Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-720/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəniş üsulunun dəyişdirilməsi tələbinə dair dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2023-cü il tarixli 2(041)-178/2023 saylı Kürdəmir rayon Məhkəməsinin qətnaməsi üzrə tutulan 195 (yüz doxsan beş) manat aliment məbləğinin ödəniş üsulunun dəyişdirilərək, cavabdehdən qazancının və başqa gəlirlərinin dörddə bir hissəsindən aliment tutularaq iddiaçıya ödənilməsi və mediasiya xərcləri üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, İddiaçı ilə Cavabdeh arasında nikah Kürdəmir rayon Məhkəməsinin 2(041)-178/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X8 isə məhkəmənin qətnaməsi ilə iddiaçının yanında saxlanılmış və cavabdehdən hər il sabit məbləğ şəklində 195 (yüz doxsan beş) manat məbləğində aliment tutulur.Hal-hazırda cavabdehin yəni atanın iş yeri olduğu üçün alimentin onun əmək haqqına yönəlməsi daha məqsədəuyğun olduğu üçün məhkəməyə müraciət olunur. Cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətində dövlət qulluqçusu olaraq böyük məsləhətçi vəzifəsində çalışır və 1226 manat 50 qəpik məbləğində maaş alır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhəkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, Kürdəmir rayon İcra Hakimiyyətində dövlət qulluqçusu olaraq böyük məsləhətçi vəzifəsində çalışır, 1226 manat 50 qəpik məbləğində maaşını vergilər çıxandan sonra min manata yaxın hissəsini nəğd olaraq alır. Alimentini vaxtı-vaxtında ödəyir. Lakin iddiaçı uşağı ilə ünsiyyət yaratmağa imkan vermir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-178/2023 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Kürdəmir rayon İHBnın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 10 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 anası X2 yanında saxlanılmış, xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olub. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. - əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, Yunusov X5 Rayon İcra Hakimiyyətində Dövlət qulluqçusu-Böyük məsləhətçi, hökümət vəzifəsində işləyir, aylıq qazancı 1226.50 manat təşkil edir. İşin faktiki hallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-178/2023 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmiş, cavabdeh hazırda Kürdəmir Rayon İcra Hakimiyyətində dövlət qulluqçusu- böyük məsləhətçi, hökümət vəzifəsində işlədiyini, aylıq 1226.5 manat əmək haqqı aldığı üçün aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Hazırki iş üzrə cavabdeh Kürdəmir Rayon İcra Hakimiyyətində dövlət qulluqçusuböyük məsləhətçi vəzifəsində işləyərək, aylıq 1226.5 manat əmək haqqı aldığından Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə müvafiq olaraq 1 uşağa görə qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini alan tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı mediasiya təşkilatına 60 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün Cavabdeh 100 manat dövlət rüsumu tutularaq 60 manatı İddiaçına, 40 manatı dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-178/2023 saylı qətnaməsi ilə müəyyən edilən 195 manat aliment məbləğinin ödəniş üsulu dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini alan tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq 60 manatı İddiaçına, 40 manatı dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-720/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-720/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver