Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-991/2023 21.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə ər-arvad kimi birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, uşağın 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində alimentin və ilkin mediasiyada ödəmiş olduğu 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2022-ci ildən bir yerdə yaşamış, lakin nikahlarını qeyd etdirməmişlər. Cavabdehlə ər-arvad kimi birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixdə İlknur adlı bir uşaqları olmuşdur. Cavabdeh uşağımız olan vaxtdan nə qızı ilə, nə özü ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdır. Cavabdehin təqsiri üzrə faktiki ailə münasibətlərimiz pozulmuş və bu səbəbdən o başqa yerdə ev kirayələyərək gündəlik işləyərək azyaşlı İlknura baxmışdır. Cavabdeh isə hərbi hissədə işləyib bir aya N manat pul qazansada öz doğma uşağı qarşısında valideyinlik borcunu və hüquqlarını yerinə yetirmir. Ona görə də o məcbur olub böyüməkdə olan qızları İlknurun artmaqda olan tələbatını ödəmək üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Uşaqları İlknurun sağlamlığında problemlər olduğundan onu hər ayda iki dəfə həkim müayinəsinə aparırlar. Lakin maddi cəhətdən imkanının zəif olmasını görə uşağını həkim müayinəsinə apara bilmir. Ona görə də cavabdehdən aliment və uşaq pulu tələb edir. İddiaçı göstərilənlərə əsasən cavabdehlə ərarvad kimi birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində əmək haqqının ¼ hissəsi miqdarında alimentin, uşağın 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində alimentin və ilkin mediasiyada ödəmiş olduğu 50 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə olunmuş AZ-İV 845906 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş İlknur adlı uşaqları var. İşə əlavə olunmuş AZ-İ 388994 nömrəli, xx.xx.2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 16 fevral 2023-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2017-ci ilin noyabr ayında evlənib ailə qurmuş, lakin nikahlarını qeyd etdirməmişlər. Onlar ər-arvad birlikdə yaşadıqları müddətdə xx.xx.2018-ci il tarixdə İlknur adlı bir uşaqları olmuş və İlknur adlı uşağın atalığı müəyyən edilmişdir. Sonradan iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı hazırda İlknur adlı qızı ilə birlikdə öz valideynlərinin evində yaşayır və uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçı ilə faktiki nikahlarından doğulmuş İlknur adlı uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım etmir. Halbuki bu onun bir valideyn kimi borcudur. İddiaçı cavabdehdən faktiki nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən əmək haqqının ¼ hissəsi miqdarında aliment tələb edir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğundan iddiaçının aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinin tələbinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüqüna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvadın zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbinə görə 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə, mediasiya üçün ödənilmiş 50 manat məbləğində rüsumun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair iddiaçının dəlillərini əsaslı hesab edir. Belə ki, MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Habelə, həmin Məcəllənin 119-cu maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, iddiaçının maddi və ailə vəziyyəti, aliment alan uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği hər cavabdehin əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməli və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, X2 3 yaşına çatanadək ona qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat aliment və mediasiya xərci qismində ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment 23 may 2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 43,10 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə doğulmuş 16 fevral 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, X2 3 yaşına çatanadək ona qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat aliment və mediasiya xərci qismində ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 43,10 (qırx üç manat on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-991/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-991/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver