Məhkəmə qərarları › İş №2(042)-1595/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1595/2025

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1595/2025 03.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, uşağın himayədə olması faktının müəyyən edilməsi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbi) Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı 03 iyun 2016-cı il doğum tarixli X4 onun himayəsində olmasının müəyyən edilməsi və uşağın yaşayış yerinin onun yanında müəyyən edilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 ilə ailə qurmuş və evlənmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə X6, xx.xx.2016-cı il tarixdə isə X11 doğulmuşlar. Əvvəlcə münasibətləri yaxşı olmuş, sonradan münasibətləri pozulmuş və nəticədə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır.Daha sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-241/2019 saylı, xx.xx.2020-ci il tarixli 2(042)-83/2020 saylı, xx.xx.2022-ci il tarixli 2(042)-424/2022 saylı qətnamələri ilə uşaqların ananın himayəsində saxlanılması müəyyən edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-83/2020 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə, hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat alimentin ondan alınaraq, X2 verilməsi qərara alınmışdır.Buna baxmayaraq, xx.xx.2016-cı il doğum tarixli X11 daim onun himayəsində olmuş, X17 Orta Məktəbində təhsil almışdır və bu günə qədər də onun yanında yaşayır. O, övladının təhsili və tərbiyəsi ilə yüksək səviyyədə məşğul olur və övladının onun yanında daha yaxşı böyüdüyünü və tərbiyə aldığını bildirir.Hazırda övladı dördüncü sinifdə təhsil alır. Ona görə də övladı xx.xx.2016-ci il doğum tarixli X4 onun himayəsində olmasının müəyyən edilməsi və X7 yaşayış yerinin onun yanında olaraq müəyyən edilməsini istəyir.Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

3. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərmiş və etirazını onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə X6, xx.xx.2016-cı il tarixdə isə X11 doğulmuşlar. Tərəflər arasında yaranmış narazılıqlar səbəbindən onlar ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, azyaşlı uşaqlar xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X11 onun himayəsinə verilmiş və onların saxlanılması üçün aliment müəyyən edilmişdir.İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X9 gizli şəkildə götürərək aparmışdır. Bununla əlaqədar o, Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək uşağın ona qaytarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X4 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilmişdir.Həmin qətnamədən də apellyasiya şikayəti verilsə də, X4 onun himayəsində saxlanılması barədə qərar qüvvədə qalmışdır. Bundan sonra iş icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra məmurları onun hüquqi savadsızlığından istifadə edərək uşağın alınıb ona verilməsi barədə qətnaməni icra etməmişdir. İddiaçı hazırda Rusiya Federasiyasında işləyir, uşağa isə onun anası baxır. İddiaçının anası X3 isə ruhi xəstəliklə əlaqədar pensiya alır. Uşağın onun himayəsində qalması təhlükəlidir. Ona görədə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı xahiş edir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçı məhkəmə iclasının yerinin və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 259.0.7-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 5 Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş yazılı etirazında göstərdikləri ilə eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə cavabdehin izahtını,o cümlədən, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

8. Belə ki, işdə olan; - X8 çıxarılmış Arayışların surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə ailə münasibətlərindən 19 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 03 iyun 2016-ci il tarixdə doğulmuş X11 doğulmuşdur. -Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-83/2020 saylı qətnaməsindən görünür ki, azyaşlı uşaqlar ana X1 himayəsinə verilmişdir. -Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-424/2022 saylı qətnaməsindən görünür ki, 19 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 03 iyun 2016-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək Cavabdeh himayəsində saxlanılması qəttedilmişdir.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - Həmin Məcəllənin 63-cü maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. - “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. - “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

10. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2014-cü il tarixdə ailə qurmuş, 2018-ci il tarixdə nikah bağlamışlar. Ailə münasibətlərindən 19 aprel 2015-ci il tarixdə X6 və 03 iyun 2016-cı il tarixdə X11 doğulmuşlar. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-83/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Lakin cavabdeh azyaşlı X9 iddiaçıdan alaraq, qaytarmamışdır. Cavabdeh yenidən Gədəbəy Rayon Məhkəməsinə ərizə verərək azayşılı uşaqların onun himayəsini verilməsini xahiş etmişdir.Gədəbəy Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixli, 2(042) 424/2022 saylı qətnaməsi ilə 19 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 03 iyun 2016-ci il tarixdə doğulmuş X11 yetkinlik yaşına çatanadək Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Lakin cavabdeh azyaşlı X9 qaytarmamış və həmin qətnamə icra edilməmişdir.Məhkəmə uşaqların hüquq və mənafelərinin üstünlüyünü, onların yaşını, sağlam böyümələri üçün ana nəvazişinin vacibliyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən həm də Gədəbəy Rayon Məhkəməsinin uşaqların analarının himayəsinə verilmsi barədə qanuni qüvvəyə minmiş qətnamələrinin tələblərini də nəzərə alır.

11. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

12. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbləri təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar