Məhkəmə qərarları › İş №2(041)-9/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-9/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-9/2025 07.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Şahbazova Göyçək Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanının ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1235 manat və ödənilmiş 32.50 manat dövlət rüsumu olmaqla ümumilikdə 1267.50 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə 15.50 radələrində mülkiyyətdə olan “VAZ 2106” markalı, **-BH-*** nömrəli avtomobili Kürdəmir şəhəri, Bakı prospektində öz yolunda Ucar istiqamətində idarə edərkən yolun sağ zolağından geriyə dönmək istəyən Cavabdeh idarə etdiyi “Moskiviç-403” markalı, **-BC-*** dövlət qeydiyyat nömrəli maşınla toqquşmuş və onun maşının sol yan hissəsi yararsız hala düşmüşdür. Onun maşınına 1235 manat maddi ziyan dəymişdir. O, Hüseynağa ilə işin məhkəmədən kənar həll olunmasını istəsə də, Hüseynağa onunla razılaşmamış və bundan sonra o, öz hüquqlarını müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli Kürdəmir DYPB-si Kürdəmir rayonu Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:50-də Kürdəmir şəhəri Bakı prospekti ərazisində “Moskviç 403” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, barəsində 60 manat inzibati cərimə tətbiq edilmişdir. -xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli Kürdəmir rayonu yol polis kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:50-də “Moskoviç 403” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus “VAZ 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. - Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli 07 nömrəli ziyan aktından görünür ki, “VAZ 2106” markal, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və qəza nəticəsində avtomobilə dəymiş ziyan təyin edilərək siyahı tərtib edilmişdir. Belə ki, arxa kreç-60 manat, qabaq qapı ram-20 manat, qabaq sağ krec-60 manat, klok-5 manat, sağ, abin şüşəsi-60 manat, zbor-500 manat, zaşitnik-10 manat, qapı şüşəsi-20 manat, bərpa pulu: dəmirçi-250 manat, çilingər-50 manat, rəngsaz-200 manat olmaqla ümumi dəymiş ziyan 1235 manat təşkil edir. Beləliklə iş materiallarından görünür ki, iddiaçıya məxsus “VAZ 2106” markalı **-BH- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2023-ci il tarixdə qəzaya uğramış, hadisə nəticəsində xəsarət alan olmamış, avtomaşına maddi ziyan dəymişdir. Hazırki iddiasında iddiaçı cavabdehdən avtomaşına dəymiş maddi ziyanın 1235 manat olduğunu bildirir və iddiasının əsası kimi Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin ziyan aktı sübut kimi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki işin müəyyən edilən hallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil qəzalı vəziyyətə düşmüş, avtomobilə dəymiş ziyan Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən 1235 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edilənləri işin hallarına uyğun hesab edərək, iş üzrə möhtəbər sübut kimi qəbul edir və həmin məbləğdə iddianın təmin edilməsini məqsədəuyğun hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 32,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1235 manat maddi ziyan və ödənilmiş 32,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1235 (min iki yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 32.50 (otuz iki manat əlli qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar