Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-43/2024 01.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 3130 manat əmlakına dəyən zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 51,30 manat, yol-nəqliyyat hadisəsinə görə avtomobilin Kürdəmir RPŞ-nin duracağına yerləşdirilməsinə görə gündəlik hesablanan 200 manat olmaqla, ümumilikdə 3381,3 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)- 1203/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 9/8252 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8252/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, onun özünə məxsus Vaz-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində həmin avtomobillə İmişli rayonu istiqamətindən Kürdəmir rayolnu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yolun solundan sağına 2 baş camışın keçməsini görüb tormozu basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Həmin vaxt o, 60 km/sürətlə hərəkətdə olmuşdur. İdarə etdiyi avtomobillə camışın birini vurmuş və camış bir qədər gedəndən sonra yıxılmışdır. Hadisə nəticəsində o, özü və yanında olan Ariz Səfərov xəsarət almasalar da, idarə etdiyi avtomobilə 3130 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi X2 AR İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan tinzibati xəta törətməsi nəticəsində baş vermiş və onun barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də cavabdeh X1 3130 manat əmlakına dəyən zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 51,30 manat, yol-nəqliyyat hadisəsinə görə avtomobilin Kürdəmir RPŞ-nin duracağına yerləşdirilməsinə görə gündəlik hesablanan 200 manat olmaqla, ümumilikdə 3381,3 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materitallarına əlavə edilmiş Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifajdə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında Kürdəmir rayon DYPİ X7 Baş İnspektoru polis kapitanı X6 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Kürdəmir rayon məhkəməsinin 3(041)-578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, mütəxəssiss rəyinə əsasən İddiaçı məxsus “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3130 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8252 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Kürdəmir şəhər Avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il buraxılışlı “VAZ 21074” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2880 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı özünə məxsuz “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixində, axşamsaat 21 radələrində həmin avtomobillə İmişli rayonu istiqamətindən Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yolun solundan sağına 2 baş camışın keçməsini görmüş və hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etmişdir. Lakin hadisənin qarşısını ala bilməmişdir. O, camışın birini vurmuşdur. Həmin vaxtı onun avtomobilinin surəti 60 km saat olmuşdur. Hadisə vaxtı o, özü və yanınqda əyləşən sərnişin xəsarət almasalar da idarə etdiyi avtomobilə 3130 (üç min yüz otuz) manat maddi ziyan dəymişdir. “Kürdəmir şəhər” Avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktın əsasən “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün müəyyən edilmiş 3130 manat şişirdilmiş vəziyyətdə göstərildiyindən cavabdeh, həmin ziyanla razılaşmamışdır. İş üzrə aparılmış məhkəmə-mühasibat ekspertizasının rəyinə əsasən iddiaçıya məxsus “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyərinin 2880,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində baş vermiş yol nəqliyyat hadisəsinə görə avtomobilinin Kürdəmir RPŞ-nin duracağına yerləşdirilməsinə görə gündəlik hesablanan 200 manat məbləğində pul tədləb etsə də o , bu barədə məhkəməyə hər hansı bir mbtəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən İddiaçı onun idarə etdiyi avtomobilinə dəyən maddi ziyana görə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsiniidarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzininaturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 2880,0 manat məbləğində vurulmuş zərərin əvəzi və 51,30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci cavabdeh İ.X.Mirzəliyevdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2880,0 manat məbləğində vurulmuş zərərin əvəzi və 51,30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-43/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-43/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver