Məhkəmə qərarları › İş №2(041)-494/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-494/2025

27.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-494/2025 27.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti yaşadığı və onun istifadəsində olan Ucar rayonunun X9 Stansiyasının xidməti mənzilində əsassız saxladığı cehiz əşyalarının məcburi qaydada çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun, mediasiya təşkilatına ödədiyi 50 manatın 25 manatının, cəmi olaraq 125 manat pulun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirdi ki, İddiaçı1 Xəmməd oğlu ailəsilə birlikdə Kürdəmir rayonunun Karrar qəsəbəsində qeydiyyatda olmaqla, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sistemində işləyir. Xidməti işi ilə əlaqədar 10 ilə yaxın bir müddətdir ki, ailəvi Ucar rayonunun X9 Stansiyasının xidməti binasında müvəqqəti yaşayırlar. 2020-ci ilin mart ayının 5-də onlarla yaşayan, subay oğlu İddiaçı2 ilə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayan, Cavabdeh el qaydasında toylarını edərək, Ucar rayonunun Müsüslü Stansiyasında yerləşən xidməti evə gəlin gətirmişlər. Oğlu ilə cavabdeh gəlini 4 aya yaxın bir müddətdə bu məkənda ərarvad kimi yaşadıqdan sonra, oğlu ilə gəlini arasında xasiyyətlərindəki uyğunsuzluq nəticəsində mübahisələr yaranmış və son nəticədə gəlini Cavabdeh müvəqqəti yaşadıqları mənzili tərk edərək, valideynlərinin yaşadığı Sığırlı kəndinə getmiş və geri qayıtmamışdır. Bundan sonra 2021-cı ilin yanvar ayında eşitmişlər ki, gəlinin uşağı dünyaya gəlmişdir. Oğlu ilə gəlini arasında nikah olmamışdır. Bundan sonra gəlini məhkəməyə müraciət edərək, atalığın müəyyən olunması tələbini irəli sürmüşdür. Kürdəmir Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(041)-1636/2021 saylı qətnaməsi ilə 18 yanvar 2021-ci ildə doğulmuş X3 atasının oğlu Kazım olması müəyyən edilmişdir. Bundan sonra, yəni 2022-ci ilin yanvar ayında Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat aliment təyin olunmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(041)-443/2022 saylı qətnaməsi ilə 24 yanvar 2022-ci il tarixdən başlayaraq bir övladının yetkinlik yaşına çatana kimi hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq Cavabdeh ödənilməsi təmin edilmişdir. Cavabdeh müvəqqəti yaşadıqları Ucar rayonunun X9 Stansiyasının xidməti mənzilə gəlin gələrkən gətirdiyi və ona məxsus cehiz əşyalarını, evi tərk edərkən özü ilə aparmamış və həmin vaxtdan hal-hazıra kimi bu mənzildə istifadə olunmadan saxlanılır. Keçən müddətdə mütəmadi olaraq cavabdehə və onun valideynlərinə ona məxsus cehiz əşyalarının aparılması təklif olunsa da, bu təkliflər nəticəsiz qalmış və cehiz əşyalarının aparılması təmin olunmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında rəsmi nikah olmamışdır. Onunla el adəti ilə ailə qurub Ucar rayonunun Müsüslü kəndinə gəlin köçmüşdür. Bir müddət mehriban yaşasalar da 3 aylıq hamilə olarkən onu evdən məcburi şəkildə çıxartmışlar. Odur ki, cehiz əşyalarını yox, onların dəyəri olan pulu istəyir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İHB-nın Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-80-22/2- 107/2025 nömrəli arayışından görünür ki, İddiaçı1 Kürdəmir rayonunun Karrar qəsəbəsində daimi yaşayış qeydiyyatında olmasına baxmayaraq hal-hazırda Ucar rayonun Müsüslü kəndində X9u stansiyasının Kazarma binasında yaşayır. Həmçinin Azərbaycan Respublikası Ucar rayonu İHB-nın Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 260 nömrəli arayışından görünür ki, İddiaçı1 Kürdəmir rayonunun Karrar qəsəbəsində daimi yaşayış qeydiyyatında olmasına baxmayaraq 10 ildən artıq müddətdir ki, Ucar rayonun Müsüslü kəndində X9u stansiyasının binasında yaşayır və ailə tərkibi arvadı X4 və oğlu İddiaçı2 ibarətdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 1636/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı2 faktiki nikahlarından doğulmuş 18 yanvar 2021-ci il təvəllüdlü X2 atasının İddiaçı2 olması müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)- 443/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı2 faktiki nikahlarından doğulmuş 18 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 yanvar 2022-ci il tarixdən başlayaraq İddiaçı2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ucar rayonu İHB-nın Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus aşağıdakı ev əşyaları İddiaçı1 məxsus evdə aşkar olunmuşdur: 1. 82 ekran TV-1 ədəd, 2. TV altlığı-1 ədəd, 3. Yataq mebeli-1 ədəd, tək kravat-1 ədəd, tumbuçka-2 ədəd, 4. Mətbəx mebeli-1 ədəd, 5. Podnis-2 ədəd, 6. Şifaner-1 ədəd, 7. Servant-1 ədəd, 8. Tort dəsti-1 ədəd, 9. Künc divanı-1 ədəd, 10. Jurnalni stol-1 ədəd, 11. Termo-2 ədəd, 12. Armudu stəkan-12 ədəd, 13. Qalın stəkan-12 ədəd, 14. Xalça-4 ədəd,

15. Kasa-6 ədəd, 16. Salat boşqabı-12 ədəd, 17. Ədyal-2 ədəd, 18.Düz boşqab-10 ədəd,

19. Çörək qabı-2 ədəd, 20.Taxt üstü-1 ədəd, 21. Şamdan bakalı-4 ədəd, 22. Tok peçi-1 ədəd, 23. Aliminum qazan-2 ədəd, 24. Ləyən-4 ədəd, 25. Tozsoran-1 ədəd, 26. Ütü-1 ədəd, 27. Şirəçəkən-1 ədəd, 28. Çayni, abedni və kafeni dəsti, 29. Ətçəkən maşını-1 ədəd, 30. Balaca çaynik-3 ədəd, 31. Sərinkeş(vintelyator)-1 ədəd, 32. Su bakalı-12 ədəd,

33. Lüstur-1 ədəd, 34. İçki bakalı-12 ədəd, 35. Teşt-1 ədəd, 36. Vaza(qızılı rəng)-1 ədəd,

37. Qənd qabı-2 ədəd, 38. Ləpə qabı(üç gözlü)-1 ədəd, 39. Balıq qabı dəsti-1 ədəd, 40. Stol-1 ədəd, 41. Stul-6 ədəd, 42. Duz-istiot qabı-2 ədəd, 43. Qabqacaq dəsti-1 qutu, 44. Dərin boşqab-12 ədəd, 45. Qaşıq çəngəl-1 qutu, 46. Tefal-1 ədəd, 47. Qulplu podnos-3 ədəd, 48. Sandıq-1 ədəd(içi dolu, çxol, prastina, dəsmal), 49. Yataq dəsti-1 ədəd, 50.Yorğan-2 ədəd, 51. Döşək-2 ədəd, 52. Balaca döşəkcə-8 ədəd, 53. Yastıq-10 ədəd, 54. DVD aparatı-1 ədəd, 55. Pərdə-kapsella, günlük tül, zal üçün tül, günlük, 56. Mətbəx üçün tül, günlük, 57. Karniz-4 metr. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, cavabdeh İddiaçı2 ilə xx.xx.2020-ci il tarixdə evlənmiş, lakin rəsmi nikahları olmamışdır. Onlar evləndikdən sonra iddiaçı ilə birlikdə Ucar rayonunun Müsüslü kəndində X9u stansiyasının binasında yaşamış, cavabdehin cehiz və digər şəxsi əşyaları həmin mənzildə olmuşdur. Hazırda onlar birlikdə yaşamırlar. İddiaçı Ucar rayonunun Müsüslü kəndində X9u stansiyasının mülkiyyətində olan mənzildə qalmış cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əşyaların yerləşdiyi mənzil İddiaçı2 xidməti istifadə etmək üçün verilmişdir, cavabdeh isə artıq həmin mənzildə yaşamır. Həmin əşyaların mənzildə qalması mülkiyyətçinin hüquqlarını pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: 1. 82 ekran TV-1 ədəd, 2. TV altlığı-1 ədəd, 3. Yataq mebeli-1 ədəd, tək kravat-1 ədəd, tumbuçka-2 ədəd, 4. Mətbəx mebeli-1 ədəd, 5. Podnis-2 ədəd, 6. Şifaner-1 ədəd, 7. Servant-1 ədəd, 8. Tort dəsti-1 ədəd, 9. Künc divanı-1 ədəd, 10. Jurnalni stol-1 ədəd, 11. Termo-2 ədəd, 12. Armudu stəkan-12 ədəd, 13. Qalın stəkan-12 ədəd, 14. Xalça-4 ədəd,

15. Kasa-6 ədəd, 16. Salat boşqabı-12 ədəd, 17. Ədyal-2 ədəd, 18.Düz boşqab-10 ədəd,

19. Çörək qabı-2 ədəd, 20.Taxt üstü-1 ədəd, 21. Şamdan bakalı-4 ədəd, 22. Tok peçi-1 ədəd, 23. Aliminum qazan-2 ədəd, 24. Ləyən-4 ədəd, 25. Tozsoran-1 ədəd, 26. Ütü-1 ədəd, 27. Şirəçəkən-1 ədəd, 28. Çayni, abedni və kafeni dəsti, 29. Ətçəkən maşını-1 ədəd, 30. Balaca çaynik-3 ədəd, 31. Sərinkeş(vintelyator)-1 ədəd, 32. Su bakalı-12 ədəd,

33. Lüstur-1 ədəd, 34. İçki bakalı-12 ədəd, 35. Teşt-1 ədəd, 36. Vaza(qızılı rəng)-1 ədəd,

37. Qənd qabı-2 ədəd, 38. Ləpə qabı(üç gözlü)-1 ədəd, 39. Balıq qabı dəsti-1 ədəd, 40. Stol-1 ədəd, 41. Stul-6 ədəd, 42. Duz-istiot qabı-2 ədəd, 43. Qabqacaq dəsti-1 qutu, 44. Dərin boşqab-12 ədəd, 45. Qaşıq çəngəl-1 qutu, 46. Tefal-1 ədəd, 47. Qulplu podnos-3 ədəd, 48. Sandıq-1 ədəd(içi dolu, çxol, prastina, dəsmal), 49. Yataq dəsti-1 ədəd, 50.Yorğan-2 ədəd, 51. Döşək-2 ədəd, 52. Balaca döşəkcə-8 ədəd, 53. Yastıq-10 ədəd, 54. DVD aparatı-1 ədəd, 55. Pərdə-kapsella, günlük tül, zal üçün tül, günlük, 56. Mətbəx üçün tül, günlük, 57. Karniz-4 metr olmaqla İddiaçı1 yaşadığı Ucar rayonunun Müsüslü kəndində X9u stansiyasının binasında olan mənzildən Cavabdeh hesabına çıxarılaraq ona təhvil verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan mediasiya şurasının arayışından məlum olur ki, iddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərcinin yarısı və ödənilmiş olan 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: 1. 82 ekran TV-1 ədəd, 2. TV altlığı-1 ədəd, 3. Yataq mebeli-1 ədəd, tək kravat-1 ədəd, tumbuçka-2 ədəd, 4. Mətbəx mebeli-1 ədəd, 5. Podnis- 2 ədəd, 6. Şifaner-1 ədəd, 7. Servant-1 ədəd, 8. Tort dəsti-1 ədəd, 9. Künc divanı-1 ədəd,

10. Jurnalni stol-1 ədəd, 11. Termo-2 ədəd, 12. Armudu stəkan-12 ədəd, 13. Qalın stəkan- 12 ədəd, 14. Xalça-4 ədəd, 15. Kasa-6 ədəd, 16. Salat boşqabı-12 ədəd, 17. Ədyal-2 ədəd, 18.Düz boşqab-10 ədəd, 19. Çörək qabı-2 ədəd, 20.Taxt üstü-1 ədəd, 21. Şamdan bakalı-4 ədəd, 22. Tok peçi-1 ədəd, 23. Aliminum qazan-2 ədəd, 24. Ləyən-4 ədəd, 25. Tozsoran-1 ədəd, 26. Ütü-1 ədəd, 27. Şirəçəkən-1 ədəd, 28. Çayni, abedni və kafeni dəsti,

29. Ətçəkən maşını-1 ədəd, 30. Balaca çaynik-3 ədəd, 31. Sərinkeş(vintelyator)-1 ədəd,

32. Su bakalı-12 ədəd, 33. Lüstur-1 ədəd, 34. İçki bakalı-12 ədəd, 35. Teşt-1 ədəd, 36. Vaza(qızılı rəng)-1 ədəd, 37. Qənd qabı-2 ədəd, 38. Ləpə qabı(üç gözlü)-1 ədəd, 39. Balıq qabı dəsti-1 ədəd, 40. Stol-1 ədəd, 41. Stul-6 ədəd, 42. Duz-istiot qabı-2 ədəd, 43. Qabqacaq dəsti-1 qutu, 44. Dərin boşqab-12 ədəd, 45. Qaşıq çəngəl-1 qutu, 46. Tefal-1 ədəd, 47. Qulplu podnos-3 ədəd, 48. Sandıq-1 ədəd(içi dolu, çxol, prastina, dəsmal), 49. Yataq dəsti-1 ədəd, 50.Yorğan-2 ədəd, 51. Döşək-2 ədəd, 52. Balaca döşəkcə-8 ədəd, 53. Yastıq-10 ədəd, 54. DVD aparatı-1 ədəd, 55. Pərdə-kapsella, günlük tül, zal üçün tül, günlük, 56. Mətbəx üçün tül, günlük, 57. Karniz-4 metr olmaqla İddiaçı1 yaşadığı Ucar rayonunun Müsüslü kəndində X9u stansiyasının binasında olan mənzildən Cavabdeh hesabına çıxarılaraq ona təhvil verilsin. Cavabdeh 125 (yüz iyirmi beş) manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar