Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-237/2025 10.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə İddiaçı iştirakı ilə ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı 07 yanvar 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(042)-304/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay qazancının ¼ hissəsi miqdarında alımentin və övladı 21 iyun 2023-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(042)-93 /2024 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay sabit pul məbləğində 200 manat miqdarında alimentin dəyişdirilərək, hər iki övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hər ay qazancının 1/3 hissəsi miqdarında müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçıq qarşı ilkin iddia tələbinin təmin edilməməsi, 07 yanvar 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanıması üçün tutulan hər cür gəlirin ¼ hissəsi miqdarında aliment, həmçinin 21 iyun 2023-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər iki uşaq üçün 492 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı onun xeyrinə tutulması tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə İddiaçı iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbinə etiraz etmiş,izahat verərək bildirmişdir ki, cavabdehlə 2008-ci ildə ailə qurmuş, 2022-ci ildə nikab bağlamışdır. Nikah münasibətlərindən 07 yanvar 2013-cü il tarixdə X9, 21 iyun 2023-cü il tarixdə X10 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 03 aprel 2018-cü il tarixli qətnaməsi ilə X3 üçün əməkhaqqısının ¼ hissəsi miqdarında alimentin alınaraq, cavabdehə verilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhəməsinin digər 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə X1 üçün 200 manat sabit miqdarda alimentin ondan alınaraq, cavabdehə verilməsi qət edilmişdir. O, Gədəbəy Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və aylıq əməkhaqqısı 824.29 manat təşkil edir. İki uşağa görə aliment qazancın üçdə bir hissəsi miqdarında tutulmalıdır. Buna baxmayaraq, birinci övladı Yusifin saxlanılması üçün qazancının 1/4 hissəsi miqdarında, ikinci övladı Ömərin saxlanılması üçün isə hər ay sabit pul məbləğində 200 manat aliment ödəyirə. Bu isə ailə qanunvericiliyinin tələblərinə ziddir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil ərizə göndərərək, işə iştirakı olmadan baxılması, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 185.5-ci maddələrinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(042)-93/2024 saylı qətnaməsindən görünür ki, 21 iyun 2023-cü il təvəllüdlü X2 üçün hər ay 200 manat miqdarında alimentin İddiaçı alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilkin iddia ərizəsi üzrə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2008-ci ildə ailə qurmuş, 2022-ci ildə nikah bağlamışlar. Nikah münasibətlərindən 07 yanvar 2013-cü il tarixdə X9, 21 iyun 2023-cü il tarixdə X10 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsi iə nikahları pozulmuş, X3 üçün İddiaçı əməkhaqqısının ¼ hissəsi miqdarında alimentin alınaraq, cavabdehə verilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə isə X1 üçün 200 manat sabit miqdarda alimentin İddiaçı alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Cəfərov X8 Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və aylıq əməkhaqqısı 824.29 manat təşkil edir. Məhkəmənin qənaətinə görə alimentin yeni qaydada tutulması, alimentin hazırda tutulan miqdarının faktiki azaldıması və ya artırılması tərəflərdən birinin maraqlarının pozulması və alimentin ödənilməsi ilə əlaqədar yaranmış münasibətlərin lüzumsuz gərginləşməsinə səbə ola bilər. Ona görə də ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidirlər. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin və qarşılıqlı iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-237/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-237/2025
10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver