Məhkəmə qərarları › İş №2(042)-128/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-128/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-128/2023 27.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment ödənişindən azad edilmə tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-107/2015 saylı qətnaməsi üzrə 18 iyul 2016-cı il tarixdə qanuni qüvvəsini almış qətnaməsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış aliment borcunun silinməsi və aliment öhdəliyinə xitam verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-107/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, ondan hər ay üç uşağın yetkinlik yaşına çatanadək cəmi 210 manat aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Lakin azyaşlı uşaqları onun himayəsində qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(042)-1239/2017 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 onun himayəsində olması faktı müəyyən edilmişdir. Lakin hazırki tarixədək aliment borcu yığılmışdır. O, icra məmuruna aliment borcunun ləğv edilməsi ilə əlaqədar müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında mübahisənin faktiki hallarını etiraf etmiş, izahat verərək, bildirmişdir ki, məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqlar onun himayəsində saxlanılmış, aliment təyin edilmişdir. Bundan sonra uşaqlardan X6 atasının yanına getmişdir. Uşaqlar müəyyən vaxtlarda onun, müəyyən vaxtlarda iddiaçının yanında qalır. Hazırda azyaşlı Kənan onun himayəsindədir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2006-cı il tarixdə X6, xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2012-ci il tarixdə X9 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-107/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, İddiaçı hər ay üç uşağın yetkinlik yaşına çatanadək, cəmi, 210 manat aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)1239/2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaq hüquqları haqqında Konvensiyanın 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-107/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, İddiaçı hər ay üç uşağın yetkinlik yaşına çatanadək, cəmi, 210 manat alimentin alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Lakin azyaşlı uşaqlardan xx.xx.2006-cı il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 Ədalət Qurban oğlunun himayəsində qalmışdır. İddiaçı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1239/2017 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 onun himayəsində olması faktı müəyyən edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-107/2015 saylı qətnaməsi ilə yaranmış aliment öhdəliyinə xitam verilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı X6 və X1 üçün aliment ödəməkdən azad edilməli və onların saxlanılması üçün yaranmış aliment borcu ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı X6 və X1 üçün aliment ödəməkdən azad edilsin və onların saxlanılması üçün yaranmış aliment borcu ləğv edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar