Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-136/2021 22.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, uşaqları xx.xx.2017-ci il təvəllüdlü Həsənzadə Məleykə Röyal qızının və xx.xx.2019-cu il təvəllüdlü Həsənzadə İbrahim Röyal oğlunun saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, iddiaçının anasıdır. İddiaçı Cavabdeh ilə xx xxxxxx 2016cı il tarixdə Gədəbəy rayon Poladlı kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 № ilə qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Həsənzadə Məleykə Röyal qızı və xx.xx.2019-cu il təvəllüdlü Həsənzadə İbrahim Röyal oğlu adında iki uşaqları olmuşdur. İddiaçı ilə cavabdeh 2019-cu ilin noyabr ayının 5-nə kimi birgə yaşamışlar, həmin tarixdə cavabdeh iddiaçı və uşaqlarını yaşadıqları evdən qovmuşdur. Cavabdeh N saylı hərbi hissədə sanitar həkim işləməsinə, 1500 manata yaxın maaş almasına və tez-tez əlavə dövlət tərəfindən müavinətlər verilməsinə baxmayaraq cavabdeh nə iddiaçıya, nədəki uşaqlarına maddi köməklik göstərməmişdir. İddiaçının atası vəfat etmişdir, iddiaçı halhazırda anasının yanında yaşayır. İddiaçı uşaqlarının saxlamaqda çətinlik çəkir. Ona görə cavabdehdən aliment tutulmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının ona qarşı olan iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçı ilə ayrılmaq istəmir. O, iddiaçının aliment tələbini qəbul etmir və ailəsi ilə birlikdə yaşayıb, uşaqlarına özü baxmaq istəyir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edəm şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 322 saylı arayışdan görünür ki, Həsənova X1 qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 412 saylı arayışdan görünür ki, Həsənzadə Məleykə Röyal qızı xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İV № 280754 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənzadə İbrahim Röyal oğlu xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş akt qeydləri kitabından çıxarışdan görünür ki, Cavabdeh oğli ilə X5 nikahlarını xx xxxxxx 2016-cı il tarixdə Gədəbəy rayonu Poladlı kənd İƏD üzrə nümayəndəlikdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, 395 saylı məktubdan görünür ki, Cavabdeh aylıq pul təminatı 785.71 təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında nikah xx xxxxxx 2016-cı il tarixdə Gədəbəy rayonu Poladlı kənd İƏD üzrə nümayəndəlikdə bağlanmışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2017-ci il təvəllüdlü Həsənzadə Məleykə Röyal qızı və xx.xx.2019-cu il təvəllüdlü Həsənzadə İbrahim Röyal oğlu adında iki uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment təyin edilməsini tələb edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissədə işləyir və hər ay 785.71 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Həsənzadə Məleykə Röyal qızının və xx.xx.2019-cu il təvəllüdlü Həsənzadə İbrahim Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2017-ci il təvəllüdlü Həsənzadə Məleykə Röyal qızı və xx xxxx 2019-cu il təvəllüdlü Həsənzadə İbrahim Röyal oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-136/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-136/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver