Məhkəmə qərarları › İş №2(042)-181/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-181/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-181/2021 16.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə İddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələblərinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-396/2016 saylı qətnaməsi ilə təyin edilmiş cəmi 220 manat alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat, cəmi 100 manat aliment tutularaq Cavabdeh verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı ilkin iddia tələbinin təmin edilməməsi və azyaşlı uşaqların saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 175 manat, cəmi, 350 manat miqdarında təyin edilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə 2007-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. Nikahlarını xx.xx.2008ci il tarixdə Gədəbəy rayon Qeydiyyat Şöbəsində bağlamışlar. Ailə münasibətlərindən xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X5 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-396/2017 saylı qətnaməsi ilə onlar arasında olan nikahın pozulması, ümumi uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanılması, xx xxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2009-cu il təvəllüdlü Elmarın və xx xxxxxx 2011-ci il təvəllüdlü Elmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində hər uşağa görə 110 manat olmaqla iki uşaq üçün 220 manat məbləğində alimentin Cavabdeh verilməsi qət edilmişdir. Cavabdehlə nikahları pozulduqdan sonra o, yeni ailə qurmuş, yeni ailəsindən 2 uşağı doğulmuşdur. Hazırda təyin edilmiş 220 manat alimentin miqdarı çox olduğundan alimenti ödəyə bilmir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilməməsi və ilkin iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, izahat verərək bildirmişdir ki, azyaşlı uşağını tək saxlaya bilmir, rəsmi iş yeri yoxdur. Azyaşlı uşaqları böyüyür. Onlar böyüdükcə ehtiyacları da çoxalır. Azyaşlı uşaqları hazırda orta məktəbdə oxuyurlar. Ona görə də ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-396/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, ümumi uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılması, xx xxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2009-cu il təvəllüdlü Elmarın və xx xxxxxx 2011-ci il təvəllüdlü Elmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində hər uşağa görə 110 manat olmaqla iki uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan X3 surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X5 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, tərəflər 2007-ci ildə qeyri-rəsmi ailə qurub evlənmiş, nikahlarını xx.xx.2008ci il tarixdə Gədəbəy rayon Qeydiyyat Şöbəsində bağlamışlar. Ailə münasibətlərindən xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X5 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-396/2017 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 220 manat aliment təyin edilmişdir. Tərəflərin ailə münasibətlərinə xitam verildikdən sonra İddiaçı yeni ailə qurmuş, onunla ailə münasibətlərindən iki övladı olmuşdur. Eyni zamanda Cavabdeh himayəsində olan azyaşlı uşaqlar orta məktəbdə oxuyur və təhsillə əlaqədar müxtəlif kurslara gedirlər. Ona görə də məhkəmə İddiaçı başqa ailədən iki uşağın saxlaması nəzərə alınmalı, hər iki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar