Məhkəmə qərarları › İş №2(041)-488/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-488/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-488/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddia ərizəsində göstərilən iddiaçıya məxsus olan cehiz və geyim əşyaları, yəni-nahar dəsti 400 manat, 3 dəst yataq dəsti 100 manat, 4 dənə qənd qabı 30 manat, 2 dənə meyvə qabı 15 manat, 1 qəfədan 10 manat, 1 ədəd qızdırıcı 30 manat, 1 ədəd naçnik 4 manat, 1 ədəd sürtgəc 5 manat, paltaryuyan maşının təmiri üçün 80 manat, mebel şüşəsi 50 manat, 2 dəst dəsmal 30 manat, 2 qətvə 40 manat, yataq taxtının baş hissəsi 200 manat, “BrAun” markasından ütü fen və hava feni 80 manat, palto 120 manat, qırmızı, yaşıl və güllü don, ətək 400 manat, krem rəngli kabluk ayaqqabı 30 manat, 1 ədəd qara çanta 20 manat, çamadan 50 manat, süni kürkjilet 60 manat və hamam dəsti 30 manat olan gehiz və geyim əşyaları, həmin cehiz və geyim əşyaları olmadıqda isə onların ümumi dəyəri olan 1820 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı idldiasının qismən, ərizəsində göstərdiyi əmlaklar olmaqla və qarşılıqlı iddia üzrə 1500 manat qızıl zinət (10 qram qızıl nişan üzüyü və 5 qram qızıl bilərzik) əşyalarının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil ilk iddia tələbini müdafiə etdiyini qarşılıqlı iddia tələbin qəbul etməyərək göstərdi ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə evlənib ailə qurmaqla faktiki nikaha girmişlər. Faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə bir uşaqları X4 anadan olmuşdur. Adət ənənəyə görə ona cehiz olaraq valideyinləri tərəfindən cehiz əşyaları və keçmiş əri Cavabdeh tərəfindən şəxsi istifadəsi üçün hədiyyə şəkilində geyim əşyaları verilmişdir. Həmin əşyalar nahar dəsti 400 manat, 3 yataq dəsti 100 manat, 4 ədəd qənd qabı 30 manat, 2 ədəd meyvə qabı 15 manat, 1 ədəd qəfədan 10 manat, 1 ədəd qızdırıcı 30 manat, 1 ədəd naçnik 40 manat, 1 ədəd sürtgəc 5 manat, paltaryuyan maşının təmri üçün 80 manat, mebel şüşəsi 50 manat, 2 dəst dəsmal 30 manat, 2 dəst qətvə 40 manat, yataq taxtının baş hissəsi 200 manat, “BrAun” markalı ütü və hava feni 80 manat, palito 120 manat, qırmızı, yaşıl və güllü don ətək və kofta 400 manat, krem rəngli kablok ayaqqabı 30 manat, 1 ədəd qara çanta 20 manat, camadan 50 manat, sünü kürk Jilet-60 manat və hamam dəsti - 30 manat ümumilikdə 1820 manat dəyərində əmlaklardan ibarətdir. Ona görə də həmin əşyaların özləri, özləri olmadıqda isə onların dəyəri olan 1820 manat pulun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 ilk iddia tələbini qismən qəbul etdiyini, qarşılıqlı iddia ərizəsini müdafiə edərək göstərdi ki, oğlu Cavabdeh ilk iddia üzrə İddiaçı ilə xx.xx.2019-cu il tarixdə evlənib ailə qurmaqla faktiki nikaha daxil olmuşlar. İlkin iddia üzrə iddiaçı ilk iddiada ona məxsus bir sıra cehiz və geyim əşyalarının onların evdə qaldığını bildirir. İddiaçının iddia ərizəsində göstərdiyi yataq dəstini, 2 dəst dəsmalını, 2 dəst qətvəsini, hamam dəstini, 4 ədəd qənd qabını, 2 ədəd meyvə qabısını, qara çantasını, sünü kürk jiletini özü ilə aparıb. İddia ərizəsində göstərdiyi qalan cehiz əşyalarıindan 1 ədəd qızdırıcı, Naçnik, Nahar dəsti və çay dəsti onların evində qalıb və iddiaçı özü aparmayıb. Ona görə ki, Kürdəmir rayonunda baş vermiş zəlzələ nəticəsində onun çay dəstinin bir neçə çaşqası qırılmışdır. Bununla bağlı kənd icra nümayəndəsi evlərinə baxış keçirib, foto şəkillər çəkilib və bu barədə ona arayış təqdim etmişdir. Ona məxsus Palto, don, kürk və bir dəst ayaqqabısı onların evdədir. Hava feni, ütü və camadan Yasəmənə şəxsən məxsus olmayıb, ümumi ailələrinin istifadəsində olub. Qızdırıcı və Naçnik onların evində durur istifadə etdikləri dövrdə taxılan hissəsi xarab olub. Paltar yuyan maşınını və Taxtını aparıb, apararkən işlək və saz vəziyyətdə olub. Həmin əşyaların onun özündə xarab olub. Həmin əşyalara çəkilən xərcin ondan istəməsinə etiraz edir. Bundan əlavə o, məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək bildirir ki, iddiaçı onların evindən gedərkən qızıl-zinət əşyalarını aparanda ona məxsus 10 qram çəkidə nişan üzüyünü və ona hədiyyə etdikləri 5 qram qızıl bilərziyini də özü ilə aparıb. O, həmin qızı-zinət əşyalarımı tələb edir. Bundan əlavə ilk iddia üzrə iddiaçı ona maddi ziyan vurub. Beləki, iddiaçı xəstə olduğu halda onun fiziki cəhətdən ailə qurmasına hazır olmadığı halda ona ərə gəlib. O, xəstəliyini bilərəkdən dərk etdiyi halda ona maddi ziyan vurub. Yasəmən onun oğlu Təbrizlə ailə qurduğu gündən onun əsəb xəstəsi olduğunu bilmişlər. Onun xəstəliyi getdikcə artmağa başlamış, onu Kürdəmir rayon Pisixatiriya şöbəsində və Sabirabadda müayinə və müalicə etdirmişlər. Demək olar ki, həmin müalicələrin ona heç bir xeyri olmamışdır. Yasəməni Respublika 2 saylı Pisixatiriya Mərkəzinə aparmışlar və orada müayinə olunduqdan ambulator müalicəyə yazılmışdır. Yasəmənə lazım olan bütün dərmanlarını aldıqdan sonra evə qayıtmışlar. 19 may 2022-ci ildə Yasəmən dərmanlarını, özünə məxsus geyim, bir sıra əşyalarını və qızıl-zinət əşyalarını özü ilə aparıb. O, hazırda qarşılıqlı iddia tələbindən imtina edir və iddia tələbinin onların evində qalan əmlakların ilk iddia üzrə iddiaçıya verilmələ ilk iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Ərəbqubalı kənd inzibati ərazidairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 34 nömrəli arayışından görünür ki, 2023-cü ilin sentyabr ayında olmuş zəlzələ nəticəsində Kürdəmir rayon İcra hakimiyyətinin tapşırıqını yerinə yetirərkən, Çöl Qubalı kəndində zəlzələ nəticəsində yaranmış vəziyyətlə əlaqədar X1 da evinə baxış keçirilərkən evində gəlininin cehizlərindən qırıldığı məlum olmuşdur. Əlavə olara bildirilir ki, X1 evində çatlar əmələ gəlmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə evlənib ailə qurmaqla faktiki nikaha girmişlər. Faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə bir uşaqları X4 anadan olmuşdur. Adət ənənəyə görə ona cehiz olaraq valideyinləri tərəfindən cehiz əşyaları və keçmiş əri Cavabdeh tərəfindən şəxsi istifadəsi üçün hədiyyə şəkilində geyim əşyaları verilmişdir. Həmin əşyalar nahar dəsti 400 manat, 3 yataq dəsti 100 manat, 4 ədəd qənd qabı 30 manat, 2 ədəd meyvə qabı 15 manat, 1 ədəd qəfədan 10 manat, 1 ədəd qızdırıcı 30 manat, 1 ədəd naçnik 40 manat, 1 ədəd sürtgəc 5 manat, paltaryuyan maşının təmri üçün 80 manat, mebel şüşəsi 50 manat, 2 dəst dəsmal 30 manat, 2 dəst qətvə 40 manat, yataq taxtının baş hissəsi 200 manat, “BrAun” markalı ütü və hava feni 80 manat, palito 120 manat, qırmızı, yaşıl və güllü don ətək və kofta 400 manat, krem rəngli kablok ayaqqabı 30 manat, 1 ədəd qara çanta 20 manat, camadan 50 manat, sünü kürk Jilet-60 manat və hamam dəsti - 30 manat ümumilikdə 1820 manat dəyərində əmlaklardan ibarətdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçıya məxsus olan 400 manat dəyərində nahar dəstinin, 100 manat dəyərində 3 yataq dəstinin, 30 manat dəyərində 4 ədəd qənd qabının, 15 manat dəyərində 2 ədəd meyvə qabının, 10 manat dəyərində 1 ədəd qəfədanın, 30 manat dəyrində 1 ədəd qızdırıcının, 40 manat dəyərində 1 ədəd naçnikin, 5 manat dəyərində 1 ədəd sürtgəcin, 50 manat dəyərində mebel şüşəsinin, 30 manat dəyərində 2 dəst dəsmalın, 40 manat dəyərində 2 dəst qətvənin, 80 manat dəyərində “BrAun” markalı ütü və hava feninin, 120 manat dəyərində paltonun, 400 manat dəyərində qırmızı, yaşıl və güllü don ətək və koftanın, 30 manat dəyərində krem rəngli kablok ayaqqabının, 20 manat dəyərində 1 ədəd qara çantanın, 50 manat dəyərində camadanın, 60 manat dəyərində sünü kürk jiletin və 30 manat dəyərində hamam dəstinin qarşılıqlı iddia üzrə iddiaçının evində qaldığını, həmçinin paltaryuyan maşının xarab olduğunu və yataq taxtının baş hissəsinin üzərində orlmadığını göstərsə də, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 onların evində ilk iddia üzrə İddiaçı məxsus 1 ədəd qızdırıcı, naçnik, nahar dəsti, çay dəsti, palto, don, kürk və bir cüt ayaqqabısının qaldığını, həmçinin ilk iddia üzrə iddiaçının özünə məxsus olan paltaryuyan maşınını apararkən işlək vəziyyətdə olmuş və yataq taxtının baş hissəsi taxtın üzərində olduğunu bildirmişdir. İlk iddia üzrə İddiaçı 400 manat dəyərində nahar dəstinin, 100 manat dəyərində 3 yataq dəstinin, 30 manat dəyərində 4 ədəd qənd qabının, 15 manat dəyərində 2 ədəd meyvə qabının, 10 manat dəyərində 1 ədəd qəfədanın, 30 manat dəyrində 1 ədəd qızdırıcının, 40 manat dəyərində 1 ədəd naçnikin, 5 manat dəyərində 1 ədəd sürtgəcin, 50 manat dəyərində mebel şüşəsinin, 30 manat dəyərində 2 dəst dəsmalın, 40 manat dəyərində 2 dəst qətvənin, 80 manat dəyərində “BrAun” markalı ütü və hava feninin, 120 manat dəyərində paltonun, 400 manat dəyərində qırmızı, yaşıl və güllü don ətək və koftanın, 30 manat dəyərində krem rəngli kablok ayaqqabının, 20 manat dəyərində 1 ədəd qara çantanın, 50 manat dəyərində camadanın, 60 manat dəyərində süni kürk jiletin və 30 manat dəyərində hamam dəstinin qarşılıqlı iddia üzrə iddiaçının evində qaldığını, həmçinin paltaryuyan maşının xarab olduğunu və yataq taxtının baş hissəsinin üzərində orlmadığını göstərsə də, o, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlıü iddia üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən ğtəmin edilməli, qarşılıqlı iddia tələi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməklə ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 30 manat dəyərində 1 ədəd qızdırıcı, 40 manat dəyərində 1 ədəd naçnik, 400 manat dəyərində nahar dəsti, 120 manat dəyərində palto, 400 manat dəyərində qırmızı, yaşıl və güllü don ətək və kofta, 60 manat dəyərində süni kürk jilet və 30 manat dəyərində krem rəngli kabluk ayaqqabının özləri, həmin əmlaklar olmadıqda isə onların cəmi dəyəri 1080 manat pul alınıb İddiaçı verilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 30 manat dəyərində 1 ədəd qızdırıcı, 40 manat dəyərində 1 ədəd naçnik, 400 manat dəyərində nahar dəsti, 120 manat dəyərində palto, 400 manat dəyərində qırmızı, yaşıl və güllü don ətək və kofta, 60 manat dəyərində süni kürk jilet və 30 manat dəyərində krem rəngli kabluk ayaqqabının özləri, həmin əmlaklar olmadıqda isə onların cəmi dəyəri 1080 manat pul alınıb İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar