köçmüş, münasibətləri pozulana kimi orada yaşamış və bu müddətdə iki uşaqları anadan olmuşdur. Cavabdehə məxsus şəxsi və ev əşyaları halhazıra kimi həmin mənzildədir. İddiaçı cavabdehlə oğlu X8 arasında nikah pozulduğu üçün iddia ərizəsində qeyd edilən cehiz əşyalarının çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus cehiz və ev əşyalarının yaşadığı mənzildən çıxarılması üçün ilk növbədə həmin şəxsin mənzilə olan istifadə hüquqları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Cavabdehin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı iddiaçı və digər ailə üzvləri tərəfindən iddia qaldırılmamışdır. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qüvvədə olan Mənzil Məcəlləsində isə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri tənzimlənmişdir. Belə ki, həmin Məcəllənin 30.1ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Halbuki, Mülki Məcəllənin 146.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırki iş üzrə də, mübahisəli mənzil şəxsi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tam şəkildə iddianın hüquqi əsasını təşkil edə bilməz. Bundan əlavə, cavabdeh öz arzusu ilə deyil, iddiaçı tərəfin təzyiqi nəticəsində məcburi qaydada mənzildən çıxarılmış və onun himayəsində olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X12 yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin yuxarıda şərh edilən hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının məcburi qaydada çıxarılması tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-40/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-40/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver