Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1485/2025 22.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il doğum tarixli X7, xx.xx.2017-ci il doğum tarixli X3 və xx.xx.2020-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat) sabit pul məbləğində aliment tutulması, habelə 320 (üç yüz iyirmi) manat vəkil xərcinin əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə qeyri-rəsmi ailə münasibətləri qurmuşdur. Birgə ailə münasibətlərindən xx.xx.2013-cü il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 doğulmuşlar. Uşaqların atalıqları müəyyən edilmişdir.Toy mərasimindən sonra o, Cavabdeh və onun valideynləri ilə birlikdə Gədəbəy rayonu Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və təxminən 7 il həmin ünvanda yaşamışlar. Daha sonra onlar Gəncə şəhərinə köçərək 6 ay kirayə tutduqları mənzildə yaşamış, sonradan isə Şəmkir rayonu, Könüllü kəndində yaşayış sahəsi tikdirmişlər.Cavabdeh ilə əvvəlcə normal ailə münasibətləri mövcud olmuş, lakin sonradan aralarında tez-tez ailə münaqişələri yaranmışdır. 2024-cü ilin yanvar ayında ayrılmışlar. İddiaçı uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə aliment tutulmasını xahiş etmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul oldur. O, hər ay hər uşaq üçün 246 manat, ümumilikdə isə üç uşaq üçün 738 manat aliment ödəyə bilər.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, cavabdehdə İİİ qrup əlillik var. Hazırda heç bir yerdə işləmir, 180 manat məbləğində pensiya alır və başqa gəlir mənbəyi yoxdur. Cavabdehin hazırda hər ay yalnız 70–80 manat məbləğində aliment ödəyə bilər. Ona görə də alimnet müəyyən edilərkən nəzərə alnmasını xhiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəflərin nümayənlərini dinləyib, mülki iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
7. İşdə olan X1 surətlərindəm görünür ki, Cavabdeh ilə İddiaçı birgə ailə münasibətlərindən xx.xx.2013-cü il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 doğulmuşlar. İşdə olan X6 Haqqında Şəhadətnaməlirin surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 anaları X5, ataları Cavabdehdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün vəkil haqqı olaraq, 320 manat ödəmiş, 60 manat mediasiya xərci çəkmişdir.
8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; -75.1-ci maddəsinəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
9. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
10. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
13. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2012-ci ildə nikah bağlamadan ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2013-cü il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 doğulmuşlar. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 246 manat alimentin cavabdehdən alınaraq, ona verilməsini tələb etmişdir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin də maddi vəziyyətini, cavabdehin tam əmək qabiliyyətinin olmamasını eləcə də Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il tarixdə doğumuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X8 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 noyabr 2025-ci il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.25 misli qədər aliment Cavabdeh alınaraq, İddiaçı verilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
16. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X8 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.25 misli həddində aliment alınaraq, X2 verilsin. Ödənilmiş 60 manat mediasiya xərci və 150 manat vəkilhaqqının əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Fizuli Mirzəquliyev