Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-742/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh3 Ələsgər oğluna, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3 Ələsgər oğluna, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı həmçinin yetkinlik yaşına çatmayanlar: X3, X1, X4, X6 və X2 yaşayış sahəsində istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-1064/2015 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3 Ələsgər oğluna məxsus ünvan 1ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə hərracın yekunları barədə protokol və alqı-satqı müqaaviləsi əsasından satılmışdır. Cavabdehlər Cavabdeh3 Ələsgər oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmçinin yetkinlik yaşına çatmayanlar: X3, X1, X4, X6 və X2 Kürdəmir şəhəri M.F.Axundov küçəsi ev 28 fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadırlar. Bununla da cavabdehlər iddiaçının əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçrilməsinə mane olurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxıb, qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2021-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, Kürdəmir şəhəri M.F.Axundov küçəsi ev 28 fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, Kürdəmir şəhəri M.F.Axundov küçəsi ev 28 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmiş, lakin cavabdehlər həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışlar. Kənar şəxslərin evdə qeydiyyatda olmaları iddiaçının evin mülkiyyətçisi kimi hüquqlarını məhdudlaşdırdığı üçün həmin şəxslərin mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki. hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququ evin iddiaçının mülkiyyətinə keçdiyi andan itirilmiş və onların istifadə hüququna xitam verilmişdir. Odur ki, cavabdehlərin evdən istifadə hüququ yoxdur, mövcud olmayan hüquqa xitam verilə bilməz. Lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüquqlarının olmadığı müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. Odur ki, hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Məhkəmə, istifadə hüququnun olmadığının müəyyən ediılməsini qət etməklə tələbdən kənara çıxmır, iddia qismən təmin olunmuş sayılır. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdelərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3 Ələsgər oğlunun, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmçinin yetkinlik yaşına çatmayanlar: X3, X1, X4, X6 və X2, Kürdəmir şəhəri M.F.Axundov küçəsi ev 28 fərdi yaşayış evindən istifadə hüquqularının olmadığı müəyyən edilməli və istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə həmin şəxsin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər; Cavabdeh3 Ələsgər oğlunun, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8, həmçinin yetkinlik yaşına çatmayanlar: X3, X1, X4, X6 və X2, Kürdəmir şəhəri M.F.Axundov küçəsi ev 28 evindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilsin. Qətnamə həmin şəxslərin həmin evdən yaşayış yeri üzrə pasport qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-742/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-742/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver