Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-236/2025 07.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğıunun iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı aliment tələblinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2009-cu il doğum tarixli X5, xx.xx.2010-cu il doğum tarixli X1, xx.xx.2014-cü il doğum tarixli X7, xx.xx.2019-cu il doğum tarixli X6 və xx.xx.2019-cu il doğum tarixli X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 246 manat olmaqla, beş uşaq üçün cəmi 1230 manat miqdarında alimentin, nümayəndəyə çəkdiyi xərcə görə 17.25 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 320 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi olaraq aiiə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2009-cu il doğum tarixli X11, xx.xx.2010-cu il doğum tarixli X8, xx.xx.2014-cü il doğum tarixli X13, xx.xx.2019-cu il doğum tarixli X12 və xx.xx.2019-cu il doğum tarixli X9 doğulmuşlar. Uşaqlarının atalığı müəyyən edilmişdir. Tərəflər hazırda ayrılmışlar. İddiaçının qızılları və cehiz əşyaları, cavabdehlə birgə yaşadığı, dövrdə əldə etdiyi əmlak hamsı cavabdehin yaşadığı evdə qalmışdır. Hazırda uşaqlarla birlikdə anasının evində yaşayır. O, uşaqları, təkbaşına saxlamaqda çətinlik çəkir.Ona görə də uşaqlarının yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliınent tutulmasını istəyir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, fərdi əməklə məşğul olur.Hesab edir ki, cavabdeh hər ay hər bir uşaq üçün 246 manat, olmaqla beş uşaq üçün 1230 manat aliment ödəməlidir. Cavabdehin yük maşını var, fərdi əməklə məşğul olur, aylıq gəliri çoxdur. Ona görə də, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhəkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərək iddiaçının iddia tələbinin əsasız olduğunu bildirmiş, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X10 məlumatlarına dair elektron arayışların surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə ailə münasibətlərindən xx.xx.2009-cu il tarixdə X11, xx.xx.2010cu il tarixdə X8, xx.xx.2014-cü il tarixdə X13, xx.xx.2019-cu il tarixdə X12 və xx.xx.2019-cu il tarixdə X9 doğulmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 50 manat mediasiya xərci çəkmiş və 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2004-cü ildə nikah bağlamadan ailə qurmuşlar.Tərəflər arasında ailə münasibətləri pozulmuşdur və ayrılmışlar. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçının nümayəndəsi cavabdehin maddi vəzyyətinin yaxşı olduğunu bildirsə də, bu barədə sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, xx.xx.2009-cu il doğum tarixli X11, xx.xx.2010-cu il doğum tarixli X8, xx.xx.2014-cü il doğum tarixli X13, xx.xx.2019-cu il doğum tarixli X12 və xx.xx.2019-cu il doğum tarixli X3 yetkinlik yaşınna çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.375 misli miqdarda aliment Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsinlər. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il doğum tarixli X11, xx.xx.2010cu il doğum tarixli X8, xx.xx.2014-cü il doğum tarixli X13, xx.xx.2019-cu il doğum tarixli X12 və xx.xx.2019-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində aliment alınaraq, İddiaçı verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 mediasiya xərcinin əvəzi X2 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-236/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-236/2025
07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver