Məhkəmə qərarları › İş №2(042)-1092/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1092/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1092/2022 30.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, aliment və maddi yardım tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat miqdarında alimentin alınaraq, ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə verərək, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat miqdarında alimentin alınaraq, ona verilməsi və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat maddi yardımın Cavabdeh alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. Azyaşlı övladı Rusiya Federasiyasında doğulmuş, həmin vaxt cavabdeh Rusiya Federasiyasında olmamış, bu səbəbdən azyaşlı uşağın soyadı onun soyadına uyğun yazılmış, yəni, atalığı müəyyən edilməmişdir. Hazırda cavabdehlə ailə münasibətləri pozulmuş və o, valideynlərinin evinə gəlmişdir. Cavabdehin maddi imkanı yüksəkdir. Lakin cavabdeh azyaşlı uşağın saxlanılması xərclərini ödəmir. Həmçinin himayəsindəki uşaq üç yaşına çatanadək işləyə bilməz. Bu səbəbdən azyaşlı uşağın üç yaşına çatanadək cavabdehdən özü üçün maddi yardım təyin edilməsi zərurəti yaranmışdır. Ona görə də azyaşlı uşağın atalığının müəyyən edilməsi, azyaşlı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını və azyaşlı uşağın üç yaşına çatanadək maddi yardım təyin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, namayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək, bildirmişdir ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. Azyaşlı uşağın atalığı müəyyən edilməmişdir. Hazırda iddiaçı Gədəbəy rayonunda valideynlərinin himayəsində yaşayır və cavabdeh ona maddi yardım etmir. Cavabdehin maddi imkanı yüksəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X5 surətindən görünür ki, İmamverdiyev X3 Röyalə İsbəndiyar qızı ilə nikahlarını xx.xx.2018-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlamışlar. İşdə olan X6 surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.4-cü maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tərəflər xx.xx.2018-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. Azyaşlı uşağın atalığı müəyyən edilməmişdir. Məhkəmə araşdırmaları ilə azyaşlı uşağın atasının Cavabdeh olmasını sübut etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia tələblərinə münasibət bildirməmişdir. Azyaşlı uşaq iddiaçının himayəsindədir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, iddiaçının izahatını və onun dəvət etdiyi şahid ifadələrini sübut kimi qəbul edir, tərəflərin maddi imkanlarını və azyaşlı uşaqların mənafeyini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat aliment, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 3 yaşına çatanadək iddiaçıya hər ay 70 manat miqdarında maddi yardım müəyyən edilməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 atasının Cavabdeh olması faktı müəyyən edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat aliment Cavabdeh alınaraq, İddiaçı verilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 üç yaşı tamam olanadək, Cavabdeh hər ay 70 manat miqdarında maddi yardım alınaraq, İddiaçı verilməlidir. Məhkəmə maddi yardımın hesablanılması vaxtını dəqiqləşdirərkən iddiaçının həmin ərizəni xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında verilməsini nəzərə alaraq, maddi yardımın həmin tarixdən hesablanılması qənaətinə gəlir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X2 atasının Cavabdeh olması faktı müəyyən edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X2 üç yaşı tamam olanadək, Cavabdeh hər ay 70 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin Alimentin tutulmasının əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Maddi Yardımın tutulmasının əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin və maddi yardımın tutulması hissələrində dərhal icra edilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçıya verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar