Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-181/2023 22.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2007-ci il tarixdə doğulmuş X7 və xx.xx.2008-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat sabit miqdarda alimentin alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə 2006-cı ildə ailə qurmuş, 2017-ci il tarixdə nikah bağlamışlar. Cavabdehlə ailə münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X8 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah 17 oktyabr 2018-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra azyaşlı uşaqlardan biri onun, digəri isə cavabdehin himayəsində saxlanılmışdır. Lakin sonradan X8 onun yanına gəlmiş və onunla yaşamışdır. Cavabdeh hazırda uşaqların saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Hazırda kirayədə yaşayır. Cavabdeh isə Gədəbəy rayon Kənd Təsərrüfatı İdarəsində işləyir və maddi imkanı yaxşıdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X11 və xx.xx.2008-ci il tarixdə X8 adınada doğulmuşdur. İddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlardan biri onun, digəri isə iddiaçının himayəsində qalmışdır. Hazırda isə uşaqların hər ikisi iddiaçının himayəsindədir. O, hazırda Bitki Mühafizə və X3 Rayon Mərkəzinin müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqı 630 manat təşkil edir. Hazırda başqa şəxslə ailə qurmuşdur. Həmin ailəsindən bir uşağı varıdır. Uşaqların saxlanılması üçün hər ay cəmi 350 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2007ci il tarixdə X11 və xx.xx.2008-ci il tarixdə X8 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(042)- 563/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında 12 may 2017-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 57 № ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş uşaqları – 11 iyun 2007-ci il təvəllüdlü X11 anası X6 yanında, 06 noyabr 2008-ci il təvəllüdlü X8 atası Cavabdeh yanında qalması qət edilmişdir. İşdə olan X4 surətindən görünür ki, 14 oktyabr 2019-cu il tarixdə X10 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2007-ci il tarixdə ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X11 və xx.xx.2008-ci il təvəllüdlü X8 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(042)-563/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. O, azyaşlı uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh Bitki Mühafizə və X3 Rayon Mərkəzinin müdiri vəzifəsində işləyir və azyaşlı uşaqların saxlanılması üçün cəmi, 350 manat miqdarında aliment ödəmək imkanının olmasını bildirmişdir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün ona minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi vəziyyətini, uşaqların saxlanılmasında onların iştirakları dərəcəsini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanununun tələblərini nəzərə alır və belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2007-ci il tarixdə doğulmuş X7 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat, cəmi, 360 manat miqdarında aliment alınaraq, İddiaçı verilməli, alimentin tutulmasının əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 63.2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. 11 iyun 2007-ci il tarixdə doğulmuş X7 və 06 noyabr 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat, cəmi, 360 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiya xidmətinə ödənilmiş 50 manat xərc Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh 63.2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması 26 dekabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-181/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-181/2023
22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver