Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-110/2022 26.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ondan 27 sentyabr 2018-ci il təvəllüdlü Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının azaldılaraq hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh 2020-ci ilin fevral ayında ona qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(042)-257/2020 saylı qətnaməsi ilə cavabdehin iddia tələbi qismən təmin edilərək 03 fevral 2020-ci il tarixdən başlayaraq, 27 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay onun qazancının 1/4 hissəsi miqdarında və hər ay sabit pul məbləğində 30 manat məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayan iş üzrə iddiaçı Əliyeva X6 Rayon Məhkəməsinin qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(104)-2140/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Gədəbəy Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 2(042)-257/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək 27.09.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı 170 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Onun maddi vəziyyəti yaxşı deyil. Qayğıları, problemlərim həddindən artıq çoxdur. Banklara və vətəndaşlara borcu var. Başqa qadınla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladı var. Anası iki olar ki, mədəsindən əməliyyat olunmuşdur. Atası isə öd kisəsindən 2021-ci ilin may ayında əməliyyat olunmuşdur. Atası hazırda bazarda kiçik ticarətlə məşğul olur. Atasının və anasının dərmanlarını o alır. Buna görə də oğlu Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün o hər ay 80 manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə gücü çatmır. Cavabdehin qazancı qənaətbəxşdir. Cavabdeh müəllimə işləyir. Əmək haqqı yüksəkdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, iddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır və hazırki aliment məbləğini ödəməyə qadirdir. Hazırda iddiaçıdan tutulan alimentin məbləği azdır. 2022-ci ildə uşaqlar üçün yaşayış minimum məbləği 193 manat təyin edilmişdir. O, müəllim işləyir və əmək haqqı 153 manat təşkil edir. Onun əmək haqqı uşaqlarına baxmaq və digər xərclərini qarşılamaq üçün azdır. Eləcə də, iddiaçının alimentin azaldılması ilə əlaqədar gətirdiyi dəlilərə gəldikdə qeyd edir ki, iddiaçının anası mədəsindən iki əvvəl, yəni aliment təyin edilməmişdən əvvəl əməliyyat olunmuşdur. Atası isə 2021-ci ilin may ayında əməliyyat olunmuşdur. Hər ikisi sağalmışlar və bazarda kiçik ticarətlə məşğul olurlar. Həmçinin iddiaçı aliment təyin edilməmişdən əvvəl başqa qadınla evlənmiş, sadəcə nikahlarını 2020-ci ilin iyun ayında bağlamışlar. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 2(042)- 257/2020 saylı qətnaməsinin surətindən görünür ki, 03 fevral 2020-ci il tarixdən başlayaraq, 27 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay onun qazancının ¼ hissəsi miqdarında və hər ay sabit pul məbləğində 30 manat məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(104)- 2140/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 2(042)- 257/2020 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi qət edilməsi, 27.09.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı 170 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan AZ İV № 552594 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 07.02.2021-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan AZ İİ № 363276 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 nikahlarını 12 iyun 2020-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon Təhsil şöbəsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Cavabdeh 22.09.2021-ci il tarixdən 1 saylı Miskinli kənd tam orta məktəbində təsviri incəsənət müəllimi işləyir və hal-hazırda hər ay 153.33 manat əmək haqqı alır. İşdə olan 1 saylı Miskinli kənd tam orta məktəbi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 111 saylı arayışdan görünür ki, Cavabdeh 2021-2022-ci tədris ilində 1 saylı Miskinli kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. Dərs yükü 5 saatdır. İşdə olan mediator Anar Tahirov tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli, (M/Ş)- 006903/21 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı alimentə dair məhkəmə qətnaməsindən sonra keçmiş müddət ərzində özünün və cavabdehin ailə və maddi vəziyyətinin dəyişməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin vəziyyətində əsaslı dəyişiklər, yəni cavabdehdə yaxşılaşmaya, iddiaçıda isə pisləşməyə yönəlmiş heç bir əhəmiyyətli dəyişiklik olmadığından aliment miqdarının azaldılması üçün heç bir əsas yoxdur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşaq üçün təyin edilmiş 170 manat alimentin miqdarının azaldılması məhkəmə tərəfindən ədalətli hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Həmçinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunarkən iddiaçının gətirdiyi arqumentlər yoxlanılmış və qiymət verilərək nəzərə alınmışdır. İddiaçının qətnamə çıxarılarkən olmuş maddi vəziyyətində pisləşməyə doğru heç bir əhəmiyyətli dəyişiklik olmamışdır. İddiaçı təyin edilmiş alimentin miqdarının azaldılması üçün üç əsas arqument irəli sürülmüşdür; valideynlərinin əməliyyat olunması, onların saxlanması xərclərini ödəməsi və başqa şəxslə ailə qurması. Məhkəmədə müəyyən edildi ki, iddiaçının anası məhkəmə qətnaməsi ilə aliment təyin edilməmişdən əvvəl əməliyyat olunaraq sağalmış, atası isə 2021-ci il tarixdə öd kisəsindən əməliyyat olunaraq sağalmışdır və ticarətlə məşğul olur. Həmçinin məhkəmə qətnaməsi qəbul edilməmişdən əvvəl iddiaçının başqa şəxslə faktiki olaraq ailə münasibətləri olmuşdur. Eləcə də alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması hər iki valideynin borcu olduğundan qət edilmiş bir uşaq üçün 170 manat aliment miqdarı qanuna uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-110/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-110/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver