Məhkəmə qərarları › İş №2(041)-608/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-608/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-608/2023 25.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 və X2 iştirakı ilə İddiaçı və cavabdehlər X6 və X5 qarşı əmlak tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan cavabdehlər X8 və X1 onların yaşadığı evdə qalan qızılzinət əşyaları - 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları – 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərinqdə 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnisdən ibarət – cəmi 17990 manat dəyərində qızıl zinət və cehiz əşyalarının özlərinin, özləri olmadıqda isə onların dəyərinin, həmçinin Məşğulluq proqramı üzrə Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən bizim ailə təsərrüfatımıza verilmiş və hazırdla 40 baş olan qoyunlardan 20 başının və ödənilmiş dövlət rüsumuna görə 94 manat, ümumilikdə 17896 (on yeddi min səkkiz yüz doxsan altı) manat alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlə 2014-cü il tarixdə nikahıarını qeyd etdirməklə ailə qurmuşlar. İddiaçı cavabdehlə evlənib ailə qurarkən özünə məxsus cehiz əmlaklarını da aparıb cavabdehin yaşadığı evə yığmışdır. Onların birgə nikahlarından 3 uşaqları olmuşdur. Cavabdehlə ailə qurub bir müddət onunla ər-arvad bir yerdə yaşayandan sonra cavabdehin təqsiri üzündən yaşadığı evi tərk edərək valideynlərinin yanına qayıtmış və hazırda valideynləri ilə birlikdə yaşayır. Bundan sonra iddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə ailə qurandan sonra cavabdehin valideynləri tərəfindən ona 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük hədiyyə veriilmişdir. Valideynləri tərəfindən isə ona 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərinqdə 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnisdən ibarət əmlaklar hədiyyə olunmuşdur. Hazırda cavabdehin yaşadığı evdə ona məxsus yuxarıda adları qeyd olunan qızıl-zinət və cehiz əşyaları qalmışdır. Həmçinin birgə yaşadıqları müddətdə məşğulluq tərəfindən onlara 21 baş qoyun verilmiş, qoyunalr artaraq 40 baş olmuşdur. İddiaçı yuxarıda qeyd olunan əmlakların özlərini, özləri olmadıqda onların pulla dəyərinin alınıb ona verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, 2014cu ildə iddiaçı ilə ailə həyatı qurub. İddiaçı ilə evlənərkən o, özünə məxsus cehizlərini də atasıgillə bir həyətdə olan onlardan ayrı yaşadıqları evə gətirib yığmışdır. O, iddiaçı ilə evlənəndə onun valideynləri iddiaçıya 1 ədəd qolbaq, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, ədəd sirkon qaşları olan nişan üzüyü, 1 ədəd sirkon qaşları olan paxlava üzük vermişlər. Toyda iddiaçıya verildən qızılların hamısı həmişə iddiaçının özündə olmuş və özü də iddiaçının qızıllarını harada və hansı şəraitdə saxlaması ilə maraqlanmamışdır. Onun iddiaçı ilə heç bir problemi olmamış, lakin iddiaçının valdeynləri onların ailə daxili işlərinə qarışaraq mehriban yaşamalarına imkan verməyərək onların ailəsini dağıtmışdır. Buna görə onun iddiaçı ilə ər-arvad münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı ilə ailə həyatı qurarkən iddiaçı pzünə məxsus cehiz əşyalartını da onların evinə gətirmişdir. Həmin cehizş əşyları hazırda onun evindədir. Həmçinin iddiaçı ilə yaşadıqları müeddətdə özünəməşğulluq proqramı çərçivəsində ona 21 baş qoyun verilmiş ,həmin qoyunalr artaraq 25 baş olmuşdur. Sonradan maddi imkanı olmadığı üçün qoyunları satmışdır. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh X7 iddia tələblərini qisməın qəbul edərək digər cavabdeh Vüsal Əliyevlə eyni məzmunda izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X8 ilə nikahlarını 2014-cu il tarixdə qeyd etdirib ailə qurmuşlar. İddiaçı cavabdehlə evlənib ailə qurarkən özünə məxsus cehiz əmlaklarını da aparıb cavabdehin yaşadığı evə yığmışdır. Onların birgə nikahlarından 3 uşaqları olmuşdur. İddiaçı cavabdehlə ailə qurub bir müddət onunla ər-arvad bir yerdə yaşayandani sonra cavabdehin səhvi üzndən ailə münasibətləri pozulmuş valideynlərinin yanına qayıtmış və hazırda valideynləri ilə birlikdə yaşayır. Bundan sonra iddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən onların arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı ilə X8 evlənib ailə qurarkən cavabdehin valideynləri tərəfindən iddiaçıya 1 ədəd qolbaq, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, ədəd sirkon qaşları olan nişan üzüyü, 1 ədəd sirkon qaşları olan paxlava üzük hədiyyə veriilmişdir. İddiaçı cavabdehlə ayrılarkən cehiz və qızıl-zinət əşyları cavabdehdə qalımışdır. Hazırda həmin qızılların hamısı cavabdehin özündədir. Hazırda cavabdehin yaşadığı evdə iddiaçıya məxsus cehişz əşyaları qaldığını və iddiaçının həmin əmlakları istədiyi vaxt götürə biləcəyini bildirmişdir. Ona görə də iddia tələbinin qismən etdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük verildiyini bildirmişdir. Həmçinin cavabdeh iddiaçı ilə birəg nikah dövründə 21 baş qoyun əldə etdiyini, həmin qoyunların artaraq 25 baş olduğunu, maddi imkanı olmadığı üçün həmin qoyunları satdığını bildirmişdir. Məhkəmə tədqiqi zamanı iddiaçının valideynlərinin cavabdehin yaşadığı evdə cavabdeh iddiaçıya məxsus cehiz əşyalarını onun evində qaldığını bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdə qalması sübut olunan 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərinqdə 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnis, həmin əmlaklar olmadıqda onların pulla dəyəri cavabdehlər X3 və X1 alınıb İddiaçı verilməli,həmçinin 25 baş qoyunun birgə nikah dövründə alınmasını nəzərə alaraq 13 başının cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlərdə qalmış, iddiaçıya məxsus 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərində 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnis, həmin əmlaklar olmadıqda onların pulla dəyəri cavabdehlər X3 və X1 alınıb İddiaçı verilsin. Tərəflərin birgə nikah dövründə əldə etidkləri 25 baş qoyunun birgə nikah dövründə alınmasını nəzərə alaraq 13 başının cavabdeh X3 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar