Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-88/2023 12.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçıların nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı9 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı şəhadatnamələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı9 və qeyriləri cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı şəhadatnamələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçıların nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində və tələblərində təkmilləşdirmə, dəqiqləşdirmələrin aparılması zərurəti yarandığından ərizənin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçıların nümayəndəsi və vəkili X1 vəsatəti təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266- 268ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: iddiaçıların nümayəndəsi və vəkili X1 vəsatəti təmin edilsin. İddiaçılar İddiaçı9 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı şəhadatnamələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi iddiaçının vəsatətinə əsasən qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Kürdəmir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim X.X.İmanov
Məhkəmə qərarları › İş №2(041)-88/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-88/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver