Məhkəmə qərarları › İş №2(042)-39/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-39/2023

10.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-39/2023 10.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh2, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin müdiri X15 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon Notariat ofisinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, çıxarışların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, X16 və X3 adlarına verilmiş xx.xx.2006-cı il tarixli, JN-029A №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, X58 (Əliş) oğlunun adına DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** №-li çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixdə **********29-10301 №-li çıxarışın, X58 (Əliş) oğlu ilə Cavabdeh2 arasında 0.25 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 atasının xüsusi mülkiyyətində olan və ona miras qalan Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanda yerləşən evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 aid edilərək Cavabdeh2 onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Gədəbəy rayonu, Qumlu kəndində 0.25 ha torpaq sahəsində ulu babası, yəni atası Ziyadın babası X17 iki fərdi yaşayış evi olmuşdur. Həmin yaşayış evlərinin ümumi sahəsi 86.3 kv metr olmuş və Əliş Məmmədovun adına həmin evlərə dair 13 fevral 1998-ci il tarixdə Şəmkir texniki inventarlaşdırma bürosu tərəfindən mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda Qumlu kəndi Gədəbəy şəhərinə daxil olduğundan bu ünvan ünvan 2 yəni evini, ev əşyalarını və ağaclarını xx.xx.1997-ci il tarixdə oğul nəvəsi, onun X6na vəsiyyət etmiş, Ə.Məmmədovun xx.xx.1998-ci il tarixdə baş vermiş vəfatından sonra atası Ziyad xx.xx.1998-ci il tarixdə 2V-98-25 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla babasından qalan miras əmlakı qəbul etmişdir. X6 02 avqust 2016-cı ildə ölmüşdür. Onun əmlakına vərəsəlik açılmışdır. Gəncə şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 201 №- li məktubuna əsasən, atasının vərəsələrinin dairəsi müəyyən edilmiş, xx.xx.2021 -ci il tarixdə həmin notariat ofisində atasının bütün əmlakı üzrə vərəsə kimi o və bacıları Günay və Gülmira tanınmışlar. Qanun üzrə birinci növbə vərəsələr X19 və X23 mirasdan imtina etmişlər. Sonradan məlum olmuşdur ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən mərhum atası Ziyad Məmmədovun adına vəsiyyətnaməsi olmasına və mirası qəbul etməsinə baxmayaraq, X36 qeyd edilən evlərə dair 05 noyabr 2009-cu ildə reyestrdən çıxarış almış, sonra həmin evləri xx.xx.2009-cu ildə Cavabdeh2 satmışdır. Nəticədə o, miras əmlakdan məhrum olmuşdur. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin təmin olunmasını xahiş edir. İkinci İddiaçı2 iddia tələblərini müdafiə edib, izahatında göstərdi ki, X30 onun babası, ilk iddiaçı Rasim isə onun qardaşı oğludur. Gədəbəy rayonu Qumlu kəndində iki fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi olmuşdur. Hazırda Qumlu kəndi Gədəbəy şəhərinə daxil olduğundan bu ünvan Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 kimi qeyd edilir. Babası Əliş evini xx.xx.1997-ci il tarixdə oğul nəvəsi olan əmisi X18 vəsiyyət etmiş, Ə.Məmmədovun xx.xx.1998-ci il tarixdə baş vermiş vəfatından sonra mirası qəbul edən Ziyad xx.xx.1998-ci il tarixdə 2V-98-25 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb, babasının evinə mülkiyyət hüququnu rayon inventarlaşdırma bürosunda qeyd etdirmişdir. Tövləni və əl damını isə yaşayış evinə çevirmək üçün ona vermişdir. Belə ki, babası xx.xx.1994-cü il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinə ərizə yazıb, qaytanlanmış kitabda adına olan 0.25 ha torpaq sahəsinin 0.15 ha hissəsinin üzərində yerləşən tövlə və əl damı ilə birlikdə yaşayış evi düzəldib, ailəsi ilə yaşaması üçün ona vermişdir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısı onun xahişini təmin edərək, xx.xx.1994-cü il tarixli 74 nömrəli sərəncamla həmin 0.25 ha torpaq sahəsinin 0.15 ha hissəsini onun üçün ayırmışdır. O, həmin vaxtdan qeyd edilən tikililəri rekonstruksiya edib, yaşayış evinə çevirərək 28 ildir ki, babasının ailə üzvü olaraq orada yaşayıb, sahibliyində olan 0.15 ha torpaqdan istədiyi kimi istifadə edir. Həyətin qalan 0.10 ha hissəsi isə babası öləndən sonra onun 49 kv.m sahəli evinə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almış atası Ziyadın sahibliyində olmuşdur. X59 şəhərində yaşadığından, həmişə rayonda ola bilmirdi, ona görə də onun xahişi ilə evinə və 0.10 ha torpaq sahəsinə o, nəzarət etmişdir. Beləliklə, 1994-cü ildən babasının faktiki istifadəsində yalnız 0.10 ha torpaq sahəsi olmuşdur. Vətəndaşın evinin torpaq sahəsini iradəsinə zidd olaraq hətta torpaq islahatı qaydasında başqa şəxsə verilməsi qanunsuzluqdur. X43 Gəncə şəhərində yaşamasından, onun isə sadəlövhlüyündən istifadə edib, 0.25 ha torpaq sahəsinə öz adına və arvadı Tamam Məmmədovanın adına JN-029A №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə yazdırmışdır. Şəhadətnamədə onlar bilmədiyi səbəbdən “İbrahimov” soyadı ilə qeyd edilmişlər. Şəhadətnamənin əsası kimi Gədəbəy rayon AİK-in xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı göstərilmişdir. Gədəbəy rayon AİK onların qanuni sahibliyində olan torpaq sahəsini özgə şəxsin mülkiyyətinə verə bilməzdi. Göründüyü kimi, Yusif Məmmədov özgəyə ( Ziyada) miras qalmış evin 0.10 ha torpaq sahəsini və qanuni qaydada ona ayrılmış 0.15 ha torpaq sahəsini rəsmiyyətdə Şəmkir rayon Ərazi İdarəsindən xx.xx.2009cu il tarixli ********** №-li çıxarış almaqla ələ keçirib, 0.25 ha torpağı xx.xx.2009-cu ildə Cavabdeh2 satmışdır. Cavabdeh2 öz növbəsində həmin mülkə xx.xx.2009-cu il tarixli **********29-10301 №-li çıxarış almışdır. Cavabdeh2 mübahisəli torpağın və onun üzərində yerləşən evlərin Yusif Məmmədova məxsus olmamasını, sonuncunun həmin evdə yaşamamasını, torpaq sahəsindən istifadə etməməsini (sahiblik etməməsini), torpağa yalnız kənardan baxa bilməsini bilə-bilə onunla alqı-satqı müqaviləsi bağlamışdır. Həmkəndli kimi o, bilməmiş deyildi ki, 0.25 ha torpaq sahəsi və orada yerləşən evlər onunla qardaşı Ziyadın istifadəsindədir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən hazırki iş üzrə mübahisəli fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X58 (Əliş) oğluna məxsus olmuşdur. O, həmin fərdi yaşayış evini və torpaq sahəsini X58 (Əliş) oğlundan alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Sonra isə həmin alqı-satqı müqaviləsi əsasında ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən fərdi yaşayış evlərinə və torpaq sahəsinə dair çıxarış verilmişdir. O, hal-hazırda həmin fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi və torpaq sahəsi qanuni əsaslarla ona məxsusdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin müdiri X33 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Fərdi yaşayış evlərinə dair X17 və X58 (Əliş) oğlunun adına 21 sentyabr 1994-cü il tarixdə texniki pasport tərtib edilmiş, X17 adına 29 aprel 1998-ci il tarixdə isə həmin fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Daha sonra həmin fərdi yaşayış evlərinə və torpaq sahəsinə dair X58 (Əliş) oğlunun adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmiş, X58 (Əliş) oğlu isə həmin torpaq sahəsini və fərdi yaşayış evlərini Cavabdeh2 satmışdır. Miras qoyan X12 qalmış miras əmlaka dair X6nun adına vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə əsasında 29 aprel 1998-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında X18 şəhadətnamənə verilmişdir. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı ümumi yaşayış sahəsi 49.0 kv.m olmaqla yaşayış sahəsi 27.8 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evindən ibarət olmuşdur. Lakin, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evlərinə dair X58 (Əliş) oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən belə bir vəsiyyətnamənin mövcud olmasında xəbərləri olmamışdır. Cavabdeh Gədəbəy rayon Xüsusi Notariusu məhkəməyə ərizə verərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan qeydiyyat vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən iki mərtəbəli, iki yaşayış otağı olan ümumi sahəsi 86.3 kv.m yaşayış sahəsi olmaqla, yaşayış sahəsi 58.3 kv.m, köməkçi sahəsi 28.0 kv.m olan fərdi yaşayış evi XDC İcraiyyə Komitəsinin 567 nömrəli, 25 may 1992-ci il tarixli qərarı əsasında X17 adına qeyd alınmışdır. İşdə olan vəsiyyətnamənin lazimi qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 rayonu Qumlu kəndində yerləşən evini, ev əşyalarını və ağaclarını nəvəsi X18 vəsiyyət etmiş, qalan vərəsələri hüquqdan məhrum etmişdir. İşdə olan 29 aprel 1998-ci il tarixli, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 21 noyabr 1997-ci ildə təsdiq edilən və R-2B-97-114 nömrə ilə reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən 30 yanvar 1998-ci ildə ölmüş X17 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi X20r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı ümumi yaşayış sahəsi 49.0 kv.m olmaqla yaşayış sahəsi 27.8 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evindən ibarətdir. İşdə olan JN-029A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X16 və X4 mülkiyyətinə Gədəbəy rayonu, Qumlu kəndində 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan tövlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyolu və 0.25 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq X58 (Əliş) oğlunun adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2009-cu il tarixdə 505-1-1412 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. İşdə olan 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X58 (Əliş) oğlu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 06 noyabr 2009-cu il tarixli, ********** nömrəli arayışa və ******* nömrəli çıxarışa əsasən ona məxsus Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən 0.25 ha torpaq sahəsində yerləşən 1970-ci ildə inşa edilmiş bir mərtəbəli, bir otaqlı yaşayış sahəsi 26.7 kv.m, köməkçi sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv.m olan fərdi yaşayış evini və 1975-ci ildə inşa edilmiş ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evlərini 10000 manat məbləğində pul qarşılığında Gədəbəy rayonu, Yenikənd kənd sakini Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2019-cu il tarixli çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan tövlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyolu və 0.25 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq Cavabdeh2 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2009-cu il tarixdə 505-1-1412 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Şəmkir Ərazisi İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy şəhəri (köhnə Qumlu yaşayış massivi) ünvanında yerləşən fərdi yaşayış evinə dair X18 xx.xx.1998-ci il tarixli, 2V-98-25 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən fərdi yaşayış evinə dair X13 adına reyestrdən çıxarış verilməmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair X13 adına hər hansı sənəd aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın şəhər inzibati ərazi vahidi nümayəndəliyi üzrə 26 aprel 1994-cü il tarixli, 74 nömrəli sərəncamın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 öz adına olan həyətyanı 0.25 ha torpaq sahəsindən nəvəsi X14 0.15 ha torpaq sahəsi ayrılmış, həmin sahədə yaşayış evinin tikilməsinə icazə verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X37 nikahlarını 22 noyabr 2013-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmışlar. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 27.061984-cü il tarixdə anadan olmuşdur. Atası qrafasında X29 qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1966-cı ildə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuşdur. Bu barədə 30 noyabr 1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kənd icra nümayəndəliyində 135 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qrafasında X38, anası qrafasında X21 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X29 xx.xx.2016-cı il tarixdə, X34 30 yanvar 1998-ci il tarixdə, X58 (Əliş) oğlu xx.xx.2012-ci il tarixdə, X9 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli, 201 saylı arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016cı il tarixdə vəfat etmiş xx.xx.1951-ci il təvəllüdlü mərhum X10 miras qalmış əmlaklara dair Gəncə şəhər 1 saylı notariat ofisinə təqdim edilmiş sənədlər əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. X2 onlara məlum olan vərəsələri; xx.xx.1978-ci il təvəllüdlü qızı X19, xx.xx.1980-ci il təvəllüdlü qızı X23, xx.xx.1984-ci il təvəllüdlü oğlu İddiaçı1, xx.xx.1990-cı il təvəllüdlü qızı X24 və xx.xx.1992-cü il təvəllüdlü qızı X22 qanun üzrə birinci növbə vərəsələr qismində vərəsəliyə qəbul edilmişlər. X1 və X23 vərəsəlik payından imtina etmişdirlər. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində X2 bütün əmlaklarına dair bərabər pay üzrə vərəsə mərhumun oğlu- İddiaçı1, qızı- X31 və qızı- X22 təyin edilmişdirlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2022ci il tarixli arayışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 0.15 ha hissəsinin X11 adına verilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv fondunda hər hansı məlumat və ya arxiv sənədi aşkar edilmədi. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli, 2-247/2007 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X13 iddiaçı X58 (Əliş) oğluna məxsus olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 2(104)-344/08 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-422/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 qarşı cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, tikinti materiallarının cavabdehin hesabına götürülməsi tələblərinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(104)- 2551/2022 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-422/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilməsi, cavabdeh İddiaçı2 iddiaçının mülkiyyətində olan torpaq sahəsində ev tikintisi üçün aparılması üçün apardığı qazıntı cavabdeh İddiaçı2 hesabına doldurularaq torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin, torpaq sahəsinə tökdüyü tikinti materiallarınin (daş, qum, sement, taxta və kubik) cavabdeh tərəfindən götürülməsi, iddia tələbinin cavabdeh İddiaçı2 Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1970- ci ildə tikilmiş, bir mərtəbəli, bir yaşayış otağından ibarət, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evi, 1975-ci ildə inşa edilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 45.3 kv.m olan B literli fərdi yaşayış evlərinə dair X58 (Əliş) oğlunun adma xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv edilmiş DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy Rayon AİK-nm xx.xx.1998-ci il tarixli 09 qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-029A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Gədəbəy Rayon icra hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2009-cu il tarixli 2111 saylı arayışı. Qeyd edilən mülk bütövlükdə Şəmkir 1 saylı Dövlət notariat kontorunun xx.xx.2009-cu il tarixli, 4Ə-88 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adma özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (Qeyd edilən sənədlərin təsdiq edilmiş surətləri 25 vərəqədə olmaqla, arayışa əlavə edilmişdir). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 29 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən A (ümumi sahəsi - 52.57 kv.m) və B (ümumi sahəsi - 30.68 kv.m) yaşaiş evlərinə dair X34 və X58 (Əliş) oğlunun adına 21 sentyabr 1994-cü il tarixli, 319 inventar nömrəli texniki paport tərtib edilmişdir. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evinə dair X17 adına 13 fevral 1998-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Gədəbəy rayonu dövlət notariat kontorunun 29 aprel 1998-ci il tarixli, K-2V-98-25 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ümumi yaşayış sahəsi 49.0 kv.m, o cümlədən yaşayış sahəsi 27.8 kv.m olan fərdi yaşayış evi X13 adına özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair X34 və X13 adlarına Gdəbəy rayon Aqrar islahat Komissiyası tərəfindən torpaq sahəsi ayrılmamışdır və onların adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən sənəd tərtib edilməmişdir. Qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində adları çəkilən şəxslərin adlarına qeydiyyatdan keçməmişdir. İşdə olan Şəmkir rayonu 1 saylı Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 07 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 ilə Məmmədov (İbrahimov) Yusif Əli (Əliş) oğlu arasında hər hansı bir əmlakın alqı-satqısı və bağışlanma müqavilələrinin rəsmiləşdirilməsi ilə əlaqədar “E-notariat” informasiya sistemində aparılmış notariat hərəkət aşkar olunmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayonu, Qumlu kəndində 0.25 ha torpaq sahəsində mərhum X17 iki fərdi yaşayış evi olmuşdur. Həmin yaşayış evlərinin ümumi sahəsi 86.3 kv metr olmuş və Əliş Məmmədovun adına həmin evlərə dair 13 fevral 1998-ci il tarixdə Şəmkir texniki inventarlaşdırma bürosu tərəfindən mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda Qumlu kəndi Gədəbəy şəhərinə daxil olduğundan bu ünvan Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 kimi qeyd edilir. X34 bütün əmlakını, yəni evini, ev əşyalarını və ağaclarını xx.xx.1997-ci il tarixdə oğul nəvəsi, İddiaçı1 X6na vəsiyyət etmiş, Ə.İddiaçı2 xx.xx.1998-ci il tarixdə vəfatından sonra X25 xx.xx.1998-ci il tarixdə, 2V-98-25 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və X12 qalan miras əmlakı vəsiyyətnamə üzrə qəbul etmişdir. X29 02 avqust 2016-cı ildə ölmüşdür. Onun əmlakına vərəsəlik açılmış, Gəncə şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 201 №- li məktubuna əsasən, Z.N.Məmmədovun vərəsələrinin dairəsi müəyyən edilmiş, onun bütün əmlakı üzrə vərəsə kimi oğlu hazırkı iş üzrə İddiaçı1, qızları Günay və Gülmira tanınmışlar. Qanun üzrə birinci növbə vərəsələr X19 və X23 mirasdan imtina etmişlər. Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən mərhum Ziyad Məmmədovun adına vəsiyyətnamə olmasına və mirası qəbul etməsinə baxmayaraq, onun əmisi X36 qeyd edilən evlərə dair 05 noyabr 2009-cu ildə reyestrdən çıxarış almış, sonra həmin evləri Şəmkir 1 sayı Dövlət notariat kontorunun 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, evlərə və onun yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh2 adına DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin JN-029A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə münasibət bildirilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir; X50 Əli (Əliş) oğlu 2008-ci il tarixdə cavabdeh X18 qarşı “əkin sahənin qaytarılması” tələbinə dair məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli, 2-247/2007 saylı qətnaməsinə əsasən, cavabdeh X13 iddiaçı X58 (Əliş) oğluna məxsus olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 2(104)-344/08 saylı qətnaməsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrlə mübahisəli torpaq sahəsinin X50 Əli (Əliş) oğlunun mülkiyyətində olması və həmin torpaq sahəsinə dair X13 adına heç bir sənədin olmaması müəyyən edilmişdir. Həmin qətnamələr hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli, qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə,preyudisiyainstitutununməntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Belə olan halda, mübahisəli torpaq sahəsinin X50 Əli (Əliş) oğlunun mülkiyyətində olan torpaq sahəsinin olması və həmin torpaq sahəsinə dair X13 adına heç bir sənədin olmaması preyudisiya əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan və qeyd edilən JN-029A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçıların daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Göstərilən Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuş faktiki hallarından görünür ki, miras qoyan X12 qalmış miras əmlaka dair İddiaçı1 X6nun adına vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə əsasında 29 aprel 1998-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında X18 şəhadətnamənə verilmişdir. Vəsiyyətnamə qoyulmasına və vəsiyyətnamə üzrə miras Z.N.Məmmədov tərəfindən qəbul edilməsinə baxmayaraq X17 ölümdən sonra qalmış Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1970-ci ildə tikilmiş, bir mərtəbəli, bir yaşayış otağından ibarət, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evi, 1975-ci ildə inşa edilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 45.3 kv.m olan B literli fərdi yaşayış evlərinə dair X58 (Əliş) oğlunun adına aparılmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli əsassız qeydiyyat aparılmış və reyestrdən çıxarış verilmişdir. Bu hal da miras açıldığı vaxtdan həmin evlərə mülkiyyət hüququ əldə edən vəsiyyətnamə üzrə vərəsə X13 hüquqlarının pozulması ilə nəticələnmişdir. X50 Əli (Əliş) oğlunun adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci madəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd olunan hüquq normaları baxımından onu qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakın dövlət reyestrində X58 (Əliş) oğlunun adına aparılmış xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat qismən həqiqi hüquqi vəziyyətə uyğun olmadığından mübahisəli fərdi yaşayış evlərinə aid hissədə X13 hüquqlarını pozmaqla və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla aparıldığından əsassız sayılmalı və qeydiyyata dair verilmiş reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, sözügedən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsızlığı onun əsasında Şəmkir 1 sayı Dövlət notariat kontorunun 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli qeydiyyatın əsassızlığına və buna dair verilmiş çıxarışın da etibarsızlığına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, Şəmkir 1 sayı Dövlət notariat kontorunun 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsinin bağlanılmasına əsas olmuş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunduğundan və mülki qanunvericiliyə əsasən əqd barəsində mübahisə edildikdə bağlandığı andan etibarsız hesab edildiyindən, X50 Əli (Əliş) oğlunun alqı-satqı müqaviləsi bağlayarkən mübahisəli fərdi yaşayış evlərinə dair sərəncam vermək hüququ olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəmkir 1 sayı Dövlət notariat kontorunun 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli qeydiyyat, eləcə də, reyestrdən çıxarış qismən fərdi yaşayış evlərinə aid hissələrdə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri sayır ki, iddiaçı bunu tələb etməkdə də haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunana hüquq normaları baxımından məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması üçün əsaslar etibarsız hesab edildiyindən və bunun üçün əsaslar aradan qalxdığından onun həmin evlərdə yaşaması miras olaraq evləri qəbul etmiş X2 qanun üzrə vərəsəsi olan, hazırkı iş üzrə İddiaçı1 hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən X58 (Əliş) oğlunun adına verilmiş 05 noyabr 2009cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış, həmin çıxarış əsasında X58 (Əliş) oğlu ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsi və ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 17 dekabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29- 10301 reyestr nömrəli çıxarış qismən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan tövlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyoluna aid hissələrdə etibarsız hesab edilməli və Cavabdeh2 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyi hissədə cavabdehə aid edilməlidir. Qalan hissədə isə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən X58 (Əliş) oğlunun adına verilmiş 05 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış, həmin çıxarış əsasında X58 (Əliş) oğlu ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsi və ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 17 dekabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış qismən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan tövlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyoluna aid hissələrdə etibarsız hesab edilsin. Cavabdeh2 Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh2 alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar