Məhkəmə qərarları › İş №2(041)-912/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-912/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-912/2024 31.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 və Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Qalıb oğluna qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı xx.xx.2016-cü təvəllüdlü X4 onun himayəsində qalmasının müəyyən edilməsi, azyaşlı xx.xx.2016-cü təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün bir uşağa görə ayda 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2015-cı ildə qeyri-rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2016-cı ildə X8 dünyaya gəlmişdir. Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş, doğum haqqında akt qeydləri xx.xx.2016-ci ildə 681 № ilə qeyd edilmiş, Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 287580 saylı "doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh ilə ailə münüsibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamaları artıq mümkünsüz hal almışdır. Belə ki, cavabdeh daimi olaraq onunla mübahisələr edir, bunun üçün iddiaçı qeydiyyatda olduğu babasının evində yaşamalı olmuşdur. İddiaçının uşağını dolandırmağa maddi imkanı yoxdur, cavabdeh isə ona maddi cəhətdən köməklik etmir. Cavabdeh ailə başçısı kimi ailəsi ilə maraqlanmadığı üçün faktiki olaraq ayrı yaşayırlar və azyaşlı uşaqları onun himayəsində yaşayır. Onların gələcəkdə ailə həyatını qoruyub saxlamaq mümkün olmadığı üçün cavabdehlə aralarında olan formal xarakter daşıyan qeyri-rəsmi nikah pozulmuşdur. Digər tərəfdən uşağın saxlanılması barədə tutulacaq alimentin məbləği barəsində cavabdehlə aralarında saziş bağlanılmamış, yaxud da ümumi razılıq əldə olunmamışdır. Odur ki, xx.xx.2016-cı ildə X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada aliment Cavabdeh tutulmalıdır. Həmçinin uşağın yaşayış yeri, saxlanılması və tərbiyə olunması barədə cavabdehlə aralarında razılaşma əldə olunmadığından uşağın onunla qalmasını istəyir. Digər tərəfdən uşaq azyaşlıdır və ana yanında qalması zəruridir. Cavabdeh yalnız uşağın doğumuna maddi köməklik göstərmiş, bundan sonra uşağı ilə maraqlanmamış, qidalanmasına və s. heç bir maddi köməklik göstərməmişdir. Halbuki, rəsmi iş yeri olmasada Ağsu rayonunda fəhləlik edərək fərdi əməklə məşğul olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələblərinin qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Oğlu Elvin 2015-ci ildə İddiaçı ilə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Onların birə yaşadıqları müddətdə Ceyhun adlı uşaqları anadan olub. İlahənin əxlaqsız hərəkətələri səbəbindən onların münasibətləri tamamilə pozulmuş, yaşamağa yeri olmadığına görə nəvəsinin xatirinə öz evində saxlamışdır. Nəvəsinə özü baxır, zəruri hesab edilən qaydada maddi köməklik göstərir. Oğlu Elvin hazırda işləmir, tələb edilən məbləğdə aliment vermək imkanı yoxdur. Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə razı deyil, uşağın anası İddiaçı yanında qalması onun gələcəyinə və tərbiyəsinə mənfi təsir edəcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli rəyində göstərilənləri təsdiq edərək bildirdi ki, xx.xx.2016-cü il təvəllüdlü X4 gələcəyini, tərbiyəsini, sağlamlığını və onun psixi, fiziki, mənəvi inkişafını, uzun müddət anasının yanında yaşadığını nəzərə alaraq, azyaşlı Ceyhunun anasının nəzarəti altında böyüməsinin onun üçün faydalı olmağını əsas tutaraq onun anası İddiaçı yanında qalması komissiya tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; - AZ İ 237580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-ci il tarixdə anadan oılub, uşağaın atası Cavabdeh Qalıb oğlu, anası İddiaçıdır. - Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyində X4 gələcəyini, tərbiyəsini, sağlamlığını və onun psixi, fiziki, mənəvi inkişafını, azyaşlı olmaqla ana qayğısına zəruri ehtiyacının olmasını nəzərə alaraq azyaşlı Ceyhunun anasının nəzarəti altında böyüməsinin onun üçün faydalı olmasını əsas tutaraq Ceyhun Hüseynlinin anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. - rəyə əlavə edilmiş Ağsu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 15 avqust 2024-cü il tarixli müayinə aktında İddiaçı hal-hazırda yaşadığı Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən atalığı X9 məxsus yaşayış evində mənzil-məişət şərait qənaətbəxş hesab edilmişdir. - digər müayinə aktında Cavabdeh Qalıb oğlunun Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin mənzil-məişət şəriti müayinə edilmiş, evin sahəsi 100 kv.m olmaqla, 0.17. ha həyətyanı sahədə yerləşdiyi, bir mərtəbəli kürsülü evin 2 otaqdan, zal otağı, mətbəx, sanitar-qovşağı və digər yardımçı tikililərdən ibarət olması müəyyən edilmişdir. - Ağsu şəhər S.Umbayev adına 2 saylı tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il taruixli 140 nömrəli arayışda X4 orta məktəbin 3-cü sinifində oxuduğu, uşağın davamiyyətində heç bir problem olmadığı göstərilmişdir. -"xxxx" ASC-nin arayışından məlum olur ki, İddiaçı 2024-cü ilin iyul ayından fabrikdə işləyir və 345 manat əmək haqqı alır. İşin yuxarıda şərh edilən faktiki hallarından müəyyən edildi ki, tərəflər 2015-ci ildə evlənmiş, faktiki nikahlarından Ceyhun adlı uşaqları anadan olmuş, hazırda münasibətləri pozulduğu üçün ayrılmışlar. İlk növbədə hüquqi qiymətləndirməyə gəldikdə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlər nikahı pozduqda, ayrıldıqda, uşaqların yaşayış yerləri onlar arasında razılaşma ilə müəyyən olunmalıdır. Belə razılaşma olmadıqda, uşaqların yaşayış yeri onların mənafeləri, onların məsələ ilə bağlı fikirləri və digər uyğun amillər nəzərə alınmaqla məhkəmə qaydasında müəyyən olunmalıdır. Bu kimi kriteriyalara uşaqaların bacı, qardaşları, valideynlərə ayrılıqda olan bağlılıqları, valideynlərinin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşaqların yaşı və uşaqların tərbiyəsi və inkişafı üçün uyğun şəraitin olunması kimi kriteriyalar daxildir (Ailə Məcəlləsi, maddə 60.4). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.(7.3-cü bənd). Həmin Qərarın 7.8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur . Hazırki iş üzrə də, qəyyumluq və himayə orqanı işdə iştirak etməyə cəlb edilmiş, həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etmiş, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etmişlər. Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyində xx.xx.2016-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsnin 1-ci bəndinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət təşkilatları və ya özəl təşkilatların, məhkəmələrin, inzibati və qanunvericilik orqanlarının hansının həyata keçirməsindən asılı olmayaraq uşaqlarla bağlı bütün fəaliyyətlərdə onların mənafelərinin təmin edilməsinə birinci növbədə diqqət yetirilir. Qeyd edilən Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, uşaq hazırda anasının himayəsindədir, Ağsu şəhər S.Umbayev adına 2 saylı tam orta məktəbin 3-cü sinifində oxuyur, uşağın davamiyyətində heç bir problem yoxdur. Məhkəmə mübahisə ilə bağlı komissiyanın rəyini işin faktiki hallarına uyğun gəlməklə, uşağın gələcəyini, tərbiyəsini, sağlamlığını və onun psixi, fiziki, mənəvi inkişafını nəzərə alaraq mötəbər sübut kimi qəbul edir. Cavabdehin nümayəndəsinin uşağın iddiaçının yanında saxlanılmasının yolverilməzliyi ilə bağlı dəlillərini təsdiq edən mötəbər sübutlar olmadığına görə əsaslı hesab edilmir. Alimentlə bağlı məsələyə gəldikdə isə ilk növbədə qeyd edilməlidir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olmadığından və sabit gəlirə malik olmadığından iddiaçının tələb etdiyi 230 manat miqdarında alimentin hər ay cavabdeh tərəfindən ödəniliməsi ağlabatan görünmür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cu il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılmalı, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən cavabdeh X3 tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahılarından xx.xx.2016-ci ildə anadan olmuş X8 anası iş üzrə İddiaçı yanında saxlanılsın. xx.xx.2016-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hisssədə təmin edilməsin. Cavabdeh X3 35.60 (ortuz beş manat 60 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar