Məhkəmə qərarları › İş №2(042)-1047/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1047/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1047/2020 18.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçıCavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçıCavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə saat 1500-a təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2məhkəməyə ərizə-vəsatət verərək iddiaçı ilə cavabdeh barışdığına görə “aliment” tələbinə dair ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə, hazırlıq iclasında iddiaçının vəsatəti olduqda ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçıCavabdeh qarşı “aliment” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçıCavabdeh qarşı “aliment” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar