Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1192/2023 13.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 19 avqust 2018-ci il tarixdə doğulmuş X6 və 22 yanvar 2021ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə sabit 220 manat, ümumillikdə iki uşaq üçün 440 manat miqdarında alimentin tutularaq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 17 may 2018-ci ildə nikah bağlayaraq evlənmişdir. Birgə ailə münasibətlərindən 19 avqust 2018-ci il tarixdə X6 və 22 yanvar 2021-ci il tarixdə X5 doğulmuşlar. Aralarında olan narazılığa cavabdeh onu və uşaqlarını ataraq getmişdir. O, uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Cavabdeh Qızıl Mədənində işləyir və 680 manat əmək haqqı alır. Maddi vəziyyəti yaxşıdır. Ona görə də o, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə aralarında olan narazılığa görə ayrılmışdır. Uşaqlar iddiaçının himayəsindədir.O, hazırda Qızıl Mədəni işləri dayandırdığından kafedə işləyir və 300 manat əmək haqqı alır. O, iddiaçı ilə barışmaq istəsə də, iddiaçı barışmaq istəməmişdir. Maddi vəziyyəti çətindir. Ona görə də hər uşağa görə 100 manat alimentin təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 17 may 2018-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvad Əsədova soyadında qalmışdır. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən 19 avqust 2018-ci il tarixdə X6 və 22 yanvar 2021-ci il tarixdə X5 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 17 may 2018-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsinə nikah bağlamışlar. Onların ailə münasibətlərindən 19 avqust 2018-ci il tarixdə X6 və 22 yanvar 2021-ci il tarixdə X5 doğulmuşdur. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 19 avqust 2018-ci il tarixdə doğulmuş X6 və 22 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, ümumillikdə 300 manat miqdarında aliment alınaraq, İddiaçı verilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı 50 manat ilkin mediasiya xərci çəkmişdir. Azərbaycan Respulikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azəraycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 72.8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 19 avqust 2018-ci il tarixdə doğulmuş X6 və 22 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, ümumillikdə, 300 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 72.8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin tutulması 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1192/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1192/2023
13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver