Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-710/2025 22.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan MERCEDES BENZ C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobilin ona və Cavabdeh ½ hissələrdə payların bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə Cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq ona və cavabdehə ½ hissə olaraq ödənilməsi, tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22 noyabr 2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(008)-529/2024 saylı qətnaməsi ilə cavabdehlə bağlanmış nikah pozulmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra o, xx.xx.2020-ci ildə MERCEDES BENZ C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Bu barədə cavabdehə AD N 847443 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. O cavabdehlə birgə nikah dövründə əldə etdiyi avtomobilin ½ hissələrdə bölgüsünün aparılması, bölgü mümkün olmadıqda pul ilə dəyərinin cavabdeh tərəfindən ona verilməsini istəyir. Cavabdehlə hazırki mübahisə ilə bağlı hər hansı razılıq əldə olunmadığından o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, cavabdeh İddiaçı ilə xx.xx.2008-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində birgə qalırlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2990/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdehq Malik oğlundan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, İddiaçı Cavabdeh uşaqlarla istənilən vaxt görüşməsinə şərait yaratması qət edilmişdir. Nikah dövründə xx.xx.2020-ci ildə Mercedes Benz C180 minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobil və 2013-cü il tarixdə fərdi yaşayış evi almış, həmin evə dair kommunal xidmət müqavilələri bağlanılmış, son 3 aya kimi həmin evdə yaşayıb. Qeyd olunan evin onun almağına, habelə bütün kommunal xidmətlə bağlı müqavilələrin onunla bağlanılmasına baxmayaraq, cavabdeh evi zəbt etmiş, hətta onun evdən istifadəsinə süni maneələr yaratmaqdadır. Hal-hazırda o nikahdan dünyaya gələn övladlarına ödənişləri o maşın vasitəsi ilə edə bilir. Çalışdığı yerə gedib gəlmək, lazım olan ödənişləri əldə etmək üçün nəqliyyat vasitəsinin bölünməsi ona çox maddi imkanlarını əldə etmək üçün ziyan ola bilər. Çalışdığı qədər övladlarına gəlir etmək üçün bu nəqliyyat vasitəsindən istifadə edir. Nikah dövründə əldə etdikləri ər-arvadın ümumi birgə mülkiyyətini təşkil etdiyindən tərəflər arasında ümumi əmlak bölgüsünün predmeti olmalıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı 14 saylı Mediasiya təşkilatının arayışında, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı 14 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya prosesində iddiaçı iştirak etmişdir, cavabdeh isə iştirak etməmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixliMŞB/14/2024-00137 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış verilmişdir. İddiaçı tərəfindən mediasiya xərci olaraq, 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. - Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-529/2024 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında 23 №-li akt qeydi ilə xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması qət etmişdir. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2990/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdehq Malik oğlundan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, İddiaçı Cavabdeh uşaqlarla istənilən vaxt görüşməsinə şərait yaratması qət etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, Mercedes Benz C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı birgə nikah dövründə əldə edilmiş Mercedes Benz C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobilin bölgüsünü tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Onlardan birinci şərt- əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalı, ikinci şərt isə - əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Hər iki şərt mövcud olduqda əmlak ər və arvadın ümumi birgə mülkiyyəti sayılır. Birinci şərtin də mühüm əsaslarından biri əldə olunmuş əmlakın məhz ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. Ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmamış əmlak onların kimin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsindən asıllı olmayaraq onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Hazırki iş üzrə də, cavabdehin sahibliyində və mülkiyyətində olan Mercedes Benz C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə aldə edilməsi işin və tərəflərin mübahisə etmədiyi halıdır. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək məhkəmə hesab edir ki, iddia qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki iddia təmin edilməli, Cavabdeh mülkiyyətində olan MERCEDES BENZ C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı və Cavabdeh ½ hissələrdə payları müəyyən edilməlidir. Avtomobilin paylara uyğun olaraq dəyərinin nağd şəkildə tərəflərə ödənilməsi mümkün olmadığı halda həmin avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş məbləğin ½ hissəsi İddiaçı ödənilməlidir. Ödənilmiş 100 manat məhkəmə xərcləri (50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan MERCEDES BENZ C180 minik markalı, 90ZF267 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı və Cavabdeh ½ hissələrdə payları müəyyən edilsin. Avtomobilin paylara uyğun olaraq dəyərinin nağd şəkildə tərəflərə ödənilməsi mümkün olmadığı halda həmin avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş məbləğin ½ hissəsi İddiaçı ödənilməlidir. Ödənilmiş 100 manat məhkəmə xərcləri (50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu) Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-710/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-710/2025
22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver