Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1034/2020 27.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2006-cı il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində hər ay hər uşaq üçün 170 manat, cəmi, 510 manat miqdarında aliment alınaraq, ona verilməsinə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, cavabdehlə xx xxxx 2005-ci ildə qeyri-rəsmi evlənmiş, nikahlarını xx.xx.2014-cü il tarixdə Gədəbəy rayonu Çayrəsullu kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə ailə münasibətlərindən xx.xx.2006-cı il tarixdə X11, xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2015-ci il tarixdə X10 doğulmuşlar. Cavabdehlə əvvəllər ailə münasibətləri normal olsa da, sonradan aralarında narazılıq yaranmış və Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(042)-884/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2014-cü il tarixdə Gədəbəy rayonu Çay Rəsullu kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmiş nikahın pozulması və azyaşlı xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X7, xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X4 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X5 onun himayəsində saxlanılması qət edilmişdir. Cavabdehlə ayrı yaşadıqları iki il müddətdə cavabdeh azyaşlı uşaqları ilə maraqlanmamışdır. Hazırda onun maddi vəziyyəti çox pisdir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də o, aliment tələbi ilə müraciət etmişdir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, onda xəstəliklər var. Xəstəlikləri olduğu üçün əmək qabiliyyəti yoxdur. İşləyə bilmir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X11, xx.xx.2010-cu il tarixdə X8, xx.xx.2015-ci tarixdə X10 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(042)- 884/2018 saylı qətnaməsinin surətindən görünür ki tərəflər arasında olan nikah pozulmuş və azyaşlı uşaqları ataları İddiaçı himayəsində saxlanılmışdır. İşdə olan X6 Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbi müdafiə etmiş, cavabdeh isə iddia tələbini etiraf etməmiş, izahatında xəstə olmasını və bununla əlaqədar əmək qabiliyyətinin olmamasını bildirmişdir. Lakin azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün onlara layiqli həyat şəraiti yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, tərəflərin maddi vəziyyətini, uşaqların saxlanılmasında onların iştirakları dərəcəsini cavabdehin qadın olmasını, onun məhdud əmək qabiliyyətinin olmasını nəzərə alır və belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit miqdarda hər uşaq üçün 20 manat, cəmi, 60 manat aliment Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2006-cı il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit miqdarda hər uşaq üçün 20 manat, cəmi, 60 manat aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1034/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1034/2020
27.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver