Məhkəmə qərarları › İş №2(041)-870/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-870/2025

02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-870/2025 02.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş Məmməd adında uşağının saxlanılması üçün cavabdehdən 246 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-238/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilərək, onların arasında xx.xx.2016-ci il tarixdə Kürdəmir rayon Köhünlü kənd icra nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2016-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X7 anaları X1 yanında saxlanılmış, tərəflərin birgə nikahlarından xx.xx.2016-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 110 manat cəmi 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq X2 verilməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsinə minmiş və icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə icra vərəqəsi verilmişdir. Məhkəmənin qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçının aliment tələb etdiyi xx.xx.2016-cı il tarixdə anadan olmuş Məmməd anası X1 yanında saxlanılmışdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə (MPM 261.0.2-ci maddəsi) məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar