Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-619/2025 25.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X1 məxsus və cavabdehlərin evində qalan 1 ədəd paltar yığılan şkaf-1500 manat, 1 ədəd Termo-800 manat, 2 nəfərli 1 ədəd taxt-1000 manat, 5 ədəd çuğun qazan-120 manat, 3 ədəd aliminium qazan-80 manat, 1 ədəd nişan üzüyü, 585 əyarlı,0,7 karat brilyatn qaşları ilə 4.9 qram çəkidə-1085 manat, "Fantaziya" üzük, 585 əyarlı, sirkon qaşları ilə, 2,6 qram çəkidə- 260 manat, "Fantaziya" üzük, 585 əyarlı, sirkon qaşları ilə, 2.1 qram çəkidə-210 manat, ağ qızılla işlənmiş, boyunbağı, sırğa və üzükdən ibarət dəsı, 750 əyarlı, 1,6 karat brilyant qaşlar-2500 manat və həlqə sırğa, 585m əyarlı, 2.8 qram çəkidə-280 manat qızıl ziynət əşyaların özləri, özləri olmadıqda isə onların dəyəri olan 7835 (yeddi min səkkiz yüz otuz beş) manat pulun və dövlət rüsumu və mediasiya xərci olaraq ödədiyim 98,35 manat olmaqla, ümumilikdə 7933,35 (yeddi min doqquz yüz otuz üç manat otuz beş qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq azyaşlı qızı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı vəsatətlə çıxış edərək, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlərlə razılığa gəldiyini bildirərək, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi və ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 260.6-cı maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki. iddiaçının vəsatəti təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, büdcəyə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 60 manat, 39 manat və 27 manat olmaqla, cəmi 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-619/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-619/2025
25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver