Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-275/2022 31.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Aleqsandr oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Aleqsandr oğluna qarşı nikahın pozulması, atalığın müəyyən edilməsi, azyaşlı uşaqların onun himayəsində saxlanılması və aliment tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Aleqsandr oğluna qarşı Cavabdeh ilə aralarında olan 12.05.2017ci il tarixdə Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikahın pozulması, 31.01.2013-cü il tarixdə doğulmuş X4 atasının Cavabdeh olmasının müəyyən edilməsi, yetkinlik yaşına çatmayan uşaqları 07.05.2009-cu il tarixdə doğulmuş X5, 24.07.2011-ci il tarixdə doğulmuş X6 və 31.01.2013-cü il tarixdə doğulmuş X4 onun himayəsində saxlanılması və 07.05.2009-cu il tarixdə doğulmuş X5, 24.07.2011-ci il tarixdə doğulmuş X6 və 31.01.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla iki uşaq üçün cəmi 600 miqdarında alimentin Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəni müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlə Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlayaraq, evlənmişlər. Birgə nikahlarından 07.05.2009-cu il tarixdə X10, 24.07.2011-ci il tarixdə X11 və 31.01.2013-cü il tarixdə X9 doğulmuşlar. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Onlar faktiki olaraq, ayrılmışlar. Azyaşlı uşaqlardan 31.01.2013-cü il tarixdə doğulmuş X4 atalığı müəyyən edilməmiş, digərləri nikah bağlandıqdan sonra doğulmuşlar. Hazırda azyaşlı uşaqlar onun himayəsindədir. Cavabdehin aylıq qazancı çox yüksəkdir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Aleqsandr oğlu məhkəmə iclasında iddia tələblərini qismən etiraf etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan nikahın pozulmasına razıdır. Azyaşlı uşaqları iddiaçının himayəsindədir. 31.01.2013-cü il tarixdə doğulmuş X4 atasıdır. O, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat miqdarında aliment verə bilər. Ona görə də iddia tələblərinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 görünür ki, Cavabdeh Aleqsandr oğlu ilə X7 12.05.2017-ci il tarixdə Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlanılmışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, tərəflərin birgə nikahından 07.05.2009-cu il tarixdə X10, 24.07.2011-ci il tarixdə X11 və 31.01.2013-cü il tarixdə X9 doğulmuşlar. İşdə olan Atalığın Müəyyən edilməsi Haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, 07.05.2009-cu il tarixdə doğulmuş X5 və 24.07.2011-ci il tarixdə doğulmuş X6 ataları Cavabdeh Aleqsandr oğludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələblərini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) niкahın pozulmasına razı olmadıqda niкah məhkəmə qaydasında pozulur. Həmin Məcəllnin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 76.1.1-cü maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 12.05.2017-ci il tarixdə Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlamışlar. Birgə nikahlarından 31.01.2013-cü il tarixdə X9, 07.05.2009-cu il tarixdə X10 və 24.07.2011-ci il tarixdə X11 doğulmuşlar. Azyaşlı uşaqlardan 31.01.2013-cü il tarixdə doğulmuş X4 atalığı müəyyən edilməmişdir. Cavabdeh məhkəmə iclasında azyaşlı uşağın atası olması barədə barədə etirafedici izahat vermişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, cavabdehin hər ay 450 manat aliment ödəyə biləcəyi barədə verdiyi izahatı nəzərə alır. Ona görə də iddia tələbləri qismən təmin edilməli, tərəflər arasında 12.05.2017-ci il tarixdə Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikah pozulmalı, 31.01.2013-cü il tarixdə doğulmuş X4 atasının Cavabdeh olması müəyyən edilməli, tərəflərin birgə nikahlarından 07.05.2009-cu il tarixdə doğulmuş X10, 24.07.2011-ci il tarixdə doğulmuş X11 və 31.01.2013-cü il tarixdə doğulmuş X9 İddiaçı himayəsində saxlanılmalı, 07.05.2009-cu il tarixdə doğulmuş X5, 24.07.2011-ci il tarixdə doğulmuş X6 və 31.01.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 160 manat olmaqla üç uşaq üçün cəmi 480 miqdarında aliment Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 12.05.2017-ci il tarixdə Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikah pozulsun. 31.01.2013-cü il tarixdə doğulmuş X4 atasının Cavabdeh olması faktı müəyyən edilsin. Tərəflərin birgə nikahlarından 07.05.2009-cu il tarixdə doğulmuş X10, 24.07.2011-ci il tarixdə doğulmuş X11 və 31.01.2013-cü il tarixdə doğulmuş X9 anaları İddiaçı himayəsində saxlanılsın. 07.05.2009-cu il tarixdə doğulmuş X5, 24.07.2011-ci il tarixdə doğulmuş X6 və 31.01.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 160 manat olmaqla üç uşaq üçün cəmi 480 miqdarında aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-275/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-275/2022
31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver