Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-4/2024 12.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi, Gədəbəy Rayon Notariat Kontoru və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi, çıxarışların etibarsız hesab edilərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktı müəyyən edilərək, mülkə və torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi və evə köçürülmə tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi, Gədəbəy Rayon Notariat Kontoru və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi, çıxarışların etibarsız hesab edilərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktı müəyyən edilərək, mülkə və torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi və evə köçürülmə tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 1415-ə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-cı maddələrinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-4/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-4/2024
12.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver