Məhkəmə qərarları › İş №2(042)-113/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-113/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-113/2021 19.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 tərbiyə olunması üçün əmək haqqının ¼ hissəsi miqdarında tutulan alimentin dəyişdirilməsi və cavabdehdən hər ay sabit pul məbləğində 200 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, hazırda Bakı şəhəri, Suraxanı rayonunda yaşayır. Cavabdehlə aralarında rəsmi nikah olmamışdır. Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(042)-873/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh hər ay əmək haqqından ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilmişdir. Cavabdeh 2020-ci ilin sentyabr ayında işdən azad olunmuşdur. Hal-hazırda uşağın saxlanıb tərbiyə edilməsi üçün cavabdeh tərəfindən heç bir maddi yardım göstərilmir. Ona görə də o, cavabdehdən tutulan alimentin hər ay sabit pul məbləğində müəyyən edilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 263 saylı arayışdan görünür ki, Sadıqova X2 İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadır. Hal-hazırda Bakı şəhərində yaşayır. İşdə olan AZ-İİİ № 221130 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Göygöl rayonunda doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində edilmiş sorğu məlumatlarından görünür ki, Çopurov X6 rayonu, Arabaçı kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(042)- 873/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(041)-1057/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş, xx xxxxx 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində İddiaçı xeyrinə tutulan 103 manat alimentin miqdarı dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan 270 saylı Hərbi Hissə tərəfindən Şəmkir rayon İcra və Probasiya şöbəsinin məktubuna cavab olaraq verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 1195 saylı məktubdan görünür ki, X8 ehtiyata buraxıldığı üçün ondan tutulma aparmaq mümkün deyil. xx xxxxxxxx 2020-ci il il tarixədək aliment ödənişi üzrə borclu X3 aylıq əməm haqqı və digər gəlirlərindən 154 manat pul tutularaq tələbkar X4 hesabına köçürülmüş və borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(042)-873/2018 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(041)-1057/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş, xx xxxxx 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində İddiaçı xeyrinə tutulan 103 manat alimentin miqdarı dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir. İddiaçı iddia qaldıraraq sabit qazancı olmadığına görə cavabdehdən aylıq qazancının ¼ hissəsi məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək hər ay sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ““Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh işləmir və sabit qazancı yoxdur. Eləcə də, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 160 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(042)-873/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin və xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxx 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar