Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-800/2025 15.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə faktiki nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 246 manat alimentin və mediasiya xərcinə görə ödədiyi 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə evlənib ailə qurmuşdur, lakin nikahları cavabdehin təqsiri üzündən rəsmi qeyd olunmamışdır. Cavabdehlə ər-arvad kimi birlikdə yaşadıqları müddətdə faktiki nikahlarından xx.xx.2019-cu il Dəniz adlı bir qızı olub və Dənizin atalığı müəyyən edilib. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə və ailə dəyərlərinə qiymət verməməklə ona və uşağına baxmadığına görə ondan ayrılmışdır. Artıq 5 ildir ki, cavabdehdən ayrı yaşayır və qızı Dəniz də onun himayəsində yaşayır. Cavabdehin bir valideyn kimi öz uşağını saxlamaq onun vəzifəsi olsada o, bir dəfə də olsun onunla maraqlanmayıb və uşağın saxlanması üçün heç bir maddi yardım etməyib. iddiaçı özü də heç bir yerdə işləmir və uşağı saxlamaqda çox çətinlik çəkir. Odur ki, cavabdehdən rəsmi qaydada aliment tələb etməyi qərara almışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə 2018-ci il tarixdə ailə qurmuşlar, lakin aralarında nikah qeyd edilməmişdir. iddiaçı onların evində gəlin olarkən ailəyə xəyanət edərək başqa bir şəxslə telefonla danışdığı üçün münasibətlər pozulmuş, 2019-cu il tarixdə doğulmuş qızı 6 aylıq ikən İddiaçı uşağı da özü ilə götürüb başqa şəxslə qaçmışdır. Onun tapılması üçün Kürdəmir RPŞ-nə də müraciət edib və polis şöbəsində aparılan araşdırma zamanı onun başqa şəxslə qaçdığı müəyyən edilmişdir. İddiaçı hazırda da başqa şəxslə evlənmiş və həmin evlilikdən də 1 uşağı vardır. İddiaçı iddia ərizəsində xasiyyətlərinin uyğun gəlmədiyini və ayrı yaşadığını göstərməklə məhkəmənin diqqətini yayındırır və məhkəmni aldadır. İddiaçının və onun hazırki ərinin məqsədi ondan alınan alimentlə öz tələbatlarını ödəməkdir. Gələcəkdə uşağının iddiaçıdan alınması üçün məhkəməyə müraciət edəcək, çünki azyaşlı qızının yad kişinin himayəsində tərbiyə almasını istəmir və bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Hesab edir ki, uşaq qədrini bilən uşağını ata travması almaqdan qorumalıdır.Bu da iddiaçının hazırki ailəsinin maddi tələbatını ödəmək məqsədinin olmasına dəlalət edir. Odur ki, yuxarıda göstərdiklərini və iddiaçının ailə dəyərlərinə qiymət verməməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olub, atası Cavabdehdur Məhkəmə, tərəflərin izahatını dinləyib və işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı yenidən ailə qurub və yeni ailədən bir uşağı var, hazırda işləmir, cavabdeh fərdi əməklə məşğul olur, sabit pul məbləği ilə aylıq gəliri yoxdur, hazırda valideynləri ilə birlikdə yaşayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə hesab edir ki, xx.xx.2019-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay 150 manat həddində sabit pul məbləğində alimentin tutulması uşağın və hər iki tərəfin mənafeyinə uyğun hesab edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-cü bəndinə əlavə edilmiş 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sənrəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarına müvafiq olaraq müəyyən edilmiş 152 manat alimentin 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,38 mislini (150 : 400 = 0.38) təşkil edəcəkdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialara üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı mediasiya təşkilatına 60 manat ödəniş etmişdir. İddia qismən təmin edilməsinə baxmayaraq, Cavabdeh 100 manat dövlət rüsumu tutularaq, 60 manatı iddiaçıya, 40 manatı dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin ödənilməsi iddianın verildiyi xx.xx.2025-cü il tarixindən hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq, 60 (altmış) manatı İddiaçı, 40 (qırx) manatı dövlət büdcəsinə ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-800/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-800/2025
15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver