Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-86/2023 17.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qarşı cehiz və qızıl-zinət əşyalarının tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının və ya həmin zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 10400 AZN və iddia ərizəsində sadalanan cehiz əşyalarını və ya həmin əşyalar olmadıqda onların dəyəri 21050 AZN, cəmi 31450 AZN məbləğin cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cehiz əşyaları termo 700 manat, divan 1500 manat, kreslo 700 manat, jurnal stolu 500 manat, taxt 1000 manat, 2 ədəd tumba 500 manat, şifoner 1000 manat, qorka 2000 manat, kamod 1000 manat, stol 600 manat, stullar 350 manat, televizor 1200 manat, televizor altı 500 manat, pərdə,tül-xalçalar 2000 manat, çexol, pastel, süfrə, dəsmal 1000 manat, adyallar, pakrival 800 manat, lüsturlar 700 manat, tozsovuran, ətçəkən, mikser, soba-2000 manat, servis, bogema, xrustallar və bəzək qabları 2000 manat, qazan, tava, yemək qabları dəstləri, bıçaq, qaşıq, çəngəl dəstləri 1000 manat, əşyalar olmadıqda isə onların dəyəri 21050 manat, həmçinin toy hədiyyəsi olaraq həm iddiaçının ailəsi, həm də həyat yoldaşının ailəsi tərəfindən hədiyyə edilən qızıl-zinət əşyaları 750 əyarlı 30 qram çəkidə boyunbağı-3900 manat, 750 əyarlı 15 qram çəkidə qolbağ 1950 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə sırğa 1300 manat, 750 əyarlı 15 qram çəkidə sirkon qaşlar ilə nişan üzüyü 1950 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə dəst 1300 manat dəyərində qızıl-zinət əşyalarının və ya həmin zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 10400 manat, cəmi 31450 manat məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Dəyişdirilmiş iddia ərizəsi icraata qəbul edilmiş və Cavabdeh4 cavabdehlərin sırasından çıxarılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, iddiaçının ərizəsinə əsasən nikahın pozulması məhkəmənin icraatındadır. İddiaçı gəlin köçərkən ana və atası tərəfindən cehiz olaraq 21050 manat dəyərində - termo 700 manat, divan 1500 manat, kreslo 700 manat, jurnalnı 500 manat, taxt 1000 manat, 2 ədəd tumba 500 manat, şifoner 1000 manat, qorka 2000 manat, kamod 1000 manat, stol 600 manat, stullar 350 manat, televizor 1200 manat, televizor altı 500 manat, pərdə, tül, xalçalar 2000 manat, çexol, pastel, süfrə, dəsmal 1000 manat, adyallar, pakrival 800 manat, lüsturlar 700 manat, tozsovuran, ətçəkən,mikser, soba-2000 manat, servis, bogema, xrustallar və bəzək qabları 2000 manat, qazan, tava,yemək qabları dəstləri, bıçaq, qaşıq, vilka dəstləri 1000 manat cehiz əşyaları verilmiş, həmçinin nişan və toy hədiyyəsi olaraq iddiaçının valideynəri və cavabdehlərin valdeynləri tərəfindən 10400 manat dəyərində qızıl-zinət əşyaları 750 əyarlı 30 qram çəkidə boyunbağı-3900 manat, 750 əyarlı 15 qram çəkidə qolbağ 1950 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə sırğa 1300 manat, 750 əyarlı 15 qram çəkidə sirkon qaşlar ilə nişan üzüyü 1950 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə dəst 1300 manat dəyərində qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı dəfələrlə qızıl-zinət əşyalarını qayınanası və ərindən tələb etsə də onlar buna məhəl qoymamışlar. Bundan başqa iddiaçıya məxsus cehiz əşyaları cavabdehlər tərəfindən məhv edilmiş, bununla da ona 21050 manat dəyərində maddi ziyan vurulmuşdur. Hesab edir ki, həmin qızıl-zinət əşyaları iddiaçıya məxsusdur və cavabdehlərdən alınaraq geri qaytarılmalıdır. İddiaçınin nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçıya məxsus cehiz əşyalarını bir hissəsi, əsasən mebellər cavabdehlərin evindən götürülmüş, lakin həmin əmlaklar yarasız vəziyyətdə olmuşdur. Ona görə də cavabdehlərdə qalan əmlaklarının alınıb iddiaçıya qaytarılması, həmin əmlaklar olmadıqda isə onların pulla dəyərinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul etməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2008-ci ildə ailə həyatı qurub, iddiaçının valideynləri ilə birlikdə 2010-cu ildə Rusiya Federasiyasına getmiş, 2016-cı ildə Rusiya Federasiyasından qayıtmış, sonra yenidən Turanə ilə birlikdə Rusiya Federasiyasına getmiş, xx.xx.2022-ci il tarixdə Turanə və onun ailəsi ilə birlikdə Rusiya Federasiysından qayıtmışdır. İddiaçı onların evinə gəlin gələrkən ona toy hədiyyəsi olaraq verilmiş qızılların bir hissəsini özünün razılığı ilə satıb yol puluna sərf etmişlər, qalanları isə özündə olmuşdur. Həmin qızılların iddia ərizəsində göstərilən dəyərləri şişirdilmişdir. Cavabdeh1 izahatının sonunda iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı onun gəlini Raqif oğludur, 2008ci ildə ailə həyatı qurublar. Gəlinin valideynləri Rusiya Federasiyasında yaşadıqları üçün, 2010-cu ildə onları da yanlarına dəvət etmiş, oğlu 2022-ci ilə kimi onlarla birlikdə qalmış, gəlini isə hal-hazırda da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Oğlu Raqif geri qayıdandan sonra onların ailə münasibətləri də pozulmuş, İddiaçı nikahlarının pozulması barədə məhkəmədə iddia qaldırmış, atası isə evdə olan mebelləri sökdürüb maşınla evlərinə aparmışdır. İddiaçıya məxsus digər cehiz əşyaları hələ də onlarda qalır, istənilən vaxt maneəsiz olaraq götürə bilərlər. Tələb edilən qızıllara gəldikdə isə onların bir qismini toy ərəfəsində özü almış, bir qismini isə toydan sonra ayrı-ayrı tədbirlərdə hədiyyə kimi verilmişdir. Həmin qızılları da 2010-cu ildə Rusiya Federasiyasına getmək üçün özləri satıb yol puluna xərcləmişlər. Qiymətlərinə gəldikdə isə əsassız olaraq şişirdilmişdir. Belə ki, 2008-2009-cu illərdə 750 əyarlı 30 qram çəkidə boyunbağının dəyəri 3900 manat yox 1000-1300 manat arasında, 750 əyarlı 15 qram çəkidə qolbağın dəyəri 1950 manat yox-500-900 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə sırğa 1300 manat yox 500 manat, 750 əyarlı 15 qram çəkidə sirkon qaşlar ilə nişan üzüyü 1950 manat yox 700 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə dəst 1300 manat yox, 500 manat təşkil etmişdir. Qeyd edilən qiymətlər çərçivəsində iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, özünə məxsus “QAZEL” markalı yük maşını var. Həmin maşınla yük daşımaqla ailəsini dolandırır. 2022-ci ilin ortalarında Cavabdeh2 ona müraciət edərək onların evində cehiz əşyalarının olduğunu və onu başqa bir yerə aparmalı olduğunu demiş, razılaşdıqdan sonra maşını Vaqifin evinə sürmüş, həmin vaxt qohumlarının da Cavabdeh2 evində olduğunu görmüşdür. Maşının yük yerini açmış, sökülmüş mebel hissələri evdə olan şəxslərin köməkliyi ilə maşına yığılmış və həmin əmlakları iddiaçının atası Mehdinin evinə aparmışdır. Məhkəmə hesab edir ki, aşağıda əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı ilə Cavabdeh1 2008-ci ildə ailə həyatı qurub evlənmiş, 2010-cu ildə Rusiya Federasiyasına getmişlər. 2022-ci ildə Cavabdeh1 geri qayıtsa da, İddiaçı bu günə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. İddiaçı tərəf cehiz əşyalarını və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını tələb etdiyi halda, cavabdeh tərəf cehizlərin bir hissəsinin aparıldığını, qızıl-zinət əşyaların isə qiymətlərinin şişirdildiyini göstərərək, iddianın qismən təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. İşdə olan, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən verilmiş 862 nömrəli rəyin surətindən görünür ki, zərgərlik məmulatlarının “azad bazar” qiyməti ilə təxmini qiymətlərini aşağıdaki kimi müəyyənləşdirmişdir. 750 əyarlı 30 qram çəkidə boyunbağı-3900 manat, 750 əyarlı 15 qram çəkidə qolbağ 1950 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə sırğa 1300 manat, 750 əyarlı 15 qram çəkidə sirkon qaşlar ilə nişan üzüyü 1950 manat, 750 əyarlı 10 qram çəkidə sirkon qaşlar ilə dəst 1300 manat (cəmi 10400 manat). Məhkəmə araşdırması zamanı qeyd edilən mütəxəssis rəyində göstərilən qiymətlər 2022-ci ilin azad bazar qiymətlərinə aid edildiyini nəzərə alaraq, mütəxəssis rəyinin 2008- 2009-cu illərdə mövcud olmuş qiymətlərə uyğunlaşdırmaq üçün "xxxx" MMC-yə göndərilmiş və xx.xx.2023-cü il tarixli 12 nömrəli mütəxəssis rəyində göstərilən zərgərlik məmulatlarının 2009cu il üzrə “azad bazar” qiyməti ilə təxmini qiymətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: boyunbağı 750 əyarlı 30 qram çəkidə -1800 manat, qolbağ 750 əyarlı 15 qram çəkidə 900 manat, sirkon qaşlar ilə sırğa 750 əyarlı 10 qram çəkidə 600 manat, sirkon qaşlar ilə nişan üzüyü 750 əyarlı 15 qram çəkidə 900 manat, sirkon qaşlar ilə dəst 750 əyarlı 10 qram çəkidə 600 manat. Sonuncu mütəxəssis rəyi ilə hər iki tərəf razılaşmış və qızıl-zinət əşyalarının qiyməti ilə bağlı tərəflər arasında mübahisə aradan qaldırılmışdır. Mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını təsdiq etmək üçün iddiaçı tərəf İddiaçı toyda və ayrı-ayrı ziyafətlərdə çəkilmiş şəkillərini və iddiaçının Sankt- Peterburq şəhərində yaşadıqları müddətdə Cavabdeh1 tərəfindən evdən götürüdüyü qızılların qaytarılmaması barədə şikayəti üzrə cinayət işinin qaldırılmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın azərbaycan dilinə tərcümə edilmiş surətini məhkəməyə təqdim etmişdir. İşdə olan, Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Vıborq rayonu üzrə Rusiya DİNİ 36-cı polis şöbəsinin BAİ əməliyyat müvəkkili D.D.Filatovun cinayət işinin qaldırılmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində polis şöbəsinə təqdim etdiyi ərizəsində əri Cavabdeh1 ona məxsus olan qızıl-zinət əşyalarını, o cümlədən üzüyünü, sırğalarını, zəncirlərini, bilərziklərini yaşadıqları Sankt-Peterburq şəhəri, Poetiçeskiy bulvar, ev 9 mənzil 7 ünvanından götürməsini bildirmişdir. Polis şöbəsində İddiaçı verdiyi izahatında 2022-ci ilin iyun ayında həmin qızıl-zinət əşyalarının əri Cavabdeh1 tərəfindən götürüldüyünü və hal-hazıra kimi qaytarılmadığını, iyul ayında Azərbaycana getdiyini göstərmişdir. Cavabdeh1 Azərbaycana getdiyi üçün ondan izahat almaq mümkün olmadığından cinayət işinin qaldırılmasından imtina edilmişdir. Cavabdeh tərəf mübahisələndirilən qızılların bir hissəsini 2010-cu ildə Rusiya Federasiyasına gedərkən özünün razılığı ilə satıb yol puluna sərf etmələrini bildirsələr də, bu halı təsdiq edən heç bir sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. İddia ərizəsində tələb edilən cehiz əşyalarına gəldikdə isə məhkəmə qeyd edir ki, həmin əşyaların mebellərdən ibarət hissəsinin sökülərək iddiaçının ata evinə aparılması işə əlavə edilmiş fotoşəkillər, şahid ifadəsi ilə öz təsdiqini tapmış, qalan əşyaların isə istənilən vaxt maneəsiz götürülməsi barədə cavabdeh tərəfin izahatları nəzərə alınmalıdır. Cavabdehlərin evində qalan cehiz əşyalarının qiymətini müəyyən edən mütəxəssis rəyi olmadığına görə, iddia ərizəsində qeyd edilən qiymətlər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadəı edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqlardan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus cehiz əşyaları (televizor, pərdə, tül, xalçalar, çexol, yorğan-döşək, süfrə, dəsmal, adyallar, örtüklər, lüsturalar, tozsoran, ətçəkən, mikser, soba, servis, bogema, xrustallar və bəzək qabları, qazan, tava, yemək qab dəstləri, bıçaq, qaşıq, çəngəl dəstləri), habelə qızıl-zinət əşyaları: boyunbağı 750 əyarlı 30 qram çəkidə -1800 manat; qolbağ 750 əyarlı 15 qram çəkidə 900 manat; sirkon qaşlar ilə sırğa 750 əyarlı 10 qram çəkidə 600 manat; sirkon qaşlar ilə nişan üzüyü 750 əyarlı 15 qram çəkidə 900 manat; sirkon qaşlar ilə dəst 750 əyarlı 10 qram çəkidə 600 manat (cəmi 4800 manat) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçıya məxsus cehiz əşyaları (televizor, pərdə, tül, xalçalar, çexol, yorğan-döşək, süfrə, dəsmal, adyallar, örtüklər, lüsturalar, tozsoran, ətçəkən, mikser, soba, servis, bogema, xrustallar və bəzək qabları, qazan, tava, yemək qab dəstləri, bıçaq, qaşıq, çəngəl dəstləri), habelə qızıl-zinət əşyaları: boyunbağı 750 əyarlı 30 qram çəkidə -1800 manat; qolbağ 750 əyarlı 15 qram çəkidə 900 manat; sirkon qaşlar ilə sırğa 750 əyarlı 10 qram çəkidə 600 manat; sirkon qaşlar ilə nişan üzüyü 750 əyarlı 15 qram çəkidə 900 manat; sirkon qaşlar ilə dəst 750 əyarlı 10 qram çəkidə 600 manat olmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-86/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-86/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver