Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-265/2021 10.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı və Cavabdeh Zakir qızının etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh Zakir qızına qarşı “alimentin ləğv edilməsi və yığılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 2019-cu ilin oktyabr ayından xx xxxxxx 2021-ci il tarixədək hesablanmış 3000 manat aliment borcunun silinməsi və alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, oğlu X6 ilə iş üzrə cavabdeh keçmiş gəlini Cavabdeh Zakir qızı 2014-cu ildə qeyri-rəsmi olaraq evlənmişlər. Sonra onlar nikahlarını rəsmiləşdirilərək birgə ailə münasibətində yaşamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X9 adında iki uşaqları olmuşdur. Cavabdehlə oğlu ailə qurduqdan sonra bir müddət səmimi yaşamış, lakin sonradan oğlu ilə gəlini arasında münasibət pozulmuşdur. Onların xasiyyətləri bir-birinə uyğun gəlməmiş və bu səbəbdən də ailədə aralarında mübahisələr baş vermişdir. Elə buna görə də onlar ayrılmışlar. O, ailənin bərpa olunması üçün əlindən gələni etsə də bu mümkün olmamışdır. Cavabdeh Zakir qızı oğluna qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(042)-312/2019 saylı qətnaməsi ilə Elviranın iddiası təmin edilərək, Cavabdeh Zakir qızı ilə X6 arasında olan xx xxxxxx 2014-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində bağlanmış 97 nömrəli nikah pozulmuş, xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2018-ci il tarixdə doğulmuş X9 anası Cavabdeh Zakir qızının himayəsində saxlanmış və xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X8 və xx xxxxx 2018ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa görə 100 manat, cəmi, 200 manat sabit miqdarda aliment alınaraq, Cavabdeh Zakir qızına verilməsi qət edilmişdir. Oğlunun maddi vəziyyəti yaxşı olmadığı üçün uşaqların aliment pulunu o ödəmişdir. Uşaqlarla görüşmək üçün dəfələrlə cavabdehə yalvar-yaxar etmiş, lakin cavabdeh uşaqların heç bir vaxt onlarla görüşməyə qoymayacağını bildirmişdir. O, isə cavabdehin bu hərəkətinə görə alimenti ödəməyəcəyini bildirmişdir. O, 2019-cu ilin mart ayından 2019-cu ilin oktyabr ayınadək uşaqların alimentini hər ay vaxtında ödəmişdir. O, cavabdehin uşaqlarla görüşmələrinə icazə vermədiyinə görə aliment borcunu ödəməmişdir. Bundan sonra o 2020-ci ilin iyun ayında Cavabdeh Zakir qızına qarşı “uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(042)-518/2020 saylı qətnaməsinə əsasən, iddiası qismən təmin edilərək, iddiaçı X4 nəvələri-xx xxxxxx 2015-ci il təvəllüdlü X11 və xx xxxxx 2018-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə və bazar günləri, eləcə də bayram günləri saat 11:00-dan 14:00-dək anaları Cavabdeh Zakir qızının iştirakı ilə görüş-ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq yenədə cavabdeh onun uşaqlarla görüşməsinə imkan verməmişdir. Cavabdeh onların icazəsi və xəbəri olmadan uşaqları Rusiya Federasiyasına aparmışdır. Cavabdeh onlara uşaqların sənədlərini dəyişərək atasız kimi yazdırdığını və uşaqların üzlərini heç vaxt görməyəcəklərini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Zakir qızının etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinin etiraf etmədi və izahatında bildirdi ki, o, cavabdehin atasıdır. Uşaqlar halhazırda anasının himayəsindədir. İddiaçının uşaqlarla görüşməsinə etiraz etmirlər. Gədəbəy rayon məhkəməsinin qətnaməsinə əsasən iddiaçının oğlundan qızı Elviranın xeyrinə ödənilməli olan aliment ödənilmir. Həmçinin, bildirir ki, yığılmış aliment borcunun silinməsi və alimentin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh Zakir qızı ilə X6 arasında xx xxxxxx 2014-cü il tarixdə Gədəbəy rayonunun Söyüdlü kəndində bağlanmış 97 nömrəli nikah pozulması, xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2018-ci il tarixdə doğulmuş X5sı Cavabdeh Zakir qızının himayəsinə veriməsi və xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X8 və xx xxxxx 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa görə 100 manat, cəmi, 200 manat sabit miqdarda aliment alınaraq, Cavabdeh Zakir qızına verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-518/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı nəvələri – xx xxxxxx 2015-ci il təvəllüdlü X11 və xx xxxxx 2018-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə və bazar günləri, eləcə də bayram günləri saat 11:00-dan 14:00-dək anaları Cavabdeh Zakir qızının iştirakı ilə görüş – ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(042)-312/2019 saylı qətnaməsinə əsaəsn, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X8 və xx xxxxx 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa görə 100 manat, cəmi, 200 manat sabit miqdarda aliment alınaraq, Cavabdeh Zakir qızına verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-518/2020 saylı qətnaməsi ilə isə iddiaçı ilə həmin uşaqlarla qətnamə ilə müəyyən edilmiş vaxtlarda görüş ünsiyyətdə olma hüququ verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin uşaqlarla onun görüşməsinə imkan vermədiyi əsas gətirərək 2019-cu ilin oktyabr ayından xx xxxxxx 2021-ci il tarixədək hesablanmış 3000 manat aliment borcunun silinməsi və alimentin ləğv edilməsi xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 107.1 və 107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, aliment borclarını ödəməkdən azad olunmaq üçün əsas kimi şəxsin xəstəliyi və digər üzrlü səbəblər, habelə şəxsin ailə və maddi vəziyyətinin aliment borclarını ödəməyə imkan verməmsi kimi hallar mövcud olmalıdır. Lakin məhkəmə iclasında iddiaçı belə halların mövcud olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etmədi. Belə ki, cavabdehin aliment borclarını ödəməkdən azad olunması və alimentin ləğv edilməsi üçün gətirdiyi arqumentlər, yəni cavabdehin uşaqların iddiaçı ilə görüşməsinə imkan verməməsi aliment borclarını ödəməkdən tamamilə və ya qismən azad olmaq üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmə qətnaməsi ilə alimentin X1 tutulması qət edilmiş, yığılmış aliment borcunu ödəmək vəzifəsi, bununla əlaqədar mübahisə açılması üzrə subyektiv hüquq onun özünə məxsusdur. Buna baxmayaraq məhkəmədə iddia subyektiv hüququ olmayan X2 anası İddiaçı tərəfindən qaldırılmışdır. İddia tələbi bu əsasla da əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Zakir qızına qarşı “alimentin ləğv edilməsi və yığılmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh Zakir qızına qarşı “alimentin ləğv edilməsi və yığılmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-265/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-265/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver