Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-292/2025 17.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 və Cavabdeh vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 04 aprel 2014-cü il doğum tarixli X2, 07 avqust 2015-cil doğum tarixli X4 və 17 iyul 2017-ci il doğum tarixli X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 235 manat olmaqla, ümumlikdə 705 manat sabit pul miqdarında aliment təyin edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 23 fevral 2013-cü il tarixdə nikah bağlamışdır. Ailə münasibətlərindən 04 aprel 2014-cü il tarixdə X5, 07 avqust 2015-cil tarixdə X8 və 17 iyul 2017-ci il tarixdə X3 doğulmuşdur. Tərəflər ayrılmışlar. Cavabdeh uşaqların saxlanılıb normal böyümələri üçün heç bir maddi yardım göstərmir. Ona görə də Cavabdeh azyaşlı üşaqların saxlanılıb tərbiyyə edilməsi üçün üçün hər ay 235 manat olmaqla, ümumlikdə 705 manat sabit pul miqdarında aliment alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh hec bir yerdə işləmir, gəliri yoxdur. İddiaçı və uşaqlar Rusiya vətəndaşıdırlar və hər ay Rusiya dövlətindın müavinətlər alırlar. Hər ay iddiaçıya üç uşağa görə cəmi, 390 manat aliment ödəmək imkanı var. Bu halların nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 10(102)-141/2024-cü il tarixli qərardadının surətuindən görünür ki, tərəflər arasında nikahın pozulması haqqında Türkiyə Respublikası Bakırköy 11. Ailə Məhkəməsinin qərarı Azərbaycan Respublikasında tanınmışdır. İşdə olan sənədlərin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə ailə münasibətlərindən 04 aprel 2014-cü il tarixdə X5, 07 avqust 2015-cil tarixdə X8 və 17 iyul 2017-ci il tarixdə X3 doğulmuşlar. İşdə olan səndələrdən görünür ki, iddiaçının 60 manat xərci olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 23 fevral 2013-cü il tarixdə nikah bağlamışlar. Onların nikah münasibətlərindən 04 aprel 2014-cü il tarixdə X5, 07 avqust 2015-cil tarixdə X8 və 17 iyul 2017-ci il tarixdə X3 doğulmuşlar. Tərəflər arasında olan nikah pozulmuş, onlar ayrılmışlar. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumlikdə 705 manat sabit pul miqdarında alimentin cavabdehdən alınaraq, ona verilməsini tələb etmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və azyaşlı uşaqların maraqlarını nəzərə alaraq, bellə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 04 aprel 2014-cü il tarixdə doğulmuş X5, 07 avqust 2015-cil tarixdə doğulmuş X8 və 17 iyul 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşınna çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.45 misli qədər alimentin Cavabdeh alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məcəlılənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. 04 aprel 2014-cü il tarixdə doğulmuş X5, 07 avqust 2015-cil tarixdə doğulmuş X8 və 17 iyul 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşınna çatanadək saxlanılmalırı üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.45 misli qədər aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh 48 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin, 60 manat alınaraq, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsn. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-292/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-292/2025
17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver