Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-816/2024 19.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə sabit pul məbləğində 220 manat məbləğində alimentin, uşağın 3 yaşına çatana kitmi hər ay 100 manat, cəmi 320 manat məbləğin və Mediasiya şurasına 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdeh X1 ilə 2016-cı il tarixdə el adəti üzrə evlənib ailə qurmuşlar. Aralarında xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Cavabdeh Ağsu şəhərində yerləşən valideyinlərinə məxsus evə gəlin köçüb. xx.xx.2023-cü il tarixdə oğlu X4 anadan olub. Əvvəllər mehriban olsalarda sonradan cavabdehlə söz-söhbətləri yaranmışdır.08 noyabr 2023-cü il tarixdə cavabdehin xalaları və xalası qızı cavabdehin guya işdə xəsarət aldığını və ona uşaqla birlikdə bir müddət anası evinə gedib orada yaşamasını bildirmişlər. Bu adla onu anasının yaşadığı Kürdəmir rayonunun Qacıflı kəndinə göndərmişlər və həmin vaxtı ona bəyan etmişlər ki, bir daha sənin dalınca gəlməyəcəyik. Cavabdeh ona bildirmişdir ki, səninlə yaşamaq istəmirəm, səninlə boşanacam.Cavabdeh aralarında bağlanmış nikahın pozulması barədə iddia qaldırmış, uşağ 1 yaşına çatmadığı üçün mülki iş üzrə xitam verilmişdir. Hazırda anasının aldığı 300 manat məbləğindjə əmək haqqı ilə dolanırlar. Ona görə də Cavabdeh rəsmi nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat alimentin və uşağın 3 yaşına çatana kitmi hər ay 100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. İddiaçı cavabdehin valideyinlərinə məxsus Ağsu şəhərində yerləşən evlərinə gəlin köçüb. Birgə nikah dövründə dünyaya gəlmiş oğlan uşağı onun övladı deyil. Cavabdehlə ailə qurduğu vaxtda onunla bir dəfə ər-arvad münasibətində olmuşdur. İddiaçı ilə münasibət qurmaq istədikdə o, müxtəlif bəhanələr gətirərək münasibətdən yayınırdı. O, hesab edir ki, onların birgə nikah dövründə dünyaya gəlmiş oğlan uşağı onun övladı olmadığı üçün uşağa aliment vermək fikrində deyil. Ona görə də iddiaçının iddia tələbinin təmin edilməməsi baprədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ İİ № 517134 nömrəli, atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ İV № 849376 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə Eldar adlı uşaqları olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2022-ci ildə evlənib ailə qurmuşlar. Aralarında xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Cavabdeh Ağsu şəhərində yerləşən valideyinlərinə məxsus evə gəlin köçüb. xx.xx.2023-cü il tarixdə oğlu X4 anadan olub. Əvvəllər mehriban olsalarda sonradan cavabdehlə söz-söhbətləri yaranmışdır. 08 noyabr 2023-cü il tarixdə cavabdehin xalaları və xalası qızı cavabdehin guya işdə xəsarət aldığını və ona uşaqla birlikdə bir müddət anası evinə gedib orada yaşamasını bildirmişlər. Bu adla onu anasının yaşadığı Kürdəmir rayonunun Qacıflı kəndinə göndərmişlər və həmin vaxtı ona bəyan etmişlər ki, bir daha sənin dalınca gəlməyəcəyik. Cavabdeh ona bildirmişdir ki, səninlə yaşamaq istəmirəm, səninlə boşanacam. Cavabdeh aralarında bağlanmış nikahın pozulması barədə iddia qaldırmış, uşağ 1 yaşına çatmadığı üçün mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda anasının aldığı 300 manat məbləğində əmək haqqı ilə dolanırlar. Ona görə də Cavabdeh rəsmi nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat alimentin və uşağın 3 yaşına çatana kitmi hər ay 100 manat məbləğin və Mediasiya şurasına ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinin tələbinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüqüna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvadın zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş Əli adlı uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat, Əli adlı uşağa 3 yaşına çatana kimi qulluq etməyə görə hər ay 100 manat aliment tələb etsədə o, cavabdehin maddi əmlak vəziyyəti barədə məhkəməyə heç bir sübut təqldim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və əmlak vəziyyəti və aliment alan uşağın mənafeyi nəzərə alınaraq İddiaçı ilə cavabdeh X2 birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 180 manat, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 47,60 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 26 fevral 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi ona qulluq etməsinə görə hər ay sabit pul məbləğində 50 (əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 47,60 (qırx yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-816/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-816/2024
19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver