Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-744/2023 02.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər X1 və Cavabdeh1 qarşı əmlakın bölünməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kürdəmir rayonunun Atatürk küçəsində iddiaçıya məxsus 3 otaqlı fərdi yaşayış evi var. Yaşadıqları ev darısqal olduğu üçün oğlu Samirə 1 sot, oğlu Seymura isə 4 sot torpaq sahəsi vermişdir. Onlar həmin torpaqda ev tikmiş və ailə üzvləri ilə bərabər həmin evdə yaşayırlar. Həmin evlərin qaz xətti onun qaz xəttindən keçir. Evlərə qaz xətti çəkdirmək üçün qaz idarəsinə müraciət ediblər. Lakin fərdi yaşayış evlərinə qaz xəttinə çəkilməsinin mümkün olmadığını onlarfa bildirmişlər. Ona görə də payların müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iddiaçıya izah edilir ki, iddia etdiyi torpaq sahəsində paylarının naturada bölünməsi və bununla bağlı bölgü sxeminin tərtib edilməsi ilə əlaqədar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etməklə aidiyyəti orqanlara (notariat orqanlarına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional qurumlarına və sair) müraciət etməli, məsələ məhkəmədən kənar qaydada həll edilmədiyi təqdirdə, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı əmlakın bölünməsi tələbinə dair” iddiası üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-744/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-744/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver