Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-565/2023 19.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh 220 manat aliment məbləğinin, həmçinin uşağın 3 yaşına çatana qədər əlavə xərclərin yəni 100 manat sabit pudl məbləğinin alınaraq, ümumilikdə 320 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh 14 iyun 2019-cu idldə faktiki nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Uşaq doğulan gündən ana ilə birlikdə onun atasına məxsus evdə yaşayır. Bu vaxt ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun ehtiyaclarının ödənilməsində iştirak etməmişdir. O, heç bir yerdə işləmədiyindən yalnız valideynlərinin köməyi ilə uşağın ehtiyaclarını qarşılaya bilir. Buna görə də cavabdehdən uşağın saxlanması uüçün aliment tələb etmək zərurəti yaranmışdır. Ona görə də xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh 220 manat aliment məbləğinin, həmçinin uşağın 3 yaşına çatana qədər əlavə xərclərin yəni 100 manat sabit pul məbləğinin alınaraq, ümumilikdə 320 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 527848 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə Murad adlı uşaqları olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh 14 iyun 2019-cu ildə faktiki nikaha daxil olmuşlar. Bu nikahdan onların xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Uşaq doğulan gündən ana ilə birlikdə onun atasına məxsus evdə yaşayır. Bu vaxt ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun ehtiyaclarının ödənilməsində iştirak etməmişdir. İddiaçı heç bir yerdə işləmədiyindən yalnız valideynlərinin köməyi ilə uşağın ehtiyaclarını qarşılaya bilir. Buna görə də cavabdehdən uşağın saxlanması üçün aliment tələb etmək zərurəti yaranmışdır. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. İddiaçı cavabdehlə faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə doğulmuş X3 3 yaşına çatana qədər cavabdehdən əlavə sabit pul məbləğində 100 manat pul tələb etsə də, Murad adlı uşağı doğulana kimi işləməsi barədə məhkəyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətində olmaqla nikahlarını rəsmi qeyd etdirməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin tələbinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb edə bilər. Qanunvericiliyin tələbinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Lakin hazırki iş üzrə iddiaçı ilə cavabdehin arasında rəsmi nikah qeyd olunmadığından onlar qanunun mənasına görə ər-aravd hesab edilmirlər. Belə olan halda məhkəmə hesab edir ki, idldia tələbi qismən təmin edilməklə xx.xx.2021ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat aliment alıqnaraq İddiaçı verilməli uşağın 3 yaşına çatana qədər əlavə xərclərin, yəni 100 manat sabit pul məbləğinin alınması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında“ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi və əmlak vəziyyəti, aliment alan uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay sabit pul məbləğində 160 manat miqdarında müəyyən edilməklə xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 39 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 39 (otuz doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-565/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-565/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver