Məhkəmə qərarları › İş №2(041)-638/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-638/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-638/2023 10.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlak bölgüsü və pay tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlak bölgüsü və pay tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçılar Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən evin bölünərək onların paylarının müəyyən edilməsi, pay torpaq sahəsindən kompensasiya və sair tələb etdikləri halda, mübahisələndirilən evə və torpaq sahəsinə dair sənədləri ərizəsinə əlavə etməmiş, həmçinin qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödəməmiş, bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlak bölgüsü və pay tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar