Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-395/2023 06.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdeh “X7” MMC-nin nümayəndəsi X1 iştirakı ilə,İddiaçı cavabdeh “X7” MMC-ə qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh “X7” MMC-yə qarşı cavabdeh “X7” MMC-də işlədiyi 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda, cəmi 3850 manat pulun və 01 il müddətinə işlədiyi dövrdə alacağı 700 manat pulla təzminat hesablanmış 8400 manat pulun, cəmi 12250 manat pulun ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı 07 iyul 2021-ci il tarixdə “X7” MMC-də sürücü kimi işə düzəlmişdir. İşə düzələrkən ona əmək haqqının 500-700 manat olduğunu və sürücülükdən əlavə fəhlə olaraq işləyə biləcəyini bildirmişdilər. O, 10 avqust 2021-ci il tarixə qədər işləmiş və ona 1 ay müddətdə 400 manat aylıq əmək haqqı vermişdilər. Daha sonra isə o, 1 il yəni 2022-ci ilin iyul ayına qədər ştatsız və müqaviləsiz olaraq sürücü və fəhlə kimi işləməyə başlamışdır.İşlədiyi müddətdə ona əmək haqqısının aylıq 500-700 manat olaraq veriləcəyini bildirsələr də, ona aylıq əmək haqqısı hissə-hissə 300-350 manat verilmişdir. O, əmək haqqının tam şəkildə verilməsini tələb etdikdə isə, ona verilməmiş əmək haqqısının növbəti ayda əmək haqqı zamanı birlikdə veriləcəyinə dair söz verilmişdir. Ancaq 2022-ci ilin iyun ayında onun işinə xitam verilərək, o işdən azad olunmuşdur. O, “X7” MMC-dən işdən çıxarıldığı zaman ona verilməli olan təzminat pulu ödənilməmişdir.”X7” MMC-də 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda 3850 manat edir. “X7” MMC-dən işdən çıxarıldığı zaman ona verilməli olan təzminat pulu verilməmişdir. 1 il müddətinə işlədiyi dövrdə alacağı təzminat pulu 8400 manat edir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “X7” MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçı 07 iyul 2021-ci il tarxidə əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. 08 avqust 2021-ci il tarixdə onunla əmək müqaviləsinə xitam verilmiş, onunla son haqq-hesab aparılmışdır. İddiaçının şpkayəti əsasında X6 tərəfindən tərtib edilmiş protokol və həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərar da ləğv edilmiş, icraata xitam verilmişdir. Yəni, iddiaçının əmək müqaviləsi olmadan işləməsi faktı sübut edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 3(042)-97/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, İddiaçı şikayəti əsasında X4 Xidmətinin X3 tərəfindən “X9” MMC haqqında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаtını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Gədəbəy Rayon Məhkəməsinin 3(042)-97/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı şikayəti əsasında X4 Xidmətinin X3 tərəfindən “X9” MMC haqqında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilmişdir. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-395/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-395/2023
06.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver