Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1121/2022 14.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehn qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehn qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə baxış iclasında ərizə verərək bildirmişdir ki, cavabdehlə barışmışdır. Ona görə də icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı bir başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddia tələbinə xitam verilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52, 191, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdehn qarşı aliment tələbinə dair iddiaçının iddiadan imtinası qəbul edilsin mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1121/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1121/2022
14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver