Məhkəmə qərarları › İş №2(041)-436/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-436/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-436/2024 07.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X15 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı X4 Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin, uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə 100 manat miqdarında vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, tərəflər 2022-ci ilin iyul ayında evlənmiş, birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarxidə Günəş adlı uşaqları anadan olmuşdur. Lakin cavabdehin valideynlərinin təqsiri üzündən rəsmi nikahlarını qeyd etdirə bilməmişlər. Cavabdehlə evlənəndən sonra uzun müddət mehriban yaşasalarda sonradan münasibətləri pozulub və ayrılıblar. O, uşağını saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı X8 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhəkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə nikahlarını qeyd etdirmədən 2022-ci il tarixdə ailə həyatəı qurublar. Onların birgə yaşadıqları müddətdə Günəş adlı uşaqları anadan olub. İddiaçı onunla cəmi 20 gün bir yerdə yaşamış və valideynlərinin təkidi ilə evdən getmiş, hazırda azyaşlı uşağı ilə birlikdə öz valideynlərinin evində yaşayır. Hazırda sahibkarlıq mağazasında işləyir, aylıq 345 manat əmək haqqı alır. Əmək haqqına uyğun aliment tutulmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçının izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə anadan olub. Uşağın atası Cavabdeh, anası X6r. - atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 atası olması müəyyən edilmişdir. - əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, Cavabdeh xx.xx.2020-ci ildən mağazada fəhlə işləyir, aylıq qazancı 345 manat təşkil edir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı X8 ilə Cavabdeh faktiki nikahlarından Günəş adlı bir uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Tərəflərin ailə münasibətləri baş tutmadığı üçün ayrılıblar, hazırda iddiaçı uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayır. İddiaçı azyaşlı uşaqlarını maddi cəhətdən təmin edə, onların təlabatını ödəyə bilmədiyini bildirir və cavabdehdən aliment tələb edir. Cavabdeh isə iddia tələblərini qismən qəbul etdiyini bildirir, hazırda sakibkarlıq mağazasında işlədiyini, aylıq 345 manat əmək haqqı aldığını bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki iş üzrə cavabdeh xx.xx.2020-ci ildən müddətsiz əmək müqaviləsi ilə mağazada fəhlə işləyərək, aylıq 345 manat əmək haqqı aldığından Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə müvafiq olaraq 1 uşağa görə qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. İddia tələbinin uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə 100 manat miqdarında vəsaitin tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddiaçı uşağın 3 yaşına çatana kimi qulluq edilməsinə görə cavabdehin əlavə xərclərə cəlb olunmasını tələb etdiyi halda, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar