Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-371/2021 16.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh X3 iştirakları ilə, iddiaçı X4 cavabdeh X6 üçüncü şəxslər Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Gədəbəy Rayon Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X6 üçüncü şəxslər Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Gədəbəy Rayon Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 19 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 03 iyun 2016-ci il tarixdə doğulmuş X8 X2 alınaraq, ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı cavabdeh X9 ilə nikah bağlayaraq, ailə qurmuşdur. Ailə münasibətlərindən 19 aprel 2015-ci il tarixdə övladları X10 və 03 iyun 2016-cı il tarixdə X11 doğulmuşlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 30.04.2020-ci il tarixli, 2(042)-83/2020 saylı qətnaməsi ilə iddiaçı X9 aralarında olan nikah pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Qətnamə qəbul edildikdən sonra azyaşlı Amin cavabdehin himayəsində qalmış, bundan sonra iddiaçı azyaşlı övladı ilə görüş almış məlum olmuşdur ki, cavabdeh uşağa xəsarətlər yetirmişdir. O, bu barədə Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Gədəbəy Rayon Qəyyumluq və Himayəçilik Komissiyasına Gədəbəy Rayon Prokurorluğuna müraciətlər etmişdir. Azyaşlı uşaqların cavabdehdə qalması təhlükəlidir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə nikah pozulduqdan sonra iddiaçı azyaşlı uşaqlardan birini oğurlamış, digərini isə verməmişdir. O, azyaşlı uşaqlarına çox bağlıdır. Uşağı ondan ayırmaq mümkün deyildir. İddiaçı aliment ödəməmək üçün uşağı ondan almaq istəyir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Oruc Əhmədov izahat verərək bildirmişdir ki, X1 və Himayəçilik Orqanının iclasında iddiaçı iştirak etməmiş, azyaşlı uşaqlara bağlı olması müəyyən edilməmişdir. Ona görə də azyaşlı uşaqların ananın himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 30.04.2020-ci il tarixli, 2(042)-83/2020 saylı qətnaməsindən görünür ki, azyaşlı uşaqlar ana X3 himayəsinə verilmişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmiş Rəylə 19 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X8 anaları Cavabdeh himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və Qəyyumluq və Himayəçilik Orqanının rəyini təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, Gədəbəy Rayon İHB Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının rəyini, Gədəbəy Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrini təhqiq edərək, belə nəticəyə gəlir ki, azyaşlı uşağın öz anası ilə olan təbii bağlılığı və azyaşlı uşaqların bir ailədə yaşamasının onların tərbiyə, fiziki və mənəvi-psixoloji sağlamlıqlarının təmin edilməsi üçün zəruriliyi nəzərə alınmalı, 19 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X8 anaları Cavabdeh himayəsində saxlanılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən iddiaçının məhkəmə iclasında iştirak etməməsini, onun azyaşlı uşağına bağlığının müəyyən edilməməsini və azyaşlı uşağa ana tərəfindən xəsarətlər yetirilməməsinin sübut edilməməsi halını da nəzərə alır. Məhkəmə uşağın hüquq və mənafelərinin üstünlüyünü, onun yaşını, inkişafı, sağlam böyüməsi və tərbiyəsi üçün şərait yaradılması, öz anası ilə bir ailədə yaşamalı olması zərurətini nəzərə alır və belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-371/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-371/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver