Məhkəmə qərarları › İş №2(042)-1066/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1066/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1066/2024 15.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, yetkinlik yaşma çatmayan övladlarıxx.xx.2023-cü il doğum tarixli X7 və xx.xx.2024-cü il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancın 1/3 hissəsi miqdarında alimentin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edib, izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır. İddiaçı və Cavabdeh ilə 05 avqust 2021-ci ildə qeyri- rəsmi ailə qurmuş, xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarında iki övladları doğulmuşdur. Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşalar da, sonradan aralarında narazılıqlar baş vermiş və faktiki ayrılmışlar. Ayrılığa səbəb cavabdehin ailəsini dolandırmaması, uşaqlarının və onun maddi ehtiyaclarımı qarşılamaması olmuşdur. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə onun yanında yaşayırlar. İddiaçı uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını istəyir. Cavabdeh hərbi qulluqçudur, DİN-in Daxili Qoşunlarında kapitan rütbəsində bölük komandiri vəzifəsində xidmət edir. Aylıq qazancı 1800 manatdır. Odur ki, hesab edir ki, uşaqlarının saxlanılması üçün iddiaçının xeyrinə cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment təyin edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahat verərək bildirdi ki, cavabdehə qarşı olan iddianı qəbul edir. O, cavabdehin anasıdır. Uşaqların saxlanılması üçün iddiaçının xeyrinə cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment kəsilməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasında azyaşlı uşağına təyin edilmiş alimentin miqdarının dəyişdirilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ № 592830 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev X6 Aysel İlham qızı ilə nikahlarını xx.xx.2023-cü ildə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1634 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə doğulmuş atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-985/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-403/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, 20 sentyabr 2016-cı il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində X5 xeyrinə tutulan 120 manat alimentin miqdarı dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə qeyr-rəsmi ailə qurmuşlar, xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X11 adında iki uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment təyin edilməsini tələb edir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə Shah (Musayeva) Aliyə Bəylər qızı xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X16 adında bir övladları doğulmuşdur. Onların ailə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-403/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Shah (Musayeva) Aliyə Bəylər qızı arasında bağlanmış nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat alimentin Cavabdeh tutularaq Shah (Musayeva) Aliyə Bəylər qızına verilməsi qət edilmişdir. Bundan sonra Shah (Musayeva) Aliyə Bəylər qızı məhkəmədə iddia qaldıraraq, hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehin qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-985/2018 saylı qətnaməsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)- 403/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, 20 sentyabr 2016-cı il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində X5 xeyrinə tutulan 120 manat alimentin miqdarı dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-76.1.3-cü maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən 3 və daha çox uşağa görə valideynlərdən qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Cavabdeh, Shah (Musayeva) Aliyə Bəylər qızından doğulmuş bir övladının saxlanılması üçün qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment ödəyir. Hazır ki iddia üzrə İddiaçı ondan doğulmuş iki övladının saxlanılması üçün qanunverciliyə əsasən cavabdehdən qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması tələbi zahirən haqlı görünsə də, həmin miqdarda alimentin cavabdehdən tutulacağı təqdirdə digər övladının saxlanılması üçün qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını nəzərə alsaq həmin tutulmalar cavabdehin qazancın (başqa gəlirlərin) yarıdan çox hissəsini təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ümumi 3 uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği cavabdehin qazancının (başqa gəlirlərinin) yarısından çox olmamalıdır. Ona görə də məhkəmə xx.xx.2023-cü il doğum tarixli X7 və xx.xx.2024-cü il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancın (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında aliment müəyyən edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, ödənilmiş mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 28 avqust 2023-cü il təvəllüdlü X7 və 29 iyul 2024-cü il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar