Məhkəmə qərarları › İş №2(042)-100/2022

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-100/2022

08.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-100/2022 08.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında adına ayrılmış 4650 kv.m torpaq sahəsi üzərində inşa edilmiş və hazırda onun qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evində olan cavabdeh X1 məxsus əşyaların, yəni, 1 ədəd yataq mebel dəsti, 1 ədəd qonaq mebel dəsti , 1 dəst divan kreslo, 1 dəst nahar üçün yemək dəsti , 1 dəst çay dəsti, 1 dəst vaza, 2 ədəd qənd qabı, 4 ədəd, lüstr, 1 ədəd, qaşıq-çəngəl - 1 dəst, nahar üçün yemək dəsti ,1 dəst, vaza -4 ədəd, bakal, 18 ədəd, rumka, 2 dəst, palaz, 1 ədəd, xalça - 1 ədəd, paltaryuyan maşın , 1 ədəd, mikser, 1 ədəd, tefal, 1 ədəd, qazan 1 ədəd, tok peçi, 1 ədəd, pərdə, 1 ədəd ütü stolu olan əşyaların çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh onun gəlini olmuş, ona məxsus ünvan 1 ünvanında adına ayrılmış 4650 kv.m torpaq sahəsi üzərində inşa edilmiş yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin sonradan ailə münasibətləri pisləşmiş və cavabdeh həmin evdən getmiş və cehiz əşyaları ona məxsus evdə qalmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdelərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında ərizə verərək, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, cavabdeh onun gəlini olmuş, ona məxsus ünvan 1 ünvanında adına ayrılmış 4650 kv.m torpaq sahəsi üzərində inşa edilmiş yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin sonradan ailə münasibətləri pisləşmiş və cavabdeh həmin evdən getmiş və cehiz əşyaları ona məxsus evdə qalmışdır Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh onun gəlini olmuş, ona məxsus ünvan 1 ünvanında adına ayrılmış 4650 kv.m torpaq sahəsi üzərində inşa edilmiş yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin sonradan ailə münasibətləri pisləşmiş və cavabdeh həmin evdən getmiş və cehiz əşyaları ona məxsus evdə qalmışdır. İddiaçı cavabdehə məxsus əşyaların çıxarılmasını xahiş etsə də bu mümkün olmamışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. İddia ərizəsi təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında adına ayrılmış 4650 kv.m torpaq sahəsi üzərində inşa edilmiş və hazırda onun qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evində olan cavabdeh X1 məxsus əşyaların, yəni, 1 ədəd yataq mebel dəsti, 1 ədəd qonaq mebel dəsti , 1 dəst divan kreslo, 1 dəst nahar üçün yemək dəsti , 1 dəst çay dəsti, 1 dəst vaza, 2 ədəd qənd qabı, 4 ədəd, lüstr, 1 ədəd, qaşıq-çəngəl - 1 dəst, nahar üçün yemək dəsti ,1 dəst, vaza -4 ədəd, bakal, 18 ədəd, rumka, 2 dəst, palaz, 1 ədəd, xalça - 1 ədəd, paltaryuyan maşın , 1 ədəd, mikser, 1 ədəd, tefal, 1 ədəd, qazan 1 ədəd, tok peçi, 1 ədəd, pərdə, 1 ədəd ütü stolu olan əşyalar çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar