Məhkəmə qərarları › İş №2(042)-134/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-134/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-134/2021 02.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, tərəflər İddiaçı və Cavabdeh iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması haqqında tələbinə və qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılmasına dair qarşılıqlı iddia tələbi haqqında mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı xx.xx.2007-ci il tarixdə doğulmuş Eminin və xx.xx.2009-cu il tarixdə doğulmuş Ayselin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin 2(042)-560/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldaraq hər ay hər uşaq üçün 100 manat, cəmi, 200 manat məbləğində təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı xx.xx.2007-ci il tarixdə doğulmuş Eminin və xx.xx.2009-cu il tarixdə doğulmuş Ayselin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gədəbəy Rayon Məhkəməsinin 2(042)-560/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artıraraq, hər ay, hər uşaq üçün 200 manat, cəmi, 400 manat miqdarında müəyyən edilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə İddiaçı iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, cavabdehlə 2006-cı il tarixdə qeyrirəsmi ailə qurmuşdur. Birgə ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X11 və xx.xx.2009-cu il tarixdə X10 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 560/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş Eminin və xx.xx.2009-cu il tarixdə doğulmuş Ayselin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 140 manat təyin edilmişdir. Cavabdeh ilə ailə münasibətlərinə xitam verildikdən sonra X7 ilə ailə qurmuş, onunla ailə münasibətlərindən iki övladı olmuşdur. Lakin 2020-ci il tarixdə X7 ilə ailə münasibətlərinə xitam verilmiş və hər ay iki uşağın saxlanılması üçün 280 manat aliment X3 ödəyir. Hazırda maddi imkanı çox aşağıdır və ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2006-cı il tarixdə qeyrirəsmi ailə qurmuşdur. Birgə ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X11 və xx.xx.2009-cu il tarixdə X10 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 560/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş Eminin və xx.xx.2009-cu il tarixdə doğulmuş Ayselin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 140 manat, cəmi, 280 manat təyin edilmişdir. Hazırda azyaşlı uşaqlar orta məktəbdə oxuyur. Onlar təhsilləri ilə əlaqədar müxtəlif kurslara gedir. Onların aylıq xərcləri 300 manatdan çoxdur. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment onların artan xərclərini ödəmir. İddiaçı isə Gədəbəy Bakı Gədəbəy marşurutu üzrə işləyən avtobusu var. Ona görə də ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X11 və xx.xx.2009-cu il tarixdə doğulmuş X10 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)560/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X9 və xx xxxxx 2009-cu il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)885/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2019cu il tarixdə doğulmuş X2 tərbiyə edilməsi üçün İddiaçı hər ay hər uşaq üçün 140 manat, cəmi, 280 manat miqdarında aliment alınaraq, X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, tərəflər 2006-cı il tarixdə qeyri-rəsmi ailə qurmuşdur. Onların ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X11 və xx.xx.2009-cu il tarixdə X10 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-560/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş Eminin və xx.xx.2009-cu il tarixdə doğulmuş Ayselin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 140 manat təyin edilmişdir. Tərəflərin ailə münasibətlərinə xitam verildikdən sonra İddiaçı X7 ilə ailə qurmuş, onunla ailə münasibətlərindən iki övladı olmuşdur. Lakin 2020-ci il tarixdə X7 ilə ailə münasibətlərinə xitam verilmiş və hər ay iki uşağın saxlanılması üçün 280 manat aliment X3 ödəyir. Bundan əlavə Cavabdeh himayəsində olan azyaşlı uşaqlar orta məktəbdə oxuyur və təhsillə əlaqədar müxtəlif kurslara gedirlər. Bununla belə məhkəmə İddiaçı başqa ailədən iki uşağın saxlanılması üçün də aliment ödəməsi nəzərə alınmalı, hər iki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar