Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1049/2023 20.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 07 iyul 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bldirmişdir ki, tərəflər 2003-cü il tarixdə nikah bağlamadan ailə qurmuşlar. Birgə ailə münasibətlərindən 20 aprel 2005-ci il tarixdə X5 və 07 iyul 2008-ci il tarixdə X6 doğulmuşlar. Tərəflər hazırda ayrılmışlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat alimentin İddiaçı alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Sonradan uşaqlar atalarının yanına gəlmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2008-ci il tarixdə doğulmuş X6 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Hazırda iddiaçı yeni ailə həyat qurmuş və yeni ailə həyatından iki övladı olmuşdur. Heç bir yerdə işləmir. Uşaqlardan Aysun yetkinlik yaşına çatmış, lakin Kənan yetkinlik yaşına çatmamışdır.O, yetkinlik yaşına çatmayan uşağını saxlamaqda çətinlik çəkir. Eyni zamanda, cavabdeh iddiaçıdan əvvəllər yaranmış aliment borcunun ödənilməsini tələb edir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz bildirmiş və izahat verərk bildirmişdir ki,onlar hazırda ayrılmışlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat alimentin İddiaçı alınaraq, ona verilməsi qət edilmişdir. Daha sonra Məmmədov X4 Rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir.O, uşaqları saxlayan zaman təkbaşına saxlamış və uşaqlarının ehtiyaclarını özü ödəmişdir. Hazırda İddiaçı yeni ailə həyatı qurmuş və yeni ailədən də iki övladı vardır. Uşaqlarından Aysun yetkinlik yaşına çatmış və Kənan yetkinlik yaşına çatmamışdır. Hazırda iddiaçının yığılmış aliment borcu vardır və borcunu ödəməkdən yayınır. Uşağı saxlamaqda İddiaçı çətinlik çəkirsə ona verilməsinə razıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətlərindən görünür ki, X10 ilə X7 ailə münasibətlərindən xx.xx.2015ci il tarixdə X8 və xx.xx.2014-cü il tarixdə X2 doğulmuşlar. İşdə olan X1 surətlərindən görünür ki, X10 ilə Cavabdeh ailə münasibətlərindən 20 aprel 2005-ci il tarixdə X5 və 07 iyul 2008-ci il tarixdə X6 doğulmuşlar. İşdə olan xx.xx.2022-ci il tarixli, 2(042)-827/2022 saylı qətnamədən görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2008-ci il tarixdə doğulmuş X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məcəllənin 22.2.1, 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2003-cü ildə nikah bağlamadan ailə qurmuşlar. Tərəflərin ailə münasibətlərindən xx.xx.2005-ci il tarixdə X5 və xx.xx.2008-ci il tarixdə X6 doğulmuşlar. Tərəflər arasında ailə münasibətləri pozulmuş, onlar ayrılmışlar. Yetkinlik yaşına çatmayan X6 hazırda iddiaçının himayəsindədir.İddiaçı cavabdehdən ayrıldıqdan sonra yeni ailə həyatı qurmuş və həmin ailədən də iki övladı olmuşdur. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ona minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi vəziyyətini və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat miqdarında aliment alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 34.4 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat sabit miqdarda aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulması 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Cavabdeh 34.4 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1049/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1049/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver