Məhkəmə qərarları › İş №2(041)-6/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-6/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-6/2025 25.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçılar İddiaçı14, İddiaçı15, X1, İddiaçı6, X2, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı8, X3, İddiaçı13, İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı11, İddiaçı3, X4, İddiaçı17 Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 qarşı (üçüncü şəxs X5) alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı14, İddiaçı15, X1 və qeyriləri cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 qarşı (üçüncü şəxs X5) alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-356/2023 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək mülki işin icraatı dayandırılmış və mülki işin materialları rəy verilməsi üçün Məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmə ekspertiza mərkəzi tərəfindən ekspert rəyi verilmədən mülki iş məhkəməyə geri qaytarıldığından, məhkəmənin xx.xx.2025-ci il tarixli 2(041)-6/2025 saylı qərardadı ilə işin icraatı təzələnmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehlər təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyinə və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 9.2-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı14, İddiaçı15, X1, İddiaçı6, X2, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı8, X3, İddiaçı13, İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı11, İddiaçı3, X4, İddiaçı17 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 qarşı (üçüncü şəxs X5) alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar