Məhkəmə qərarları › İş №2(041)-437/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-437/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-437/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ cavabdehə məxsus əşyaların ona məxsus evdən çıxarılması ” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus Kürdəmir rayonu Atakişili kəndində yayaşış evində əsassız saxladığı cehiz əşyalarının məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən Cavabdeh məxsus ərizə-siyahıda adları göstərilən cehiz əşyalarının onun evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, özünə məxsus və mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən evində yaşayır. 2001-ci ildə oğlu X1 ryonu, Atakili kənd sakini Cavabdeh ilə ailə qurmuş, Kürdəmir şəhəri, Koroğlu küçəsi,ev 55,məzil 4-də orderlə istifadədə olunan mənzilə gəlin köçmüşdür. 2003-cü ildə oğlu Xəyal Hüseynov hərbiçi olduğuna görə hərbi xidmət üzrə işlədiyi Bərdə rayonu ərazisində yerləşən “N” sayl hərbi hissəsiin ərazisində kirayə ev tutmuş, həmin mənzildə 2010-cu ilə kimi yaşamışlar. Bu dövrdə o, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən ərazidən 0.08 ha həyətyanı torpaq sahəsi almış və 2004-cü ildə həmin həyətyanı sahədə ev tikərək həmin evə köçmüşdür. Əvvəllcə yaşadığı Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 55, mənzil 4-də yerləşən evi satmışdır. 2010-cu ildə oğlu Xəyal hərbi xidməti başa vuraraq ehtiyyata buraxılmış, sonra ailəsi ilə birlikdə onun tam mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evinə gəlmişdir. Günaya məxsus cehiz əşyalarını da özü ilə gətirmiş və evin bir otağına yığmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(041)-47/2023 saylı qətnaməsi ilə oğlu Xəyal hazırki iş üzrə cavabdeh olan Günaydan boşanmış və 2023-cü ilin mart ayında Günay Hüsenova uşaqları ilə birlikdə onun evini tərk edərək valideynlərinin yanına getmişdir. Cavabdeh 2023-cü ilin oktyabr ayında ona və oğlu Xəyala qarşı onun mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evinə istifadə hüququnun verilməsi və evə köçürülmə tələbinə dair Kürdəmir rayon məhkəməsinə müraciət etmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1320/2023 saylı qətnaməsi ilə Günayın iddiası təmin edilməmişdir. Bundan sonra o, məhkəmədən kənar Günaya özünə aid cehiz əşyalarını gəlib aparmasını tələb etsə də, bu günədək cehiz əşyaları aparılmamışdır. O məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin əşyalar bunalardır: bir ədəd mətbəx mebeli, 2 ədəd qəhvədan, 5 ədəd çaydan, 1 dəst kofe üçün fincan, 39 ədəd su üçün stəkan, 28 ədəd çay üçün stəkanı, 34 ədəd nəlbəki, 3 ədəd çuğun qazan, 4 ədəd aliminum qazan,17 ədəd qənd qabı, 8 ədəd konfet qabı, 7 ədəd vaza, 5 ədəd duz qabı, 2 ədəd fincan,1 ədəd mikser, 6 ədəd maskura,12 ədəd kiçik boşqab, 4 ədəd böyük boşqab, 5 ədəd əl-üz sabunu, 2 ədəd paltar sabunu, 1 litrlik duru yağ, salfet 1 ədəd, 10 ədəd kasa,1 ədəd çörək qabı, 14 ədəd böyük qaşıq, 14 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 8 ədəd limon çəngəli, 11 ədəd yağ bıçağı, 1 ədəd tort götürən qaşııq, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 5 ədəd stul, yazı stolu 1 ədəd, yataq dəsti 1 ədəd, 1 ədəd ütü altı və 1 ədəd ütü, 2 ədəd tozsoran, divar mebeli,1 dəst yemək servisi (obedni), 4 dəst çay sevisi, 2 dəst bagema, bagema vaza 3 böyük və 2 kiçik, 23 ədəd bakal, 18 ədəd su stəkanı, 4 ədəd ləpə qabı, 27 ədəd qənd qabı, 2 ədəd boşqab, 12 ədəd razetka,1 ədəd kül qabı, 12 ədəd boşqab, 2 ədəd güldan, 1 ədəd belnder,1 ədəd naysel dasel,1 ədəd qrafin,3 ədəd suvenir,1 ədəd qazan dəsti, 1 ədəd tava piza üçün,1 ədəd bıçaq dəsti,1 ədəd fincan dəsti, 2 ədəd gecə işığı,1 ədəd şirə çəkən,1 ədəd izqara , 3 ədəd xalça, döşək 4 ədəd, 1 ədəd taxt, 6 ədəd yorğan, 1 ədəd taxt, 16 ədəd ədyal, 7 ədəd yastıq, 2 ədəd sintofon yorğan, 12 ədəd döşəkçə, 2 ədəd pakrval,1 ədəd paltaryuyan maşən, 4 ədəd pərdə, 1 ədəd qırmız sap, 1 ədəd qara sap və 1 ədəd sıramaq üçün sap. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə verdiyi etiraz ərizəsində və məhkəmədə izahat verərək bildirdi ki, İddiaçı onun keçmiş qaynanasıdır. O, 2001-ci ildə Şəfəqin oğlu Xəyyamla ailə qurmuşdur.O, iddiaçıya məxsus Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 55, mənzil 4-də yerləşən evə gəlin gəlmişdir. O, həmin evdə yaşamış və övladlarını dünyaya gətirmişdir. O,23 il onların gəlini olmuşdur. Əri Xəyal heç bir səbəb olmadan boşanma ərizəsi ilə məhkəməyə müraciət etmiş və onalar boşanmışlar. Sonra iddiaçı 2 otaqda olan cehiz əşyalarını qapını qıraraq çölə tökmüşdür. O, bunla bağlı DİN -nin 102 xidmət mərkəzinə də məlumat vermişdir. İddiaçının qeyd etdiyi kimi o, öz xoşu ilə evdən getməmiş, İddiaçı onu məcburi şəkildə polisin gücü ilə evdən çıxarmış və onu qovmuşdur. Onun yaşamağa evi yoxdur, kirayədə qalır və cehiz əşyalarını yığmağa yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Kürdəmir rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(041)- 1320/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı “evə istifadə hüuqunun verilməsi və köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(106)- 968/2024 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Kürdəmir rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(041)-1320/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı adına Kürdəmir rayonu, Atakişili kəndində166.3 kv.m fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi mülkiyyət hüququ ilə qeyd edilmişdir. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosessində iştirak etməmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehə məxsus olan və çıxarılmasını tələb etdiyi cehiz əşyalarının onun mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırdığını sübut etməlidir. İşin mübashiləndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçının Kürdəmir rayonu, Atakişili kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Cavabdeh 2001-ci ildə həmin evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə gətirmişdir. Cavabdeh həmin evdə yaşamış və baş vermiş ailə mübahisələrinə görə evdən çıxıb atası evinə getmişdir. Cehiz əşyaları isə həmin evdə qalmışdır. Həmin əşyalar hazırda iddiaçıya məxsus evdədir. İddiaçı mülkiyyət hüququndan məhrum olmasa da, cehiz əşyalarının onun evində yerləşməsi onun öz mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının öz evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh bundan əvvəl Kürdəmir rayon Məhkəməsində cavabdehlər X5 və İddiaçı qarşı iddia qaldıraraq, iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və onların həmin evə köçürülməsini xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1320/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-968/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1320/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, Cavabdeh cehiz əşyalarının saxlanıldığı fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Yəni iddiaçının mülkiyyətində olan evdə cavabdehə məxsus əşyaların saxlanılması üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, İddiaçı mülkiyyətində olan evdən Cavabdeh məxsus olan əşyalar, o cümlədən 1 dəst mətbəx mebeli, 5 ədəd çaydan, 1 dəst qəhvə üçün fincan, 39 ədəd su üçün stəkan, 28 ədəd çay üçün stəkan, 34 ədəd nəlbəki, 3 ədəd çuğun qazan, 4 ədəd aluminium qazan,17 ədəd qənd qabı, 8 ədəd konfet qabı, 7 ədəd vaza, 5 ədəd duz qabı, 2 ədəd fincan,1 ədəd mikser, 6 ədəd maskura,12 ədəd kiçik boşqab, 4 ədəd böyük boşqab, 5 ədəd əl-üz sabunu, 2 ədəd paltar sabunu, 1 litrlik duru yağ, 1 ədəd salfet, 10 ədəd kasa,1 ədəd çörək qabı, 14 ədəd böyük qaşıq, 14 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 8 ədəd limon üçün çəngəl, 11 ədəd bıçaq , 1 ədəd tort götürən qaşııq, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 5 ədəd stul, yazı stolu 1 ədəd, yataq dəsti 1 ədəd, 1 ədəd ütü altı və 1 ədəd ütü, 2 ədəd tozsoran, bir dəst divar mebeli,1 dəst yemək servisi (obedni), 4 dəst çay servisi, 2 dəst bagema vaza 3 böyük və 2 kiçik, 23 ədəd qədəh, 18 ədəd su stəkanı, 4 ədəd ləpə qabı, 27 ədəd qənd qabı, 2 ədəd boşqab, 12 ədəd mürəbbə qabı(razetka),1 ədəd külqabı, 12 ədəd boşqab, 2 ədəd güldan, 1 ədəd blender, 1 ədəd qrafin, 3 ədəd suvenir, 1 ədəd qazan dəsti, 1 ədəd tava piza üçün,1 ədəd bıçaq dəsti, 1 ədəd fincan dəsti, 2 ədəd gecə işığı, 1 ədəd şirə çəkən, 1 ədəd izqara, 3 ədəd xalça, döşək 4 ədəd, 1 ədəd taxt, 6 ədəd yorğan, 1 ədəd taxt, 16 ədəd ədyalı, 7 ədəd yastıq, 2 ədəd sintfon yorğan, 12 ədəd döşəkçə, 2 ədəd örtük, 1 ədəd paltar yuyan maşən, 4 ədəd pərdə, 1 ədəd qırmız sap, 1 ədəd qara sap və 1 ədəd sırama sapdan ibarət cehiz əşyaları çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus bütün əşyalar, o cümlədən 1 dəst mətbəx mebeli, 5 ədəd çaydan, 1 dəst qəhvə üçün fincan, 39 ədəd su üçün stəkan, 28 ədəd çay üçün stəkan, 34 ədəd nəlbəki, 3 ədəd çuğun qazan, 4 ədəd aluminium qazan,17 ədəd qənd qabı, 8 ədəd konfet qabı, 7 ədəd vaza, 5 ədəd duz qabı, 2 ədəd fincan,1 ədəd mikser, 6 ədəd maskura,12 ədəd kiçik boşqab, 4 ədəd böyük boşqab, 5 ədəd əl-üz sabunu, 2 ədəd paltar sabunu, 1 litrlik duru yağ, 1 ədəd salfet, 10 ədəd kasa,1 ədəd çörək qabı, 14 ədəd böyük qaşıq, 14 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 8 ədəd limon üçün çəngəl, 11 ədəd bıçaq , 1 ədəd tort götürən qaşııq, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 5 ədəd stul, yazı stolu 1 ədəd, yataq dəsti 1 ədəd, 1 ədəd ütü altı və 1 ədəd ütü, 2 ədəd tozsoran, bir dəst divar mebeli,1 dəst yemək servisi (obedni), 4 dəst çay servisi, 2 dəst bagema vaza 3 böyük və 2 kiçik, 23 ədəd qədəh, 18 ədəd su stəkanı, 4 ədəd ləpə qabı, 27 ədəd qənd qabı, 2 ədəd boşqab, 12 ədəd mürəbbə qabı(razetka),1 ədəd külqabı, 12 ədəd boşqab, 2 ədəd güldan, 1 ədəd blender, 1 ədəd qrafin, 3 ədəd suvenir, 1 ədəd qazan dəsti, 1 ədəd tava piza üçün,1 ədəd bıçaq dəsti, 1 ədəd fincan dəsti, 2 ədəd gecə işığı, 1 ədəd şirə çəkən, 1 ədəd izqara, 3 ədəd xalça, döşək 4 ədəd, 1 ədəd taxt, 6 ədəd yorğan, 1 ədəd taxt, 16 ədəd ədyalı, 7 ədəd yastıq, 2 ədəd sintfon yorğan, 12 ədəd döşəkçə, 2 ədəd örtük, 1 ədəd paltar yuyan maşən, 4 ədəd pərdə, 1 ədəd qırmız sap, 1 ədəd qara sap və 1 ədəd sırama sapdan ibarət əşyalar çıxarılsın. Ödənilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu olaraq artıq ödənilmiş 60 manat Dövlət büdcəsindən İddiaçı geri qaytarılsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar