Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-232/2024 15.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və əlavə xərc” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “qazancında (başqa gəlirlərdən) aliment tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 olmaqla aliment, azyaşlı oğlunun 3 yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 150 manat və uşağının xəstəlik xəricləri üçün 100 manat olmaqla aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, ilkin iddia tələbinin tamamilə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/4 hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, uşaqları X6 və X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ilin əvvələrində qeyri-rəsmi olaraq ailə quraraq, nikahlarınıxx.xx.2021-ci il tarixdə “Gəncə” ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən rəsimləşdirmişlər. Onların Cavabdeh ilə birgə yaşayışlarından xx.xx.2019-cu il doğum tarixli X8 və xx.xx.2023-cü il doğum tarixli X9 adlı iki övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan aralarında tez-tez mübahisələr yaranmış, bu səbəbdən cavabdeh onu çıxarıb ata evinə qovmuşdur. Hal-hazırda o azyaşlı uşaqları ilə birlikdə atasının evində yaşayır. Maddi imkanı aşağıdır. Cavabdeh xx.xx.2019-cu il doğum tarixli X2 tərbiyyə edilməsi üçün Gədəbəy rayon Məhkəməsinin 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehin əmək haqqının 1/4-i miqdarında aliment kəsilmişdir. O, həmin vaxt ikinci uşağa hamilə olmuşdur. Hal-hazırda ikinci uşağı xx.xx.2023-cü il doğum tarixli X3 tərbiyyə edilməsi üçün sabit pul məbləğində 250 manat olmaqla aliment, azyaşlı oğlunun 3 yaşma çatana kimi onun saxlanılması üçün sabit pul məbləğində 150 manat və uşağının xəstəlik xəricləri üçün 100 manat olmaqla aliment tutulmasını istəyir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı ona qarşı məhkəmədə “aliment təyin edilməsi və əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia qaldırmışdır. İddia tələbi yetkinlik yaşma çatmayan övladı xx.xx.2023-cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 250 manat aliment, azyaşlı oğlunun 3 yaşma çatana kimi özünün saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment və uşağın xəstəlik xərcləri üçün 100 manat aliment təyin edilməsindən ibarətdir. O, ididaçının iddia tələbini aşağıdakı hallara görə əsassız hesab edərək qəbul etmir. Belə ki, İddiaçı ilə 2018-ci ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx.xx.2021 -ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə, yəni 08 dekabr 2020-ci il tarixdə X8 adında bir övladları dünyaya gəlmişdir. Sonradan Tünzalə ilə aralarında olan narazılığa görə ayrılmışlar. O, Tünzalədən ayrılan vaxt o ikinci uşaqlarına hamilə olmuşdur. Tünzalə 08 dekabr 2020-ci il doğum tarixli X1 üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə onun qazancının ¼ hissəsi miqdarında alimet təyin edilmiş, eləcə də İddiaçı hamiləlik dövrü üçün (26 sentyabr 2023-cü il tarixədək) hər ay sabit pul məbləğində 60 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 26 sentyabr 2023-cü ildə onun ikinci övladı - X9 anadan olmuşdur. Hazırda iddiaçı ikinci uşağının saxlanılması üçün sabit pul məbləğində 250 manat aliment, uşağın 3 yaşına çatanadək özünün saxlanılması üçün 150 manat aliment tutulmasını və uşağın xətəliyinə görə hər ay 100 manat əlavə xərclərə cəlb olunmasını istəyir. Əvvəlki məhkəmə araşdırmaları zamanı da məlum olduğu kimi o N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işləyir, aylıq əmək haqqı 1204 manat təşkil edir. Onun başqa yerdən qazancı və əlavə gəliri yoxdur. Ailə Məcəlləsinə əsasən, aliment qazancın müəyyən hissəsi miqdarında tutulur (maddə 76). Aliment o halda hər ay ödənilməli olan sabit pul məbləğində təyin edilə bilər ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olsun, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alsın, yaxud onun qazancı və ya sair gəliri olmasın, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmasın, çətinlik törətsin və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozan başqa hallar olsun (Ailə Məcəlləsinin 78.1 -ci maddəsi). Onun qazancı stabil olaraq hər ay 1204 manatdır. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi, onun sabit qazancı olduğu halda, bu qazancın 1/3 hissəsinin aliment kimi tutulması mümkün olduğu halda İddiaçı ikinci uşağı üçün alimentin sabit pul məbləğində tutulmasını tələb etməkdə haqlı deyil. Eləcə də hesab edir ki, hər iki uşağının saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarında tutulacaq alimentin məbləği (401.33 manat) hazırki dövrdə hər iki övladının saxlanılması üçün yetərli məbləğdir. Odur ki, o Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/4 hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, uşaqları X6 və X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulmasım istəyir. İddiaçının iddia tələbinin digər hissəsi X5 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment tutulmasında ibarətdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə İddiaçı X7 hamiləlik dövrü üçün (26 sentyabr 2023-cü il tarixədək) hər ay sabit pul məbləğində 60 manat aliment təyin edilmişdir. Məhkəmə 60 manat alimenti Tünzalənin hamiləlik dövrü üçün ədalətli və qanunauyğun hesab etmişdir. Hazırda onun iki övladı vardır. Hər iki övladının saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarında aliment təyin edilməsini istəyir. Belə olan halda onun üçün ona 150 manat aliment ödəməyə imkanı qalmır. Onun arvada aliment ödəməsinə zəruri vəsaitə malik olmağını halı ilə şərtləndirilmişdir ki, iddiaçı belə bir zəruri vəsaitə malik olmağını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Eləcə də iddiaçının iddia tələbinin digər hissəsi Tunarın xəstəliyinə görə onun hər ay 100 manat əlavə xərclərə cəlb olunmağımndan ibarətdir ki, bu hissədə iddia tələbini tamamilə əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh müqavilə əsasında işləyir. Hər an işdən azad oluna bilər. Ona görə də, alimentin sabit pul məbləğində tutulmasını istəyir. Odur ki, ilk iddia tələbinin təmin edilməsini, qaşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və ilk iddia tələbinin rədd edilməsini, qarşılqılı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Çalburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 238 saylı arayışdan görünür ki, İddiaçı RİH başçısının Çalburun kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 06 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 48-ci səhisəsinə əsasənə, 526 nömrəli şəxsi hesaba əsasən aşağıdakı tərkibdə ailə üzvləri vardır: özü İddiaçı, oğlu X8, oğlu X10, anası X13. İşdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki Cavabdeh və X11 nikahlarını xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyta şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1118 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Pirverdiyev, arvada Pirverdiyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Şəmkir rayonunda doğulmuş atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Şəmkir rayonunda doğulmuş atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan tibbi sənədlər sənədlərdən və reseptlərdən görünür ki, X4 xəstəliklər vardır və müalicələr yazılmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə doğulmuş 08 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi, 27 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı hamiləlik dövrü üçün (26 sentyabr 2023-cü il tarixədək) hər ay sabit pul məbləğində 60 (altmış) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator Nağı Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2018-ci il tarixdə qeyri-rəsmi olaraq evlənmiş, nikahlarını xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyta şöbəsində bağlamışlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 adında iki uşaqları olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqlar hal-hazırda ananın himayəsində yaşayır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə doğulmuş 08 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. 26 sentyabr 2023-cü il tarixdə tərəflərin birgə yaşayışlarından X9 adında bir uşaqları da anadan olmuşdur. İddiaçı hazırda iddia qaldıraraq xx.xx.2023-cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 aliment tutulması, azyaşlı oğlunun 3 yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 150 manat və uşağının xəstəlik xərcləri üçün 100 manat aliment tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, uşaqları X6 və X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin ondan İddiaçı xeyinə tutulmasını istəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərinin alimentin tutulması növünə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəlləsinin 78-ci madəsində alimentin sabit pul məbləğində tutulması üçün mövcud olmalı hallar qeyd edilmişdir. Məhkəmədə müəyyən edilir ki, cavabdehin daimi iş yeri vardır və 1204 manat əmək haqqı alır. Alimentin cavabdehin qazancından tutulmasını istisna edən digər hallar mövcud deyildir. Eləcə də, bu hal məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə 08 iyul 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Ona görə də məhkəmə hər iki uşağın saxlanılması üçün alimentin cavabdehin qazancından (başqa gəlirlərindən) tutulmasını qanuni və məqdəsə müvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia tələbi həmin hissədə təmin edilməməli, qarşılqılı iddia tələbi həmin hissədə təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/4 hissəsi miqdarında təyin edilmiş aliment dəyişdirilərək, uşaqları X6 və X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyinə tutulmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin “uşaq 3 yaşına çatanadək saxlanılması üçün aliment və uşağın müalicə xərcləri üçün pul” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84cü və 81.1-ci maddələri təşkil edir. AM-in 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, uşaq 3 yaşına çatanadək arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh zəruri vəsaitə malikdir, iddiaçıya maddi köməklik etmir. Həmçinin, müəyyən edildi ki, onların üç yaşına çatmamış uşaqları vardır. Odur ki, məhkəmə iddiaçının cavabdehdən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment tələb etməsini haqlı hesab edir. Eyni zamanda məhkəmə bu hissədə tutulmalı olan alimentin miqdarını müəyyənləşdirərkən hesab edir ki, arvadın saxlanılması üçün onun tələb etdiyi alimentin miqdarı 150 manat məbləğində ədalətli və məqsədəuyğun hesab edilə bilməz. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq iddia tələbini bu hissədə qismən əsaslı sayır və cavabdehdən iddiaçının xeyrinə ümumi doğulduğu gündən üç il ərzində hər ay 60 manat aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası AM-nin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eləcə də, iddiaçı tərəfindən təqdim edilmiş dərman vasitələri və onların qiymətləri, habelə tibbi müayinə sənədləri və reseptrlərlə müəyyən olunur ki, xx.xx.2023-cü il doğum tarixli X4 müəyyən xəstəliklər vardır və müalicə olunur. İddiaçı tərəfindən uşağı müalicəsinə təxminən 249 manat vəsait istifadə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən uşağın müalicəsi üçün çəkilmiş xərclərə görə 100 manat məbləğində pul tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk iddia tələbi üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. İlk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ilk iddia tələbi və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən ilk iddia tələbi üzrə ödənilmiş mediasiya xərci yarı hissədə iddiaçıya, qalan hissədə cavabdehə, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. 15 dekabr 2023-cü il tarixdən başlayaraq, 26 sentyabr 2023-cü il doğum tarixli X9 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 60 (altmış) manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 26 sentyabr 2023-cü il doğum tarixli X5 xəstəliyi ilə əlaqədar çəkilmiş müalicə xərclərinin hissəsi olan 100 manat məbləğində pul alınıb İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-824/2023 saylı qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment dəyişdirilsin və 15 dekabr 2023-cü il tarixdən başlayaraq, 08 iyul 2019-cu il doğum tarixli X6 və 26 sentyabr 2023-cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin 25 manat hissəsi ilk iddia tələbi üzrə Cavabdeh alınaraq ilk iddia tələbi üzrə İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin qalan hissəsi ilk iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qarşılqılı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilk iddia tələbi üzrə Cavabdeh aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-232/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-232/2024
15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver